Bürclərin Xoşlandığı Kişi və Qadın Tipləri - IV Hissə

Bürclərin Xoşlandığı Kişi və Qadın Tipləri - IV Hissə
Bürclər, Qoroskop
10.09.2017 9
TƏRƏZİ BÜRCÜ- Qadın
Necə kişilərdən xoşlanır?
Tərəzi bürcü qadını tolerantlıq səviyyəsi yüksək, olduqca sevimli və səmimi kişilərdən xoşlanır. Pessimist olmayan, optimist kişilər diqqətlərini çəkər. İsrar edən və inadçı olmayan kişilərdən xoşlanır. Romantik və romantizmdən xoşlanan kişilər diqqətlərini çəkər. Sərt olmayan, maço davranışlar göstərməyən və özünə dözə biləcək kişilərdən xoşlanır. Fiziki olaraq isə özünə baxan, yaraşıqlı kişilərdən xoşlanır.


TƏRƏZİ BÜRCÜ- Kişi
Necə qadınlardan xoşlanr?
Tərəzi bürcü kişisi idarəni əlində saxlayan, məsuliyyətlərindən xəbərdar olan, vecinə deyilmiş kimi davranmayan, özünə uyğunlaşa bilən və səmimi olan qadınlardan xoşlanır. Addımlarını diqqətli atan qadınlar, Tərəzi bürcü kişisinin diqqətini çəkər və ondan təsirlənər. Tərəzi bürcü kişisinin gözəl olan hər şeyə qarşı meyilləri vardır. Bu səbəblə gözəl bir qadından xoşlanmaması demək olar ki, qeyri-mümkündür.




ƏQRƏB BÜRCÜ-Qadın
Necə kişilərdən xoşlanır?
Əqrəb bürcü qadını marağını göstərməkdən çəkinməyən, açıq olan kişilərdən xoşlanır. Gizlilikdən xoşlanmaz, bu səbəblə xoşlandığı kişi də mütləq olduğu kimi davranmalı, içindən gələni çəkinmədən söyləməlidir. Sadiqliyini çəkinmədən göstərən, onu həqiqətən istədiyini bəlli edən, ona əhəmiyyət verən kişilərdən xoşlanır. Gözü daima çöldə olan kişilər əsla diqqətlərini çəkməz.
ƏQRƏB BÜRCÜ-Kişi
Necə qadınlardan xoşlanır?
Əqrəb bürcü kişisi özünə problem yaratmayacaq, uyğun, problemlərdən xoşlanmayan və ona qarşı hörmət və sevgi göstərəcək qadınlardan xoşlanır. Xoşagəlməz davranışlara dözümü yoxdur və bu şəkildə davranmayan qadınlardan xoşlanmaması demək olar ki, qeyri-mümkündür. Yalan söyləməyən, ancaq kiçik də olsa gizli bir tərəfi olan qadından xoşlanır. Yenə də bir dəfə də olsa yalan söylədiyini anlarsa, o qadından mümkün olduqca uzaq dayanar.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!