Qadınlar bürclərə görə necə olurlar?

Qadınlar bürclərə görə necə olurlar?
Bürclər, Qoroskop
10.09.2017 15
Qoç bürcünün qadınları

Qoç bürcünə daxil olan qadınlar dalaşqan olsalar da, düzgünlüyü sevən, enerjili, əlaqələrə və azadlığına üstünlük verən xanımlardır. Daim ailəsini sevməsi və tərifləməsi ilə seçilir. Qüsurlu tərəfi qısqanc və qürurlu olmasıdır. Yoldaşından özünü tərifləməsini gözləyir və başqasının onu tərifləməsini xoşlamır. Yaxşı bir ev xanımıdır və yoldaşını idarə etməyi bacarır. Belə bir qadın aqressiv, çox romantik və özünə heyran olan bir xanımdır.



Buğa bürcünün qadınları

Bu qadınlar sakit təbiətli, yoldaşının sözünü dinləyən, demokratik fikirli və öz fikrinə sadiq biridirLƏR. Belə qadınlar sənət sahələrində uğurlu olurlar. Yaxşı bir ev sahibəsidir və etdiyi işin eyniylə qarşılığını gözləyir. Evini bəzəmək, təchiz və təmiz saxlamağa meyllidir. Eşqinə sadiq, səmim və etibarlıdır. Ailəsində sakitliyi təmin edir. Bu qadınlardan boşananlar çox azdır. Çox yaxşı bir yoldaş və ana olurlar. Yoldaşlarından şübhələnsələr belə, duyğularını gizli saxlayırlar.



Əkizlər bürcü

Bu qadınlar tez ünsiyyət qururlar, amma qarşı tərəfdə qüsur taparsa, onlarla daimi bir dostluq qurmağa meyl etməzlər. Dəyişikliyi xoşlayırlar və müsbət olacağına inanırlar. Müvəffəqiyyətli və gözəl bir evlilik həyata keçirirlər. Gəzməkdən və səfərlərdən xoşları gəlir. Həyat yoldaşlarının mədəni olması onlar üçün vacibdir. Danışıqları sərtdir və ehtiraslı biridirlər. Hər şeydən şübhələnmək, bədxərclik bu bürc xanımlarının xarakterik xüsusiyyətləridir. Evlərini bəzəməyi sevirlər. Həyatda bir çox dəyişiklik yaşayırlar. Qarşı cinsin uyğunlaşması və ya uyğunsuzluğu nəticəsində bəzən xoşbəxt, bəzən bədbəxt olurlar. Gizli əlaqələr və eşq macəraları onların diqqətini çəkir və itkilərinin səbəbi də bu ehtiras olur.



Xərçəng bürcü qadını

Xərçəng bürcünə mənsub olan qadınlar eşqdə səmimi və temperamentlidirlər. Bu qadınlar övladlarına bağlı, əlaqədən zövq alan, səmimi, nəzakətli, mədəni və asan dəyişməyən fikrə sahib olurlar. Çox yaxşı bir anadırlar. Dostluğa meyilli olduğundan həyat yoldaşına kömək edir və romantik gücünü dəstəkləyir. Sevdikləri ilə aralarında eşq olmazsa, onnların həyatı monotonlaşır. Eşqdə fədakar və sadiq olurlar, lakin öz fikirlərini yoldaşlarına təkid və amiranəliklə deməzlər. Əlaqələrdə açıqürəkli və namusludurlar. İnadcıl və əzmli bir şəxsiyyətləri vardır.



Şir bürcünün qadınları

Bu qadınlar səmimi qəlbli və mərhəmətli olurlar.. Hər hansı bir mövzuda müzakirəni sevir. Başqalarına kömək etməyə meyllidir, açıq fikirlidir. Ehtiraslıdırlar. Evlərini çox gözəl idarə edir və dünyanın evindəki qaydalara uyğun gəlməsini və heyran olmasını gözləyirlər. Davamlı sevgiləri ilə özlərini eşq yolunda fəda edərlər. Başqalarına göstərdikləri tolerantlıq və köməyin qarşılığını gözləməzlər. Sabit fikirlər, idarəçilik arzusu və çalışqanlıq bu bürcə xas olan xüsusiyyətlərdir. Sevdiyini öz idarəsi altında tutmaq istəyirlər. Güclü bir sevgili, ideal aşiq və ehtiraslı bir qadın olaraq gözə çarparlar. Şir bürcü yoldaşının qarşı cins tərəfindən bəyənilməsinə təəccüblənməzlər. Müvəffəqiyyətli bir sosial işçilər olar, öz məqsədinə çatmaq üçün əlindən gələni edərlər.



Qız bürcü qadını

Qız bürcü qadınlarının gözlərindən etibarlılıq və mehribanlılıq oxunur. Təmiz ürəkləri vardır, incəsənət sahələrində müəyyən qabiliyyətləri vardır. Utancaq olduqlarından sevgilərini yoldaşlarına açıqlaya bilməzlər. Başqalarına kömək etmək, faydalı işlərlə məşğul olmaq, gəzmək və yer dəyişdirmək onların əsas cəhətləridir. Inanclıdırlar, qaydalara tabe olur və qəlbində Tanrı qorxusu daşıyırlar. Evlərini bir az şişirdilmiş tərzdə bəzəyirlər. Çox da ehtiraslı sayılmazlar, amma xoşbəxt bir evlilik axtarırlar.



Tərəzi bürcünün qadınları

Yaxşı bir düşünmə qabiliyyətinə malik olurlar, qərəzsiz və bitərəf davranmağı bacarırlar. Həyatlarının erkən illərində evlənirlər. Ağıllı və anlayışlı, nəzakətli və ədalətli biridir və sülh axtarışındadır. Evlilik həyatını sevir və eşq əlaqələrində peşəkardır. Yoldaşlarını cinsi əlaqə və ehtiras yolu ilə əsir edərlər. Ətiri sevmək, bədənlərinə qulluq etmək, qarşı cinsdən xoşu gəlmək və intimdən zövq almaq onların əsas xüsusiyyətləridir. Həm də əyləncəni, rahatlığı və lüks həyatı sevirlər. Özlərini idarə etməyi bildiklərindən, qarşı cins ilə çox rahat bir əlaqəyə girə bilirlər. Çox ehtiraslıdırlar və eyni qarşılığı gözləyirlər. Bu mövzuda run düşkünlüyü yaşasa da, boşanmanı ağıllarına gətirməzlər.



Əqrəb bürcü qadını

Əqrəb bürcünə daxil olan qadınlar hər şeyin bərabər olmasını istəyirlər. Qəbahətlərini gizlətsələr də, özləri hünərli və qərarlıdır. Yaxşı var- dövlət sahibi olarlar. Çox möhkəm çalışar, lakin birdən sakitliyini itirərək, özünü unudar və sərt münasibət göstərər. Özlərini idarə etmək istəyənlərə imkan verməz və qarşı tərəfdən nəzakətlilik gözləyər. Eşqdə dinamik və enerjilidir. Ona kompliment edilməsini gözləyər və istədiyini tapa bilməzsə, əlaqədən bezə bilər. Özünün tənqid edilməsinə dözə bilməz. Rahat olmayan bir həyat düşünə bilməzlər və evlərini çox gözəl dekorasiyaya edərlər. Bu bürc qadınları xoşbəxtliyi yaradan və müvəffəqiyyəti özləri əldə edən insanlardır.



Oxatan bürcü qadını

Bu qadınlar özünə əmr edənləri sevməz. Bir yerdə dayanmağı sevməyən və davamlı hərəkət axtaran tiplərdir. Yaxın qohumlarından xoşu gəlmir və qarşı cins ilə yaxın, dostca əlaqələr qurur. Köməksevər, inanclı, yaxşı bir ev qadını və anadır. Təşkilatçıdır, həyat yoldaşının sözünü dinləyir. Başqalarının işlərinə burnunu soxmaz. Sakit, ağıllı, qabiliyyətli, nəzakətli, düşüncəldir. Yoldaşına kömək edir, etibarlı və səmimi insan sayılırlar. Oxatan bürcündə doğulan bir yoldaş tapsa, özünü bəxtəvər hesab edər. İnanclarına bağlılıqdan, qaydalara riayət edilməsindən və açıqürəklilikdən imtina etməzlər. İnsanların səhvlərini bağışlayan bir xarakterləri vardır.



Oğlaq bürcünün qadınları.

Oğlaq qadınları mühafizəkar sayılır və əsla maneələrə və çətinliklərə fikir vermədən müvəffəqiyyətə doğru əmin addımlarla irəliləyirlər. Çalışqan və ləyaqətli olurlar. Etibar qazanmağı, şöhrət və pula qovuşmağı arzu edəərlər. Qərarlı və ağır bir tərzdə pul yığar, lakin pulu xərcləməyi sevməzlər. Erkən evlənməyə qarşı deyillər, amma uşaq sahibi olmağı da istəməzlər. Vəzifələrinə bağlıdır, geniş fikirlidir. Çox dost-yoldaşları olmaz. Oğlaq qadınları romantik deyil və qarşı cinsə ağır və diqqətlə yaxınlaşırlar. Bu mövzuda cəsur və qoçaq deyildirlər və əlaqədə lider olmazlar. Yoldaşlarını seçmələri uzun bir vaxt ala bilər. Uşaqlarına çox qarışmazlar, amma müəyyən bir sərhəddi keçmələrinə icazə verməzlər. Onlara qarşı sadə və səmimi bir sevgiləri olar. İdarəçilikdə eqoistdirlər.



Dolça bürcü qadını

Bu qadınlar ənənələrə fikir verməzlər. Əgər həyat yoldaşı özlərinə uyğun deyilsə, ayrılıb başqası ilə ailə qurmaqdan çəkinməzlər. Çox nəzakətlidirlər və başqasına kömək etməyi sevərlər. Comərd, həm də incə biridirlər. Xəstəliklərdən tez təsirlənərlər. Bu qadınlar çox sosial olurlar. Onların evləri gözəl , qədim əşyalarla bəzənmiş olur. Ətraflarında əlaqə qurduğu müxtəlif insanlar vardır. Bu qadınlar sevgi və romantizmə meylli deyil. Cinsi əlaqələrdə soyuq olurlar. Bəzən bu mövzuda onları başa düşmək çətin olur. Hətta bəzən eqoizmə yuvarlanırlar, yoldaşlarının onları anlamasını və çox diqqət göstərməsini gözləyərlər. Ailələrində uyğunlaşma və xoşbəxtlik olmasına çalışarlar. . Evlilik həyatlarında hərdən bir gərginlik və münaqişələr olmasına baxmayaraq, anlayış, sevgi bağı və şəfqət içində keçər.



Balıq bürcünün qadınları

Balıq bürcündən olan qadınlar yoldaşlarında gözəllik, zəka və sənət qabiliyyəti axtaracaq. Şübhələnən olur və yolda.larına qarşı qısqancdırlar. Eşq, sevgi arzusunda olduqları halda, özləri seçməkdə azad deyillər. "Kapriz"ləri eşqdə gərginlik yaradır. Bəzən istəksiz və könülsüz görünürlər, amma digər zamanlarda özlərini buna həsr edən, ehtiraslı, duyğulu və nəzakətli olurlar. İkili xarakterli bir bürc olduğundan, qadının da dəyişən bir təbiəti olacaq. Romantik tərəfləri daha cazibədardır. Yaxşı bir ana, xoşbəxt və sevgi dolu bir yoldaş və ev qadını sayılırlar. Ətraflarında böyük bir dost birliyi vardır və insanları özünə çəkməyi bacarır.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!