Xərçəng bürcü - Sevgi

Xərçəng bürcü - Sevgi
Bürclər, Qoroskop
10.09.2017 288
Xərçəng bürcü insanları eşq həyatlarında son dərəcə ehtiraslıdır və əslində onların, eşqə aşiq olduqlarını belə deyə bilərik. Eşq həyatlarına çox dəyər verərlər. Mövcud bütün enerjilərini eşq həyatları üçün xərcləyər və sevdiyi adamın peyki halına gələ bilərlər.



Xərçəng Bürcü Qadını Eşq həyatı

Xərçəng bürcü qadını eşq həyatında tərəf müqabilinə həddindən artıq dərəcədə sadiqdir. Ancaq bunu da bilmək lazımdır ki, sadiq olduğu qədər də qısqanc bir qadındır. Sevgi onlar üçün çox əhəmiyyətlidir. Tərəf müqabilindən hər zaman "səni sevirəm” sözünü eşitmək istəyər. Bu onlar üçün hər şeydən əhəmiyyətlidir. Qısa müddətli əlaqələr onlara görə deyil. Münasibətinin uzun və qalıcı olmasını istər. Xərçənglərin könül əyləndirmək üçün bir kişilə münasibətdə olması çox rast gəlinməz. Xərçəng bürcü qadını hər nə qədər uzun əlaqələr axtarsa da, məsələ evlilik olduqda çox düşüncəli davranar. Utancaqlığı eşq həyatlarına da əks olunmuşdur. Xərçəng bürcü qadını ilə birlikdə olan kişi bunu yaxşı bilməlidir ki, Xərçəng qadını münasibətdə olduğu partnyoruna qarşı çətinliklər yaratmağa başladıqda və onun etdiklərinin doğru olmadığını söylədikdə, bu o deməkdir ki, sevgisi azalmışdır.



Xərçəng Bürcü Kişisi Eşq həyatı

Xərçəng bürcü kişisi eşq həyatında sözün əsl mənasında mükəmməldir. Ancaq bu yalnız bürcün müsbət xüsusiyyətli kişiləri üçün etibarlıdır. Bürcün müsbət xüsusiyyətini alan kişi ilə birlikdə olan qadın, özünü tamamilə xoşbəxtliyə buraxa bilər. Xərçəng bürcü kişisinin eşq həyatında ən romantik kişi olduğunu söyləsək yanılmış olmarıq.Xərçəng bürcü kişisi aşiq olduğu zaman partnyora daima eşq, sevgi və tərif edər. Sevdiyi adam ilə davamlı olaraq, maraqlanar. Partnyoru ilə birlikdə daima yeni şeylər yaşamaq istər. Rahatlıq verən görüntüsü vardır. Bu səbəblə onunla birlikdə olan qadın fərqli bir cazibə qüvvəsi ilə cəzb olunduğunu hiss edər. Xərçəng bürcü kişisi eşq həyatında davadan və müzakirədən xoşlanmaz. Sevdiyi zaman, yerində və ölçüsündə qısqanclıq göstərər.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!