Həftəlik Bürc Proqnozları 30 Mart – 5 Aprel 2015- ci il

Həftəlik Bürc Proqnozları 30 Mart – 5 Aprel 2015- ci il
Bürclər, Qoroskop
10.09.2017 31
QOÇ BÜRCÜ– Bürcünüzün romantikaya olan hədsiz həvəsi çox güman ki, bu həftə təmin olunacaq. Çünki aprelin 1-dən etibarən maraqlı səfərlər, əsrarəngiz istirahət və münasibətlərdə müsbət dönüş yolunuzu gözləyir. Hansısa xoşagəlməzliyin baş verəcəyinə inanmayın. Bir az səmimi olun, dünyamızı, insanları daha çox sevin. Axı indi "hakim” bürc sizsiniz. Martın 30-nu isə barışıq gününə çevirin.



BUĞA BÜRCÜ- Kifayət qədər təzadlı ərəfədir. Hər addımı ölçüb-biçməyə çalışın. Mövqeyinizə zidd hərəkətlərə yol verməyin. Qəribə də olsa, astroloji göstəricilər ayın 4-dən etibarən kiməsə güzəştə getməyi məsləhət görmür. Passivlik müstəvisində qərar tutan ailə-sevgi münasibətlərinə isə yenidən baxın. Əgər təmkinli olmağı bacarsanız, əsəbləriniz xeyli müalicə olunacaq.



ƏKİZLƏR BÜRCÜ – Bütün işlərinizin qaydasında gedəcəyini bildirən Göy qübbəsi kiməsə yalan vəd verməyinizin əleyhinədir. Odur ki, bacarmadığınız işin qulpundan yapışmamalısınız. Əsəbi vaxtlarınızda mənzərəli guşələrdə, təbiət qoynunda sakitləşməyə çalışın. Aprelin 1-də və 3-də sürprizlərin şahidi olacaqsınız və çox güman ki, bu, ayın sonuna kimi ovqatınızı xoş edəcək.



XƏRÇƏNG BÜRCÜ- Qarşınızda kifayət qədər mistik bir həftə durur. Ola bilsin ki, anlaşılmaz hadisələrlə, qəribə yuxularla rastlaşasınız. Əgər bunun qarşısını almaq istəyirsinizsə, dua və ibadətlərinizin, müqəddəs yerlərə ziyarətlərinizin sayını artırmalısınız. Aprelin 4-də maraqlı bir sövdələşmədə iştirakınız da gözlənilir. Amma bütün hallarda təşəbbüskarlığı əlinizdə saxlayın.



ŞİR BÜRCÜ- Həftənin ümumi mənzərəsi ürəyinizcə olacaq. Artıq daxili süstlüyünüz və fəaliyyətlə bağlı gərginliyiniz arxada qalacaq. Ətrafınıza yığışan yeni dost-tanışlar isə qarşıya qoyduğunuz məqsədlərə yetişməkdə sizə yardımçı olacaqlar. Astroloji göstəricilər istənilən uzaq səfəri təxirə salmağınızı məsləhət görür. Aprelin 3-də mübahisələrdən yayının.



QIZ BÜRCÜ – Ehtiyatlı olun, səhhətinizlə bağlı xoşagəlməzliklər baş verə bilər. Ələlxüsus da martın 31-də və aprelin 4-də özünüzü maksimum qorumalı, əsəblərinizi cilovlamalı, qidanıza ciddi fikir verməlisiniz. Bazar günü taleyinizdə müsbət dönüş yaratmaq şansınız olduğundan həmin gün boş oturmayın. Bu həftə istənilən səfəri təxirə salsanız, yaxşıdır. Əks təqdirdə bəzi planlarınız pozulacaq.



TƏRƏZİ BÜRCÜ -
"Nə ətdir, nə balıq” misalını indiki durumunuza aid etsək, heç də yanılmarıq. Çünki çəkdiyiniz əziyyətlər hədər gedir, lakin inanmadığınız istiqamətdən yaranmış boşluğu dolduranlar tapılır. İndi sizə mübahisələrə girişmək, böyük və müəmmalı məsələlər barədə müzakirələr aparmaq yolverilməzdir. Yaxşısı budur ki, adi işlərin həlli ilə məşğul olasınız. Ayın 2-də varlana bilərsiniz.



ƏQRƏB BÜRCÜ- Aprelin gəlişi hamıdan çox sizi sevindirməlidir. Çünki enerji sərf etdiyiniz istənilən sahədə uğurlar sizi tərk etməyəcək. İstər fəaliyyətdə, istərsə də qarşılıqlı münasibətlərdə hər şey ürəyinizcə olacaq. Ailə-sevgi müstəvisində də uğurlarınız artacaq. Sizə verilən sirlərə xəyanət etməyin, ayın 2-də isə mübahisələrdən qaçın – ən azı xoş gələcəyiniz xatirinə.



OXATAN BÜRCÜ – Yaxşı olar ki, əsas diqqətinizi maliyyə məsələlərinə yönəldəsiniz. Özünüz də bilirsiniz ki, sizin qlobal işləriniz pulsuz keçmir. Bu səbəbdən də kiməsə borc vermək fikrinə düşməyin. Ulduzlar başqalarının şəxsi işlərinə müdaxilə etməyinizin əleyhinədir. Bu yoldan çəkinsəniz, həftəboyu şad-xürrəm olacaqsınız. Daşınmaz əmlak alqı-satqısını təxirə salın.



OĞLAQ BÜRCÜ – Bütün vacib işlərinizi ayın 2-nə qədər tamamlamağa çalışın. Əmin olun ki, həmin qısa vaxtda qarşınızda duran vəzifələrin əksəriyyətini həyata keçirə biləcəksiniz. Sonrakı günlərdə isə istənilən riskli və yeni işlərdən imtina etməli, bələd olmadığınız adamlarla ciddi məsələləri həll etməyə tələsməməlisiniz. Bazar günü bacardığınız qədər savablarınızın sayını artırın.



SUTÖKƏN BÜRCÜ – Əgər aprelin bu ilk həftəsindən zövq alıb rahatlanmaq istəyirsinizsə, bacardığınız qədər evdə az olun. Bununla siz stress və ağrılarınızı aradan qaldıra, enerjinizi daha da saflaşdıra bilərsiniz. Ailə-sevgi məsələlərində xırdaçılığa yer verməyin. Onsuz da dünyanı nə tam şəkildə dərk edən, nə də ona bütünlüklə sülh gətirən olmayıb. Siz də dərinliklərə varmayın.



BALIQLAR BÜRCÜ – Özünüzü gərginliyə salmayın. Uzun-uzadı kiməsə, nəyisə izah etmək enerji itkinizdən savayı bir iş deyil. Əgər analiz qabiliyyətinizi fəallaşdırsanız, həftə boyu ciddi maneələrlə üzləşməyəcəksiniz. Ulduzlar uzaq yola çıxmağınızın əleyhinədir. Yaxşı olar ki, səyyar işlərdən də aralanasınız. Martın 31-də aldığınız işgüzar təkliflərə razılıq verin, amma öz məsuliyyətinizi də dərk edin.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!