May ayı 2015-ci il üçün bürclər nə vəd edir?

May ayı 2015-ci il üçün bürclər nə vəd edir?
Bürclər, Qoroskop
10.09.2017 22
Qoç

Bu ay mövqenizin möhkəmləndirilməsi ilə məşğul olmalısınız. Yeni
layihələrə başlamaq üçün əlverişli zaman deyil. İşiniz darıxdırıcı gəlsə
belə, onu atmayın. Şayiələrə qulaq asmaq məsləhətdir. Bu, uğurlu olmaq
üçün testdir. Əgər sizi müzakirə edirlərsə, deməli hər şey yaxşıdır.



Buğa

Mayda enerjiniz yüksələcək, bir sıra işlərin, hətta uzun zamandan bəri
sonraya saxladığınız işlərin öhdəsindən gələ biləcəksiniz. Sosial
fəaliyyətiniz uğurlu olacaq. Daha çox siyasətçi və müəllimlərin bəxti
gətirəcək.



Əkizlər

Bu ay başladığınız işi sona çatdırmalısınız. Ondan imtina etmək və ya
sonraya saxlamaq alınmayacaq. Paralel olaraq sizi tənbəllik və ya həll
olunmamış problemlər basacaq. Bu aralar yaxınlarınızla dalaşmayın, işdə
isə yalnız özünüzə güvənin.



Xərçəng

Rahatlanmaq və olduğunuz kimi görünmək istəyi mayın əvvəllərində
reallaşacaq. Təbii istəklərinizə qarşı çıxmayın. Bu ay bir qədər
sərbəstlik sizə heç bir zərər gətirməz. Sərt addımlar atmayın. Ayrılıq,
şəraitin dəyişdirilməsi rahatlıq gətirəcək, amma bir müddətlik. Tez
zamanda ailənizə və ya əvvəlki işinizə geri dönmək istəyəcəksiniz.



Şir

Bu ay enerji axını sizə təzadlı reaksiya verəcək. Reaksiyaların
gecikməsi və qeyri-iradilik əmələ gələcək. Məhz buna görə Şirlər bütün
hərəkətlərini diqqətlə ölçüb-biçməli və ətraflarında onları başa düşəcək
insanların az olduğuna özlərini hazırlamalıdırlar. Səfərləri sonraya
saxlayın, onsuz da uğurlu alınmayacaq.



Qız

Mayda işgüzar və kateqorik olacaqsınız. Dava və ayrılıqlar ehtimal
olunur, çünki Qızlar yanlarında ikiüzlülüyü qəbul etmirlər. Hansısa
sosial imtiyazın itirilməsi gözlənilir. Amma ki, Qızların rəhbərlik
etmək imkanları yüksəkdə olacaq. Ona görə də mayda bütün işlərin ucundan
yapışmaqdansa, ideal icraçı tapın.



Tərəzi

Maydakı situasiyalar xoşunuza gəlməyəcək. Hadisələr sizin üçün uğursuz
olacaq. İstədiyinizə müqaviməti aşaraq və ya ətrafdakılarn hissinə təsir
edərək çatacaqsınız. Ola bilsin qarşılıqlı inamsızlıq yaransın.
Gizlənmək və ya heç nə etməmək istəyi yaranacaq, onda həqiqətən heç nə
alınmayacaq. Falçılardan uzaq durmanız məsləhətdir.



Əqrəb

Bu ay insanlara münasibətinizi dəyişəcəksiniz. Tez-tez qarşınıza
qeyri-adi və ürəyiaçıq insanlar çıxacaq. Onlar sizə qarşılıqsız yardım
edəcəklər. Sizsə yeni tanışlarınıza bənzəməyə Can atacaqsınız. İşləriniz
qaydasına düşəcək, bir sıra problemləri həll etmiş olacaqsınız.



Oxatan

Mayda həyat prinsipiniz dəyişəcək. Ola bilsin, bu, köçmə və yeni
vəzifəyə keçmənizlə əlaqədar olacaq. Zahiri dəyişikliklər heç kimin
gözünə batmayacaq, amma tezliklə başqa adama çevrildiyinizi
anlayacaqlar. Oxatanlar isə heç nə hiss etməyəcəklər.



Oğlaq

Avtoritetiniz sübuta yetirilməyə ehtiyac duyacaq. Bu zaman nə isə etmək
mütləq deyil. Sadəcə mətbuat və ya iclasda uğurla iştirak etmək
kifayətdir. Burada müzakirə olunan məsələ üzrə maksimum informasiya əldə
etməlisiniz. Sizin özünüzə inamınız opponentlərinizin hücumlarını dəf
edəcək.



Dolça

Bu ay xəyalpərəstliyə icazə verilmir. İşdə və münasibətlərdə realizm
yalnız fayda gətirəcək. Ola bilsin darıxacaq və real fikirlərinizi
kiməsə söyləmək istəyəcəksiniz, amma bunu etməyə dəyməz. Özünüzü
nəzarətdə saxlasanız, hər şey istəyinizcə olacaq.



Balıqlar

Məşğuliyyətinizi dəyişmək imkanı yaranacaq. Əlinizə əvvəllər yerinə
yetirilməsi mümkün olmayan bir layihə düşəcək. Belə olan halda işə
düşünmədən başlayın. Hər şeyin uğurla alınmasına ehtimal çoxdur.
Alınmasa, deməli bunu ürəkdən istəmirdinizскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!