Bürclərin Xoşlandığı Kişi Və Qadın Tipləri - V Hissə

Bürclərin Xoşlandığı Kişi Və Qadın Tipləri - V Hissə
Bürclər, Qoroskop
10.09.2017 16
OXATAN BÜRCÜ- Qadın
Necə kişilərdən xoşlanır?
Oxatan bürcü qadını yanındaykən rahat hərəkət olacağı, rahat paylaşa biləcəyi və istədiyini edə biləcəyi kişilərdən xoşlanır. Daima onu tənbeh etməyəcək, ona uyğunlaşa bilən kişilər diqqətlərini çəkir. Ancaq Oxatan bürcü qadını çox diqqətdən xoşlanmaz, bu səbəblə onu sıxmayacaq, ancaq çoxda boş buraxmayacaq kişilərdən xoşlanır. Azadlığını məhdudlaşdıracağını düşündüyü kişidən onsuz da uzaq durar, qaldıki belə bir kişidən xoşlansın. Yanında özünü nə qədər yaxşı hiss edərsə, o qədər çox bəyənir.


OXATAN BÜRCÜ- Kişi
Necə qadınlardan xoşlanır?
Oxatan bürcü kişisi özünə hər şərtdə uyğunlaşa bilən, hər zaman onunla maraqlanan, ancaq onu məhdudlaşdırmayan qadınlardan xoşlanır. Səviyyəsini qoruyan, yetkin şəxsiyyətə sahib, macəranı sevən və rəngli həyat yaşamaqdan xoşlanan bir qadından, Oxatan bürcü kişisinin xoşlanmaması qeyri-mümkündür. Paylaşımlarında sərhəd qoyan və səbrli olan, hər şeyi dərhal yaşamaq istəməyən qadınlardan xoşlanır. Əks halda qısa müddətdə bezir.




OĞLAQ BÜRCÜ- Qadın
Necə kişilərdən xoşlanır?
Oğlaq bürcü qadınları necə bir kişilərdən xoşlanır; baxımlı, yaraşıqlı və romantik kişilərdən xoşlanar. Nizamlı həyatı olan və iş həyatında müvəffəqiyyətli olan kişilərə, dözə bilməzlər. Gördükləri zaman içlərində vulkan partlaması yaşadacaq kişilərdən xoşlanırlar.
OĞLAQ BÜRCÜ- Kişi
Necə qadınlardan xoşlanır?
Oğlaq bürcü kişisi üsyankar olmayan, sakit , təmkinli, xasiyyət baxımından özünə uyğun qadınlardan xoşlanır. Xüsusəndə geyim mövzusunda çox diqqətlidir. Geyim tərzinə önəm verən və baxımlı xanımlardan xoşlanır. Oğlaq kişisi üçün ilk öncə şəxsi keyfiyyətlər sonra xarici görünüş önəm kəsb edir.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!