Bürclərə uyğun saç modelləri

Bürclərə uyğun saç modelləri
Bürclər, Qoroskop
10.09.2017 27
Qoç Bürcü

Qoç bürcünün inadkar quruluşu, səhərlər saçlarınızı formalaşdırmağı kabusa çevirə bilər. Saçlarınızı sancaqlarla toplaya, rəngli saç lentləri ilə forma verə bilərsiniz. Qoç qadınları hisslərini bəlli etməyi sevir, canlı və fəaldırlar. Gündəlik həyatlarında həyəcanlı və praktik Qoç qadınları, müasir tərzdə xüsusilə qısa saç modellərini yaxşı daşıyır.

Uzun saçlara sahib qoç qadınları saçlarını açıq qoymağı xoşlamırlar.Adətən, at quyruğu modelini edirlər. Anadangəlmə lider və diqqət çəkməyi sevən bu bürc sahiblərinə, kürən saçlar da çox yaxşı yaraşır.

 

Buğa Bürcü

Buğa bürcü qərarlı quruluşu, saç məsələsində də nə istədiyini yaxşı bilir. Hər zaman istifadə etdiyin şampunun və zövq aldığı sabit saç modelləri var. Şişirtmədən və dəyişiklikdən çox xoşlanmayan buğa qadınları, saçlarında hər zaman təbii modellərə üstünlük verir; Qızılın açıq tonları və sarı saçları ilə daha gözəl olurlar.



Əkizlər Bürcü

Əkizlər, monotonluq çox uzaqdırlar. Şən, hərəkətli, rahatlığı sevən quruluşunuzla rahat istifadə olunan, xüsusi qayğı tələb etməyən saç modellərini üstünlük verirsiniz. Refle və kölgəli saçlar sizlər üçün əlverişli olacaqdır. Saç modellərin də ruh halına görə tez-tez dəyişir. Əkizlər qadınını bir gün açıq və qabarıq, digər gün düz fenli saçlarla görmək mümkündür.



Xərçəng Bürcü

Romantik və şəfqətli quruluşu vərdişlərinə və dəyərlərinizə sıx bağlı olan xərçəng qadını, azadlığına düşkündür. İki rəngli ombre saç, sizə çox yaraşacaq. Düz və ya dalğalı, israfçılıqdan uzaq saçlar da tam sizə görədir.



Şir Bürcü

Şir qadını diqqəti özünə çəkməyi çox sevir. Dəbdəbəli, qabarıq, cəlbedici və cəsarət istəyən saç modelləri tam sizə görədir. Özünə güvənən, ehtiraslı və coşğun aslan qadınlarının rəngi açıq şabalıdı və fındıq qabığı rəngidir. Yeniliklərə açıq quruluşun, dəyişiklikdən qorxmayın.

 

Qız Bürcü

Dəqiq və mükəmməlliyə meyillisiniz.Dağınıqlıq heç sizə görə deyil. Bu vəziyyət saçlarınıza da əks olunur, hər zaman baxımlı və diqqətli olmağınız şərtdir. Saçlarınıza maskalarla qulluq edir, qırıqlarını müntəzəm fikir verməyə həvəs göstərirsiniz. Məsuliyyət sahibi və həssas təbiətə malik olan  Qız qadınının rəngi platin tonudur.

 

Tərəzi Bürcü

Estetika, rahatlığa və lüks həyata maraqlı Tərəzi Qadınları, yenə də dəbdəbə və israfçılığı sevmir. Sadə saç modellərinə üstünlük verir.Şabalıdı saç tonları tam sizə görədir. Öz içində ziddiyyətlər yaşayan, ancaq kənardan baxdıqda olduqca tarazlı görünən bir quruluşunuz var. Saçlar məsələsində isə ziddiyyətlər yaşayır, uzun müddətdir uzatmağa çalışdığın saçlarını bir anda gözünü belə qırpmadan kəsdirə bilərsən.



Əqrəb Bürcü

Küt kəsimli saçlar, Əqrəb Qadınlarının gizli gözəlliklərini ortaya çıxarmaqdadır. Sizlər üçün ən uyğun saç rəngi qaradır. Saçların istər düz, istərsə buruq olsun,fərq etməz. Amma mütləq baxımlı olmalıdır. Çünki sən, cəlbedici görünməyi çox sevirsən. Bunun üçün perma, refle kimi əməliyyatların saçlarına zərər verdiyini bilsən də istifadəsindən çəkinmirsən.

 

Oxatan Bürcü

Oxatan Qadınları üçün ani qərarlar vermək olduqca asandır. Sprey və ya jeledən istifadə etməkdən xoşu gəlmədiyi üçün, sərt əvəzinə yumşaq saç modellərini üstünlük verirlər. Bu bürcün saç rəngi tünd qəhvəyidir.

 

Oğlaq Bürcü

Zarafatçıl anlayışın və mülayim quruluşun sayəsində hər yerdə özünü sevdirməyi bacarırsan. Saç məsələsində də ehtiyyatlısan,saçın pozulmasını qarşısını alan sprey və jele kimi şekilləndiricilər  sənə görədir. Oğlaq qadını, eyni zamanda ənənələrinə sadiq və mühafizəkardır.



Dolça Bürcü

Dolça qadını dünyanın sirrini özündə daşıyır . Yaradıcı bu bürc sahibi, hər gün saçlarını formaya sala bilər. Qeyri-adi zövqləri və inancları ilə böyük mübarizələrə girə bilərlər. Daima yeni modellər axtarışındadırlar.



Balıq Bürcü

Bürclərin ən romantiki təbii ki sizsiniz. Həssas xarakteriniz saçlarınıza da əks olunduğundan, boya və perma kimi kimyəvi üsullar sizə görə deyil, əgər boya etməyi düşünürsünüzsə təklifimiz, bitki tərkibli boyalar istifadə etməlisiniz. Saç rənginiz torpaq rəngi və tonlarıdır.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!