Bürclərə görə dekorasiya seçimləri

Bürclərə görə dekorasiya seçimləri
Bürclər, Qoroskop
10.09.2017 47
Doğum tariximizin, zövqlərimizə və dekorasiya seçimlərimizə də təsir etdiyini biliridinizmi? Astroloq Şenay Yangel, bürclərin evlərində, hansı tərzdə əşyaları seçdiklərini və ümumiyyətlə hansı rəngləri daha çox istifadə etdiklərini izah etdi.

 

Qoç: Müasir, rahat və dəbdəbəli əşyalarla qədim dəyəri olan mistik bəzəklər seçə bilərlər. İdarəedici planetlərinin rəngi olan qırmızını xüsusilə yataq otaqlarında istifadə edə bilərlər. Olduqca zövqlü insanlardır. Xalça seçimində də qırmızının hər tonundan istifadə edildiyi müasir xəttlər xoşlarına gələcək.

 

Buğa: Buğalar, evdəki rahatlıqlarına olduqca düşkün insanlardır. Ev dekorasiyasında narıncı və yaşılın hər tonundan istifadə edildiyi bəzəkləri seçirlər. Çiçək naxışlarının olduğu xalçalar onlara xitab edəcək. Xalça seçimində seçdikləri bir başqa xüsusiyyət də xalçaların gigiyenik və uzun müddət problem yaratmadan istifadə edilməsidir. Naxışlı motivlər də həmişə maraq dairələrində olacaq.

 

Əkizlər: Əkizlər insanı, ev dekorasiyasında çoxlu əşyanın hərəkəti məhdudlaşdırmasından narahat olar və həmişə dəbə uyğun mebelləri seçərlər. Metal bəzəklər, sarı və tonlarının istifadə edildiyi müasir xəttlərin olduğu divar bəzəkləri zövqlərinə xitab edəcək. Xalça seçimində isə düz xəttlərin istifadə edildiyi, qarışıq tonları saxlayan modelləri seçəcəklər.

 

Xərçəng: Xərçənglər yaşadıqları evdə sakitlik və dinclik axtararlar. Evlərində ipək yastıqlar istifadə edərlər. Məxmərlər, qarışıq tonlar, mirvari ağı, gümüş rəngli bəzəklərlə dolu bir dekorasiyanı seçərlər. Ev aksesuarlarının rahat, asan təmizlənən olması onlar üçün olduqca əhəmiyyətlidir. Mistik izlər buraxan xüsusi motivlərin olduğu xalçalar həmişə ilk seçimləri olacaq.   

 

Şir: Yaşadıqları mühitdə dəbdəbəli əşyaları sevərlər. Onlara xitab edən tərz klasshik tərzdir. Göyqurşağının yeddi rənginin olduğu bəzəkləri evlərinin hər küncündə istifadə edə bilərlər. İmkanları əl verdikcə ev dekorasiyasını yeniləyən Şir bürcləri; qızılı, narıncı, sarı tonlarının çox olduğu, müasir və dəbdəbəli xalçaları seçəcəklər.

 

Qız: Təbii mebel və əşyalar həmişə ilk seçimləridir. Kreslolar, pərdələr bir-birləri ilə uyğundur. Kiçik qədim əşyalar, bəzək-düzəklər onların ruhlarına xitab edəcək. Çiçək naxışları və təbiəti əks etdirən rənglər ilk seçimləri arasında olacaq. Xalça seçimində müasir xəttlərin yanında qədim naxışlı açıq rənglərin çox olaraq istifadə edildiyi modellərə yönələcəklər.

 

Tərəzi: Olduqca zövq sahibi, ev dekorasiyasında müvəffəqiyyətli insanlardır. Gül naxışlarının olduğu kreslolar və pərdələr ilk seçimləri arasındadır. Tünd mavi və qırmızıdan istifadə edildiyi romantik bəzəklərlə evlərini bəzəməyi sevərlər. Xalça seçimində isə egzotik naxışların istifadə edildiyi incəsənət fiqurların olduğu xalçaları seçəcəklər.

 

Əqrəb: Dəri mebellər, tünd qırmızı və qaranın istifadə edildiyi əşyalar həmişə maraqlarını çəkəcəkdir. Aksesuarlar mövzusunda olduqca zövqlüdürlər. Kolleksiya tərzi bəzəklər ilk seçimləri arasındadır. Rəngli kristallar, müasir dizaynlı mebellər onlara xitab edər. Xalça seçimində isə həndəsi müasir xəttlər və bir rəngin çox istifadə edildiyi xalçaları seçəcəklər.

 

Oxatan: Ev dekorasiyasında güzgülər olduqca əhəmiyyətli bir yer tutur. Praktik və rahat əşyaları seçərlər. Köhnə mədəniyyətlərə aid bəzəklər və bunlardan ibarət olan bir künc onları istirahət etdirəcək. Uzaq şərq mədəniyyətinə aid divar əşyaları da bəyəndikləri arasındadır. Kreslo və pərdələrdə mistik, dəyişik tərzlər zövqlərinə xitab edəcək. Xalça seçimində isə mavi və yaşıl tonlarının istifadə edildiyi mistik naxışları seçərlər.

 

Oğlaq: Müasir, lakin klasshik xəttlərlə iz buraxan əşyaları seçərlər. Köhnəldilmiş görünüşdə olan bəzək və kreslolar da onlara xitab edər. Düz, sadə, qəşəng bir tərzi mənimsəyərlər. Postmodern tərzdə bəzək və əşyalar dekorasiyada onlar üçün birinci sıradadır. Xalça seçimində isə yenə klasshik və köhnəyə aid motivlərin istifadə edildiyi modelləri seçəcəklər. Rəng olaraq isə qəhvə və tonlarını seçəcəklər.



Dolça: Rahatlıqlarına çox düşkün olan Dolça insanları, ev dekorasiyasında işıqlandırmağa olduqca əhəmiyyət verərlər. Dəbdəbəli, maraqlı çilçıraqlar hər vaxt maraqlarını çəkəcəkdir. Parlaq parçalar, kreslo və pərdələrində yerini alacaq. Bir-birinə uyğun rənglərin istifadə edildiyi döşəmələr, müasir xəttlərlə iz buraxan masa və kürsülər, şüşə və təbii kristallar, metal bəzəklər onlara xitab edəcək. Xalça seçimində isə dəbə uyğun xarici motivlər bəyənmələrinə xitab edəcək. Rəng mövzusunda isə mavi, bənövşəyi və tonlarını seçəcəklər.

 

Balıqlar: Açıq mavilər, yaşıllar, kiçik çiçək motivlərindən ibarət olan kreslo və pərdələr, dekoratif şəlalələr, mistik bəzək əşyaları, müasir, rahat və başqalarının da xoşlarına gələcək əşyalar onlara görədir. Kresloları isə böyük, rahat və eyni zamanda qəşəng modelləri seçməyə diqqət göstərərlər. Şəkillərdən ibarət olan qəşəng çərçivələr divarlarını bəzəyəcək. Xalça seçimində ənənəvi motivlərin istifadə edildiyi açıq rəngləri seçəcəklərскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!