Bürclərə görə gəlinlər

Bürclərə görə gəlinlər
Bürclər, Qoroskop
10.09.2017 11
QOÇ: Qoç bürcündə gəlininiz varsa, işiniz çətindir. Çox çətin xasiyyəti var, hər işi özbaşına görər. Əgər həm qaynana, həm də gəlin Qoçdursa, demək bütün ömrünüz "mübarizədə” keçəcək.



BUĞA: Gəlininiz Buğadırsa, oğulunuz da yaxşı bir matadordursa, deməli problem yoxdur. Amma pis matadordursa, o zaman bu gəlin haqqında bir az daha düşünün, vəssalam!



ƏKİZLƏR: Xəbərdarlıq: İşiniz çətindir! Hər an fikrini dəyişə bilər. Səhər sizi sevib, axşam nifrət edə bilər. Hər şeydən tez bezər. Zəkasıyla qaynanasını yerlərdə sürüməyi bacara bilər.



XƏRÇƏNG: Yumşaq xasiyyətli gəlindir. Sulugözdür. Bir anda ağlamağa başlayar. İnadkardır . Asan dost ola biləcəyinizi heç düşünməyin.



ŞİR: Qızılı və özünü göstərməyi sevir. Hər şeyin özünün istədiyi kimi olmasından başqa bir şey düşünməz. Ailəsinə hətta ən kiçik müdaxilə edilməsini qəbul etməz.



QIZ: İşləyəndirsə, evlənən kimi qaynanasından ayrı yaşamaq istəyəcək. Çünki evi ilə əlaqədar özünün istəkləri vardır. Təmizlik xəstəsidir. Palçıqlı ayaqqabılarınızla içəri girməsəniz, çox yaxşı dolana bilərsiniz.



TƏRƏZİ: Tərəzi bürcünün tənbəl olma xüsusiyyətini daşıyan gəlindirsə, deməli, işiniz var. Ümumiyyətlə, ədalətli olmalarıyla tanınarlar, hamıya xoş niyyətlə yanaşırlar.



ƏQRƏB: Ümumiyyətlə, "Mənim dediyim olmalıdır” şəklində ifadələri var. Qısqanclığıyla sizi xəstə edə bilərlər.



OXATAN : Narahat olduğu dövrlər var. O dövrə tuş gəlsəniz, özünüzə diqqət yetirin, yaxşımı? Bəzən ağılınıza belə gəlməyən fədakarlıqlar edərlər.



OĞLAQ: Zərif, xoş və maraqlı gəlin tipidir. Çalışqan və həqiqəti xoşlayandırlar. Ehtiraslarıyla istədiklərini əldə edərlər.



DOLÇA: Çox romantik və praktik olduğu üçün yaxşı ev xanımıdır. Həyat yoldaşına sadiqdir. Dolça ilə gözəl bir evlilik olar.



BALIQ:Doğrusu, bir az bezdiricidirlər. Pessimizm və romantiklik boğaza qədər gəlmişdir. Bir söz desəniz, o dəqiqə ağlamağa hazırdır.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!