Əqrəb bürcü - Sevgi

Əqrəb bürcü - Sevgi
Bürclər, Qoroskop
10.09.2017 115
Əqrəb bürcü özündən nə qədər əmin görünsə də, bəzilərində eqoistlik və təkəbbür vadır. Ancaq bu
vəziyyət hisslərlə dolu olan qəlblərini saxlamaq üçün istifadə edilən bir divardır. Əqrəb bürcü insanları
hər kəs kimi sevilmək istər. Azadlığına düşkün olsalar belə acı çəkən tərəfləri vardır. Müstəqilliyi
müdafiə edən Əqrəb, əslində bu vəziyyətdən təkliyini gizlətmək üçün istifadə edər. Müstəqilliyə olan
düşkünlüyünü saxlayar, çünki heç kəsin müstəqilliyə həddindən artıq düşkün olan bir insanı
sevməyəcəyini düşünər. Sevildiyini həqiqətən hiss edən bir Əqrəb, ən ehtiraslı və güclü bir aşiq olacaq.
Onlar ürəyini danışdıran bir şəxsiyyətə malikdir.



Əqrəb Bürcü Qadını Eşq həyatı

Əqrəb bürcü qadını eşq həyatında dözülməz bir təsir qüvvəsinə malikdir. İlk gündən, son günə qədər
bu təsir davam edər. Olduqca cazibədar bir havaya malikdir. Yenə də eşq həyatında bəzən sirli
olduqlarını söyləmək lazımdır. Zahirən eşq həyatında sərbəst olaraq görülə bilər, ancaq daxili
dünyasında kövrək və həssasdırlar.
Əqrəb bürcü yara almamaqdan qorxar. Əqrəb bürcü qadını aşiq olduqda olduqca qısqanc və
sahiblənici ola bilər. Birlikdə olduğu adamdan güvən və sonsuz sevgi, hörmət istər. Əqrəb bürcü
qadını eşq həyatında hər zaman qarşısındakı insana dəyər verər və sonsuz paylaşmalarda olmaq istər.



Əqrəb Bürcü Kişisi Eşq həyatı

Əqrəb bürcü kişisi eşq həyatında dayanılmaz bir təsirə malikdir. Qadınların asanlıqla onu rədd edə
bilmədiyini söyləmək lazımdır. Cazibədar və sirli xarakteri ilə son dərəcə diqqət çəkər. Əqrəb bürcü
kişisi uzun əlaqələr qurmağın tərəfdarı deyil. Aşiq olmadıqları müddətdə bu vəziyyət əsla dəyişməz.
Hər münasibətini qısa müddətli olsun deyə qurar. Əslində bunun səbəbi isə, Əqrəb bürcü kişisinin yara
almaq istəməməsidir.
Əqrəb bürcü kişisi aşiq olduqda sadiq və uzun müddətli bir əlaqə qurar. Partnyorunu xoşbəxt etmək
üçün əlindən gələni edər. Ayrıca olaraq, aşiq olduqda həddindən artıq dərəcədə məhdudlaşdırıcı və
qısqanc olduğunu söyləmək lazımdır. Münasibətində partnyoru ilə hər şeyi yaşamaq istər. Cinsi əlaqə
istəyi yüksək səviyyədə olan Əqrəb bürcü kişisi, bu tərz davranışları partnyorundan da gözləyər.
Əslində bu mövzuda da dözülməz cazibə gücü olduğunu qeyd etmək lazımdır.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!