Dolça bürcü - Sevgi

Dolça bürcü - Sevgi
Bürclər, Qoroskop
10.09.2017 86
Dolça bürcü eşq həyatı:
Dolça bürcü insanlarının eşq həyatı dayanılmaz dərəcədə gözəldir. İstədikləri adamı mütləq əldə
edərlər. Ümumiyyətlə ilk baxışda ciddiyə almazlar, ancaq bu vəziyyət irəliləyən zamanlarda dəyişə
bilər. Eşq həyatlarında dolaşıq davranmazlar, birlikdə olmaq istədiyi adama birbaşa olaraq duyğularını
ötürərlər.



Dolça Bürcü Qadını Eşq həyatı

Dolça bürcü qadını həqiqətən yaxşı bir aşiqdir. Eşq həyatında hər zaman nəzakətli, diqqətli və
düşüncəli bir sevgilidir. Ancaq bu qədər xüsusiyyət, birlikdə olduğu adamın Dolça bürcü qadınının
həyatının mərkəzində olacağı mənasını verməz. Onunla birlikdə olan adam bəzən Dolça bürcü
qadınının müstəqilliyinə hörmət edərsə, uzunmüddətli münasibət qura bilərlər.
Dolça bürcü qadını, eşq həyatında ilk zamanlarda bir o qədər qayğıkeş görünməyə bilər, ancaq zaman
keçdikcə, güvəndikcə bütün sevgisini göstərəcək. Bunu bəzən partnyoruna çox dəyər verdiyi üçün də
edə bilər. Dolça bürcü qadını cəlbedici olduğuna görə partnyor tapmaqda çətinlik çəkməz. Ancaq
bunu da qeyd etmək lazımdır; çox seçicidir və bu səbəblə həyatına çox insan girməz. Qısqanclıqdan
bəzən xoşlanmaz.



Dolça Bürcü Kişisi Eşq həyatı

Dolça bürcü kişisi, eşq həyatında son dərəcə nəzakətli və diqqətli bir partnyor olaraq qarşımıza çıxar.
Bu cür davranışlarına baxmayaraq, birlikdə olduğu adamı həyatının mərkəzi halına gətirməz.
Müstəqilliyinə düşkündür. Bağlanmaqdan və məhdudlaşdırılmaqdan xoşlanmaz. Dolça bürcü kişisi ilə
birlikdə olan qadın, əvvəlcə onunla yoldaş olmağı bacarmalıdır. Bunu təmin edən qadın, Dolça kişisi ilə
uzun bir əlaqə yaşaya bilər.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!