Bürcünüzə uyğun hansı peşəni seçməlisiniz

Bürcünüzə uyğun hansı peşəni seçməlisiniz
Bürclər, Qoroskop
10.09.2017 31
Qoç

Bürclər sırasının ən gənc üzvü olan qoç bürcü, içində bitmək bilməyən enerji daşıyır. Bu enerji bəzən insanlara ilham mənbəyi olur. Qoçlar üçün uyğun peşələr arasında jurnalistika, reklam və ictimaiyyətlə əlaqələr olur. Eyni zamanda cəsarəti və iradəsinə görə yanğınsöndürən, polis, sahibkar, əsgər, xilasedicilər ümumiyyətlə, qoç bürcündəndir.

 

Buğa

Bir öküz rejiminin pozulmayacağı hər işdə xoşbəxt olacaq, yetər ki saatları bəlli olsun, artıq fiziki iş görmək məcburiyyətində qalmasın. Sakit, rahat, işgüzar buğa üçün uyğun peşələr arasında bankçılık,vəkil və memarlıq olur. Buğa, gözəl və estetik olanı seçir. Damağ zövqü inkişaf etmişdir. Bu səbəblərlə ərzaq, ləl-cəvahirat və zinətlə bağlı işlərdə çalışmaqdan zövq alır.

 

Əkizlər

Onları xoşbəxt etmək istəyirsiniz? Ona yaradıcılığını istifadə edəcəyi bir iş verin! Əkizlərlə işləmək iki insanla məşğul olmaq deməkdir. Bu səbəblə o iki dəfə çox düşünəcək, çox danışacaq və bəlkə də az işləyəcəkdir. Çünki praktik yolu bilir. Əkizlər üçün uyğun peşələr arasında rəhbər, operator, müəllim, memar, ictimaiyyətlə əlaqələr olur. Eyni yerdə daimi qalmaqdan darıxır, arada bir hava almağı lazımdır.

 

Xərçəng

Bürclər nəslinin anası olan xərçənglər, dominant quruluşları səbəbiylə, yuva və uşaqlarla bağlı işləri yüklənmənin xaricində daha böyük məsuliyyət tələb edən sahələrdə də uğurlu olurlar. Mükəmməl rəhbər ola bilərlər. Məsuliyyət tələb edən işləri asanlıqla həll edər, yaradıcı fikirlər verə  bilərlər. Uyğun peşələr arasında; İnsanlarla əlaqə,aşbaz, müəllim, hakim, vəkil olur.

 

Şir

Əzəmətli aslan, şou edə biləcəyi sahə istəyir. Rəhbər,idarəçi, tur rəhbərliyi, moda və dizayn ilə bağlı sahələrdə çalışır. Komanda olmaqdan ziyadə tək olmaq istəyir. Getdiyi yerdə olduqca sevilir və qarşısında sonunda istədiyini alır. İnandırmaq qabiliyyəti çox inkişaf etmişdir, yaxşı vəkillər yenə şir bürcündən çıxar.

 

Qız

Mükəmməlliyi və dəqiqliyi ilə tanınan tərəzilər, incəlik tələb edən işlərdə müvəffəqiyyətli olurlar.Planeti Merkuri olduğundan, yazar,dedektiv, müəllim, tənqidçi, tərcüməçilər də qız bürcündən çıxar. Xidmət sektorunda da qızlara tez-tez rast gəlinir.

 

Tərəzi

Həssas tərəzilərin davamlı tarazlıq axtarışı peşələrində də əks olunur. Yaxşı bir vasitəçi olduqlarından səfirliklərdə çalışanlar, ədalətə əhəmiyyət verdikləri üçün isə məhkəmələrdə vəzifələrin əksəriyyəti tərəzi bürcündən olur.

 

Əqrəb

Bir əqrəbin yaxşılaşdırma və şəfa vermə gücü olduğu söylənilir. O ölümün və oyanışın rəmzidir. İntensiv hislərə malik olan əqrəb bürcü üçün uyğun peşələrin önündə  psixiatr, detektiv, vəkil, müəllim və alim gəlir. Etibarlı bir çalışandır.

 

Oxatan

Bu bürç üçün sabit durmaq işgəncəyə bərabərdir.Heç kimin pisliyini istəməzlər. Mənəvi tərəfləri çox inkişaf etmişdir, davamlı ilham almaq istəyir. Ümidli və müsbətdir. Səyahət ilə bağlı bütün işlər, məşq, idman ilə bağlı işlər oxatanların maraq sahələrindəndir.

 

Oğlaq

Bürc nəslinin atası olan oğlaq bürcünü necə bilirsiniz? Hökümlü,adət -ənənələrə və qaydaları çox əhəmiyyət verən quruluşları səbəbi ilə çox yaxşı bir rəhbərdir. Harada nəyin lazım olduğunu yaxşı bilir. O əvvəlcədən atdığı addımları hesablayır və qərarlar alır. Və oğlağların bir çoxu, böyük uğurlara imza atır. Oğlaq bu xüsusiyyətlərinə görə yaxşı bir liderdir. Pul idarəçiliyi mövzusunda da uğurlu olduğu üçün bankir ola bilər. O məsuliyyət sahibidir və hər şeyin ən yaxşısını istəyir.

 

Dolça

Özünü  günümüzə aid hiss etməyən,dolçanın etmək istədiyi peşə, yəqin ki, qeyri-adi olacaq. O öz qəribə peşə sahəsini də yarada bilər. Fərqli düşünən beyinləri, onları elm adamı edə bilər.  Qısası, dolçanın etdiyini hər kəs edə bilməz. Elm sahəsində işləmək onları daima yüksəklərə qaldıracaq.

 

Balıq

Xəyallara  tez-tez qapılmaları ilə məlum olan balıqlar, yaradıcılıq tələb edən işlərdə müvəffəqiyyətli ola bilir. O duyğuludur və bu tərəfini istifadə edəcəyi işlər onu zirvələrə qaldırar.Balıqlar maddiyata deyil,mənəviyyata üstünlük verir.Fotoqraf, musiqiçi, dənizçi, artist, psixoloq ola bilər.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!