Əkizlər bürcü haqqında ümumi məlumat

Əkizlər bürcü haqqında ümumi məlumat
Bürclər, Qoroskop
10.09.2017 64
Əkizlər bürcünün astroloji xüsusiyyətləri

Özündən əvvəlki Buğa bürcündən fərqli olaraq Əkizlər bürcünün
əhatəsi istər cəmiyyətdə, istərsə də sosial həyatda gedən proseslərə
o qədər də ciddi təsir etmir. Hələ qədimlərdə bu zodiakın qeyrimüəyyənliyini,
prosesləri yubatmasını pisləyir, taleyüklü məsələlərin
həllini sonrakı bürclərin dövrünə saxlayırdılar. Antik dünyanın
münəccimləri Əkizlərin ikili xarakterinə, "ziddiyyətli iki nəfər”
olmasına həmişə ehtiyatla yanaşırdılar.



Ulduzlar sistemində üçüncü yeri tutan Əkizlər bürcü təxminən mayın
22-dən iyunun 21-nə qədər olan dövrü (31 günü) əhatə edir. Ünsürü
hava, planeti Merkuri, xoşbəxt rəqəmi 3, 5, 12, 18, düşərli günü
çərşənbə, bazar, düşərsiz günü cümə axşamı, astroloji rəngi
bənövşəyi, boz, açıq-sarı, narıncı, uğursuz rəngi yaşıl, qiymətli daşı
əqiq, dağ kristalı, metalı qızıl, gümüş, enerji verən çiçəyi marqaritka, lalə, jasmin, nərgiz, müxalif bürcü
isə Oxatandır.



Əkizlər bürcü Göy qübbəsində 524 kvadrat dərəcəlik sahəni tutur. Ona adi gözlə görünən 70 ulduz
daxildir. Kastor və Polluks ulduzları isə daha parlaqdır. Səmanın şimal yarımkürəsində yerləşən Əkizlər
bürcü digər zodiak işarələrindən yüksəkdə durur.
Bu bürcün planeti olan Merkuri astronomik hesabla birinci yeri tutur. Onu qədim Roma Allahı
Merkurinin şərəfinə belə adlandırıblar.



Bu planet ticarət və alış-veriş işlərinə böyük təsir göstərir, eləcə
də idmanın inkişafında əhəmiyyətli rol oynayır. Qədimlərdə Merkurini həm də ölmüş insan ruhlarının
və yeraltı aləmin hakimi hesab edirdilər. Onun radiusu 2440 km, elementi torpaq, tərkibi quraqlıq,
xarakteri isə şöhrətpərəslikdir.



Astroloji xəritələrdə görünür ki, bu iki "qardaş” bir-birinə söykənib sanki yellənirlər. Hiss olunur ki,
əkizlərin sol tərəfdə dayananı zəif və qorxaq olduğundan sağ tərəfdəki qardaş bir əlində lira tutub
"layla” çalır. Digər əlində isə ox tutub özlərini düşməndən qorumağa çalışır. Əkizlər yeganə işarədir ki,
hər iki qonşu bürcün hücumuna məruz qalıb. Xəritədə göründüyü kimi sağ tərəfdən Buğanın
yaxınlaşan buynuzları, sol tərəfdənsə Xərçəngin "bir addımlıqda” olması vəziyyəti gərginləşdirir.
Əkizlərin zəif və daima yuxulayan hissəsi çevik hissəsinə də mənfi təsir göstərir. Yəqin bu səbəbdən də
həmin işarəyə şamil edilən adamların qətiyyəti lazımi səviyyədə olmur.



Hazırda Göy qübbəsinə hakim kəsilən bu bürc altında dünyaya gələn adamlar ilk növbədə
müşahidəçilik qabiliyyəti ilə seçilirlər. Onlar başqalarının informasiyalarından daha çox öz
intuisiyalarına inanırlar. Bu bürcün sakinləri dünyanı olduğu kimi deyil, öz xəyallarındakı kimi təsəvvür
edirlər. Məhz bu səbəbdən də əksər hallarda ömürləri boyu reallıqdan kənarda qalır, mürəkkəb
prosseslərdə özlərini itirirlər.



Əkizlərin ən böyük qüsuru ikili fikrə malik olmalarıdır. Belə ki, onlar lazımi məqamda qərar çıxarmaqda
çətinlik çəkirlər. Bəzən hətta son ana qədər baş verən məsələyə münasibət bildirməkdən də çəkinirlər.
Əlbəttə ki, bundan əvvəl haqqında danışdığımız Buğa bürcünün sakinləri də öz fikirlərini son
məqamda deyirlər. Lakin birincilərdə bu addım təmkinlə uzaqgörənlikdən irəli gəlirsə, ikincilərdə səriştəsizlikdən və qətiyyətsizlikdən doğur. Yəqin elə bu səbəbdən də bəzi münəccimlər belələrinin
etibarlı dost olmadığını israr edir.



Əkizlər nadir hallarda zəmanədən şikayətlənirlər. Onların əsas gileyi yalnız insanlar olur. Əgər belə
tanışlarınız varsa, yəqin ki, dediklərimizi təsdiqləyərsiniz. Bu zodiakın nümayəndələri həmişə narahat
görünürlər. Bəzən hətta cəmiyyətdən təcrid olunub ağır güzəran da keçirirlər. Lakin gələcəyə romantik
inam həmişə onlarda yarana biləcək ruh düşkünlüyünün qarşısını alır. Bu bürcdən olan adamlar özləri
haqda az və ya yalnız yanlış informasiya verirlər. "Gözümlə görməsəm, inanmaram” ifadəsi də məhz
onlar üçündür. Çünki Əkizləri danışıq və məsləhətlə yola gətirmək nadir hallarda baş tutur. Bu şəxslər
təcrübələri olmayan heç bir prosesə inanmırlar. Çevik və aktiv olan Əkizlər başladıqları işi axıra
çatdırmağa meylli olsalar da, bu istək çox vaxt reallaşmır. Münəccimlər hesab edir ki, bu zodiak işarəsi
altında dünyaya gələnlərin qəlbində böyük mərhəmət və xeyirxahlıq hökm sürür. Sadəcə olaraq bunu
üzə çıxarmaqda çətinlik çəkirlər. Bəzən ömürlərinin sonuna qədər sadaladığımız bu mühüm
keyfiyyətləri büruzə verə bilmirlər. Əkizlər tənhalıqdan çox qorxurlar (axı onlar bir nəfər deyil – S.R.).
Çox vaxt belə hallardan üzülüb özlərinə qəsd də edirlər.



Karmaya görə, hava işarəsi olan Əkizlər kommunikasion əlaqəni təcəssüm etdirir. O, əlaqə, informasiya
və kibernetikanı idarə etdiyindən müasir sivilizasiyada olduqca vacib rol oynayır. Beləsi üçün daha çox
hər hansı informasiyanı səthi şəkildə qavramaq və dərhal da başqasına ötürmək xarakterikdir. Onun
bu qədər qeyri-dəqiq olmasının müsbət tərəfləri də var. Əkizlər insanı mahiyyətə varmadan
aralaşdırıb, səthə çıxararaq bir növ ruhi əzabları yüngülləşdirir. Bununla da yeniləşməyə səbəb olur.



Ali Əkizlər hər hansı bir məsələnin mahiyyətinə varmaqla məşğuldur. Bunu sözün əsl mənasında
onların məşğul olduqları sahənin fələsəfəsi də adlandırmaq olar. Hər bir elmdə və ya insan fəaliyyəti
sferasında müəyyən qanunlar var ki, bunlar da elmi yox, daha çox mistik xarakter daşıyır. Ali Əkizlər
məhz bu qanunları kəşf etmək üçün Yer kürəsinə göndərilir. Beləsi dinin və fəlsəfənin sintezini
yaratmağa çalışmalıdır.



Əkizlərin diqqətini cəlb etmək üçün həmişə yüksək əhval-ruhiyyədə olmaq lazımdır. Onlar daxili
aləmini sonacan dərk etmədikləri, sirli, qeyri-adi insanları sevirlər. Unutmaq olmaz ki, Əkizlər hər şeylə
maraqlanır, fantaziyaları sevirlər. Onlar məşhur insanları, parlaq söhbətləri və əyləncələri olan
cəmiyyətə çıxmaq istəyirlər.



Bu şəxslərə xas olan uzaqgörənlik və ehtiyatlılıq heç də özünü həmişə doğrultmur. Bu fırıldaqçılar birbirilə
mübarizə apara, hər iki tərəfə kömək edə və ya aranı qızışdıra bilərlər. Onlar məhz bu cür
xarakterə qadirdirlər. Onlar hətta "yayda qar da tapa bilərlər”. Hər işi bacarmalarına baxmayaraq,
Əkizlərin intim əlaqədəki cəhdləri uğursuzluqla nəticələnir. Qadın-Əkizlər çoxlu açarları olan vəzifəli
şəxslərə qarşı xüsusi ehtiras bəsləyirlər: bu vəzifəli şəxs bank direktoru, türmə rəisi və s. ola bilər. Bu cür
insanlar rəhbər orqanlara keçdikdən sonra çətinlikləri bəhanə gətirərək, öz tərəf-müqabillərini
soymaqla məşğul olurlar. Kişi-Əkizlər isə bu cür haqsızlığa dözə bilmir, bunun qarşısını almaq üçün
əllərindən gələni edirlər.



Bu bürcə aid insanlar istənilən mühitdə uğur qazana bilərlər. Lakin əminliklə demək olar ki, onlar heç
bir sahəni mənimsəmirlər. Onların karyera qurmaq üçün ən yaxşı şansı musiqidə, ələlxüsus da
ədəbiyyat sahəsində olur. Əkizlər maliyyə və kapitalla rəftar etməyi bacarmırlar. Buna görə də pulla
bağlı problemlər az qala bütün ömürləri boyu onları təqib edərək çoxlu sıxıntılara, hətta ailə
qalmaqallarına da səbəb olur. Onların fəaliyyət göstərməsi üçün nisbətən uğurlu mühit radio,
televiziya və dilçilikdir. Həmçinin kapital qoymaq üçün onların ən uğurlu sahəsi kağız istehsalıdır.



Bir şeyi də nəzərinizə çatdıraq ki, barəsində danışdığımız bürcün qadınları əzmkarlıq, zəhmətkeşlik
baxımından heç də kişilərdən geri qalmırlar. Müasir astrologiyaya görə, Əkizlər və Oğlaq bürcünün
qadınları evlilik həyatında ailə başçısı missiyasını öz üzərlərinə götürürlər. Bəzən də ailəsini təkbaşına
dolandırırlar.



Ümumiyyətlə, Əkizlərin müəmmalı cizgiləri çoxdur. Bəzən onların halı xarab olanda ətrafdakıların
ovqatını səbəbsiz yerə korlayır, müəyyən vaxtdan sonra buna görə təəssüflənib üzr istəyirlər. Fikirlərini
konkret bir məsələ üzərində cəmləşdirə bilməyən Əkizlər bəzən nəyisə təhlil edir, hərtərəfli
aydınlaşdırır, sonra isə bunu yarımçıq qoyub başqa bir işə girişirlər. Bu xüsusiyyət isə onları
başqalarından üstün göstərə bilmir. Bu adamlarda nəzakət və mülayimlik az olur. Əkizlər hətta
sevəndə də qısqanclıq və çığır-bağır səhnələrinə davam gətirməkdənsə, qaçmağı vacib sayırlar. Onlar
öz hisslərini çox ustalıqla gizlədə bilirlər. Bu işarə altında doğulanların sevgisini qazanmaq üçün
əvvəlcə özünüz onlara məhəbbətinizi bildirməlisiniz. Çünki Əkizlər öz sevgisini heç vaxt etiraf
etməyəcək, səylə öz hisslərini gizlətməyə çalışacaqlar. Onlar evlilik həyatında, ailədə uşaqları çox sevir,
amma onlara qarşı o qədər də diqqətli olmurlar.



Bu bürc altında dünyaya gələn adamlar ən müxtəlif peşə qabiliyyətlərinə malik olurlar. Müasir dünya
astrologiyası Əkizlərdən bacarıqlı vəkil, ticarətçi, katib, hüquqşünas, müəllim, səyahətçi, natiq, filosof,
siyasi vasitəçi, bəzənsə fırıldaqçı və oğrular yetişdiyini bildirir. Amma bütün dövrlərin nücum elmi
birmənalı qaydada bəyan edir ki, Əkizlər bürcünə şamil edilənlər daha çox mətbuat işçisi kimi yararlı
olurlar. Çünki bu adamlar qədər informasiyanı tez qəbul edənlər yoxdur. Çox güman ki,
məmləkətimizdə çıxan qəzetlərdə fəaliyyət göstərən Əkizlər digər həmkarlarına nisbətən daha fəaldır.



İdarəedici Əkizlər isə yaradıcı, oyun qaydalarını yaxşı bilən, bəzi hallarda isə hiyləgər olurlar. Ona tabe
olanlara mütləq sərbəstlik lazımdır. Bu rəhbərlə şəxsi münasibətləri dərinləşdirmək məsləhət deyil.
Yoxsa öz problemlərinizlə onda sizə qarşı ikrah yarada bilərsiniz. Rəhbər-Əkizlərlə ehtiyatlı olmağınız
da vacibdir. Çünki o, kənar təsirlərə tez uyur, işçiləri haqqında deyilən hər yalana inanırlar. Bu
səbəbdən də karyeraya yetişmək istəyirsinizsə, öz giley-güzarınızı bir tərəfə atıb yalnız fəaliyyətlə
məşğul olmalısınız. Yaxşı olar ki, müdirinizə yeni ideyalar verəsiniz. Amma yumor hissinizi də
dondurmamalısınız.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!