Ən yaxşı avtomobil idarə edən bürc hansıdır?

Ən yaxşı avtomobil idarə edən bürc hansıdır?
Bürclər, Qoroskop
10.09.2017 0
Qoç bürcü – Qoç bürclərinin xəyalını qırmızı və idman üslubunda maşın bəzəyir. Avtomobilin musiqi sisteminin keyfiyyətli olması onlar üçün həyatı önəm daşıyır.



Buğa bürcü – Təbiətə düşkünlüyü avtomobil seçimində də özünü göstərir.  Komfortlu avtomobillərə üstünlük verirlər. Avtomobil alarkən boz və qırmızı ən çox aldıqları rəngdir.



Əkizlər bürcü – Onun dəyişkən xarakteri fərqli avtomobillərin bəyənilməsinə yol açır. Onlara bu mövzuda meynun iştahlı deyilir. Seçdiyi maşın mütləq gündəmdə və modern olmalıdır.



Xərçəng bürcü – Görüntüdən və rahatlığından çox funksiyası vacibdir. Çox sürətli sürməsələr belə motoru güclü olan maşınlara üstünlük verirlər. Ailəvi maşınları sevirlər. Bir markanı bəyənsələr, onu asanlıqla dəyişmirlər.



Şir bürcü – Soyuqqanlı Şir bürcləri maşın seçərkən  hər şeydən əvvəl sağlamlıqlarını düşnürlər. Özlərini təhlükəsiz hiss etdikləri və motoru keyfiyyətli olan maşınlara üstünlük verirlər. Onlar keyfiyyətlə yanaşı, görünüşü də diqqət çəkən bahalı maşınlar almağa üstünlük verir.



Qız bürcü – Qız bürcü rahatlığa üstünlük verdiyi üçün maşının markasının bir o qədər əhəmiyyəti yoxdur. Özlərini rahat hiss edə biləcəkləri avtomobillər seçirlər. Yaxşı maşın idarə etməyi bacarırlar lakin sürəti qətiyyən aşmırlar.



Tərəzi bürcü – Onlar üçün avtomobilin içi və dizaynı əhəmiyyətlidir. Texniki xüsusiyyətləri onlar üçün ikinci planda qalır. Onların maşını cızılarsa, fəlakət baş verə bilər.



Əqrəb bürcü – Son dəb, sürətli və sağlam maşınlardan xoşlanırlar. Maşının motoru onlar üçün sirli qutu deyil, məlumatlı olduqları sahədir. Sürətli maşın sürməklə hamını keçməyi və özünü göstərməyi sevirlər. Onların yanında maşından danışarkən ehtiyatlı olun və avtomobilini heş vaxt tənqid etməyin.



Oxatan bürcü – Rahat və şirin maşınlardan xoşu gəlir. Maşınlarından hamıda olmasını istımirlər. Üstü açıq və fərqli maşınları sevirlər.



Oğlaq bürcü – İstifadə etdiyi avtomobil mütləq son model olmalıdır. Maşınlarına yaxşı qulluq edirlər və təmiz saxlayırlar. Oğlaqlar avtomobil idarə etməkdə çox mahirdir.



Dolça bürcü – Dolçalar da göstərişə daha çox əhəmiyyət verir. Böyük və bahalı maşınların xəstəsidilər. Motorun da güclü olması dolçalar üçün əhəmiyyətlidir.



Balıq bürcü – Canlı rəngləri sevirlər. Köhnə və istifadə olunmuş avtomobil almaqdan çəkinməzlər. Gəzməyi sevdiyi üçün avtomobilin rahatlığı da onlar üçün əhəmiyyət kəsb edir. Həssas olduğu üçün avtomobili yaxşı idarə edə bilmirlər.скачать dle 11.3
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!