Qoç bürcü - Sevgi

Qoç bürcü - Sevgi
Bürclər, Qoroskop
10.09.2017 355
Qoç bürcü insanları eşq həyatında cazibədar və son dərəcə cəlbedici şəxsiyyətə malikdir. Sevgi dolu münasibət yaşamağı arzu edərlər. Ancaq, eşq həyatları hərdən bir ziddiyyətli ola bilər. Eşq həyatlarında ümumiyyətlə avtoritar bir xarakter nümayiş etdirərlər. Eşq həyatlarında istədiyini mütləq əldə edərlər. Qərarlı və sevimli xüsusiyyətləri sayəsində istədikləri adamı mütləq başdan çıxarar və əldə edərlər.



Qoç Bürcü Qadını Eşq həyatı

Qoç bürcü qadını münasibətlərində olduqca qısqancdır. Sevdiyi adamı hər şeydən, hər kəsdən qısqana bilər. Birlikdə olduğu adamı qətiyən hec kəslə bölüşməz. Əslində azadlığına düşkündür, bu səbəblə bir kişiyə ancaq həyatındakı son adam olacağını düşündüyündə bağlılıq göstərər. Qoç bürcü qadını eşq həyatında dəyişkəndir. Bir anda aşiq olduğunu düşünər və bir anda tərk edə bilər. Bir kişi üçün azadlıqdan imtina etməsi olduqca çətindir. Qoç qadını aşiq olduğu zaman o adam üçün hər şeyi etməyə hazırdır.



Qoç Bürcü Kişisi Eşq həyatı

Qoç bürcü kişisi eşq həyatında olduqca cazibədar biridir. Davamlı olaraq, aktiv və coşğulu bir xarakterə malikdir. Ancaq Qoç bürcü kişisi ilə birlikdə olan qadın hər zaman yanında geri dönüş bileti gəzdirməlidir. Bunun səbəbi isə Qoç kişisinin eşq həyatında bir anda marağını itirməsidir. Qoç bürcü kişisi eşq həyatında azadlıqdan asanlıqla imtina etməz. Qoç bürcü kişisi aşiq olduğunda, bütün inancı ilə güvəndiyini və birlikdə olduğu adamı həyatının bir parçası olaraq gördüyündə tam olaraq sadiq qalar. Həyatının sonuna qədər birlikdə olduğu adama sadiq qalar. Ancaq həmin insanı sevmir, inanmır və bir hissəsi olaraq görmürsə əlaqəsi uzun sürməz və aldadıcı ola bilər. Sevdiyi zaman qısqanc olacaq, ancaq çox qısqanıb sevdiyini bezdirməz.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!