Aldadıldıqda hansı bürc necə davranır?

Aldadıldıqda hansı bürc necə davranır?
Bürclər, Qoroskop
10.09.2017 21
Aldadılmaq, aldanmaq insana acı verir və aldadılan insanın bürcünə görə
verdiyi reaksiyalar da müxtəlifdir. Bürclərə əsasən aldadıldığını
öyrənən insanlar necə davranır? Sualın cavabını tapmaq üçün məqaləmizi
oxumağa davam edin.
Mövzu istər sevgi, istər dostluq, istər iş olsun, hər insan övladının
aldadılmağa münasibəti bəllidir. Bu, həm də bəzi bürclərin əsas ayrılıq
səbəblərindən biridir.

"Aldadan özünü aldadır” sözü doğrudur.

İndi isə gəlin bürclər haqqında bilinməyən həqiqətlərə birlikdə nəzər salaq.



Qoç bürcü

Əvvəlcə inanmaq istəməzlər. Dünyanın mərkəzi o, olduğu halda, kim belə bir şeyə cürət etmiş ola bilər?

 

Buğa bürcü

O, sakit, düşünmədən hərəkət etməyən, hətta düşündükdən sonra da uzun
müddət hərəkətə keçməyən insandır. Güvənin olmadığı yerdə Buğa da
olmaz.

 

Əkizlər bürcü

Əvvəlcə bir müddət düşünəcəkdir. Çox qəribədir ki, onu aldadan insan
istər dostluqda, istər işdə, istər sevgidə olsun, bir anda həm də
qiymətə minəcəkdir.



Xərçəng bürcü

Xərçənglərin hissləri çox qüvvətlidir. Onlar hər şeyi asanlıqla hiss
edə bilirlər. Əmin olun ki, sizi peşman etmək üçün əllərindən gələni
edəcəklər.



Şir bürcü

Bir Şiri bu halda görmək çox pisdir. Ürəkləri elə qırılacaq ki,
özünüz də peşman olacaqsınız. Özünüzü əfv etdirməyə çalışmalısınız.
Ancaq bunun nə dərəcədə alınacağı bəlli deyil.

 

Qız bürcü

Düşünəcək ki, həyat onu yenə yanıltmadı. Üzərinə "haqlılıq qüruru”
çökəcəkdir. Acı gerçəyi bağrına basıb, yaşamağa davam edəcək.



Tərəzi bürcü

Bu halda Tərəzi əvvəlcə öz xətalarını tapmağa, götür-qoy etməyə çalışacaq. Əgər barışmağı düşünürsə, qisasını mütləq alacaqdır.

 

Əqrəb bürcü

Eynisi ilə qarşılıq verəcəkdir. Əzilməklə, depressiyaya girməklə vaxt
itirməz. Sadəcə ən uyğun şəraitin əlinə keçməsini gözləyər.

 

Oxatan bürcü

O, həm qarşısındakını, həm də özünü "yandıracaqdır”. Nə özünü
bağışlayacaq, nə də onun saflığından yararlandığı üçün qarşısındakını.

 

Oğlaq bürcü

Bu, dönüşü olmayan bir yoldur. Oğlaqlar çətin silsələr də, tam silən
insanlardır. Nə dava çıxaracaq, nə də intiqam alacaqdır. O insanları
itirməkdən çox öz qürurunu itirməkdən qorxur.

 

Dolça bürcü

Bunu əsla özünə sığışdıra bilməz. Ona görə də özünə çox əsəbləşəcək. Adınız çəkildiyi yerləri tərk edəcək.

 

Balıq bürcü

Ən gözləmədiyiniz reaksiyanı verəcəklər. Bir gecə içib qarşınıza çıxa
bilərlər. Gerçəyi eşitmək onlar üçün daha yaxşı ola bilər. Sizi öz
xəyanətinizlə baş-başa buraxacaqdır.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!