Bürclərin Xoşlandığı Kişi Və Qadın Tipləri - VI Hissə

Bürclərin Xoşlandığı Kişi Və Qadın Tipləri - VI Hissə
Bürclər, Qoroskop
10.09.2017 22
SUTÖKƏN BÜRCÜ- Qadın
Necə kişilərdən xoşlanır?
Dolça bürcü qadını hər zaman, heç əksilməyən hörmətə sahib kişilərdən xoşlanır. Dəyərli olduğunu hiss etdirən adamdan istər istəməz xoşlanar. Ciddiyətsizlikdən və diqqətsiz davranışlardan xoşlanmaz, bu səbəblə ciddiliyini hər zaman qoruyan, ancaq bəzən onu güldürə biləcək, əyləncəli kişilərdən xoşlanır. Məhdudlaşdırılmağa nifrət edər və bu cür kişilərdən uzaq dayanmağa çalışar. Dolça bürcü qadını düşüncəsinə əhəmiyyət verən kişilərdən xoşlanır.


SUTÖKƏN BÜRCÜ- Kişi
Necə qadınlardan xoşlanır?
Dolça bürcü kişisi istədiklərinə qarşı problem çıxartmayacaq, özünə şərtsiz bir şəkildə bağlılıq göstərən, seçimlərini və qərarlarını sorğulamayacaq qadınlardan xoşlanır. İstəklərinə hörmət göstərən və özünü təsdiq edən qadından xoşlanmaması mümkün deyil. Ancaq özünə uyğunlaşan, etdiklərinə və qərarlarına qarşı problem çıxardan qadından bacara bildikcə uzaq dayanmağa çalışır.




BALIQLAR BÜRCÜ – Qadın
Necə kişilərdən xoşlanır?
Balıq bürcü qadını özünə bağlılığı hiss etdirməyi bacaran, əhəmiyyətli olduğunu hiss etdirən kişilərdən xoşlanar. Mənfəət güdən kişilərdən nifrət edər. Balıq bürcü qadını romantikdir və bu səbəblə əsla duyğularının heçə sayılmasına dözə bilməz. Belə halda, Balıq bürcü qadını duyğularına əhəmiyyət verən kişilərdən xoşlanır. Özünə hər zaman maraq göstərən, ancaq onu bezdirməyən kişilərdən xoşlanırlar.
BALIQLAR BÜRCÜ – Kişi
Necə qadınlardan xoşlanır?
Balıq bürcü kişisi düzgün münasibət quran, ona bağlı olacağına inandığı, gözü çöldə olmayan və sakit bir xarakterə sahib olan qadınlardan xoşlanır. Duyğularına qarşı laqeyd olmayan, onu sahiblənən, hər zaman qayğılı davranan və söylədikləri sözü nəzərə alıb, ona görə davranan qadınlardan xoşlanmaması qeyri-mümkündür. Sadiqlik, Balıq bürcü kişisi üçün çox əhəmiyyətlidir. Əksini hiss etsə, arxasına belə baxmaz.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!