Balıq bürcünün ümumi xüsusiyyətləri

Balıq bürcünün ümumi xüsusiyyətləri
Bürclər, Qoroskop
10.09.2017 17
Balıq insanı daim həssaslığı ilə tanınır. Çətin vəziyyətdə olan insanlara yardım etmək istəyir. Özündənrazı deyildir, ancaq etdiyi yaxşılıqlardan danışmaqdan xoşu gəlir. Çünki təqdir edilmək və başqalarını da bu kimi yardımlar etməyə yönəltmək istəyir. Ənənələrə və qaydalara bağlıdır.



Dürüstlük onun üçün önəmlidir. Diqqətcil olduğundan böyük acılara dözməkdə çətinlik çəkirlər. Belə anlarda həqiqətlərdən qaçmağa və öz xəyal dünyalarına sığınmağa çalışırlar. Balıq insanı yaradıcılığa meyllidir. Xəyal qurma qabiliyyəti sayəsində incəsənət sahəsindəki bacarıqlarını inkişaf etdirə bilir.



Sonda ortaya çox mükəmməl sənət əsərləri çıxa bilər. Ancaq özünə güvəni olmadığından biri onun bu yönünü kəşf edənədək səssizcə işlərinə davam edəcəkdir.



Yaşadığı yerin rahat və zövqlü olmasını arzulayırlar. Evlərində yaxınlarını qonaq etməkdən çox böyük zövq alırlar. Balıq bürcü insanları çox yaxşı ev sahibidirlər.



Bütün bu xoş və mülayim xarakterinin qarşılığında balıqlar həmçinin inadcıl insanlardırlar. Qıcıqlandırıldıqları zaman bu xüsusiyyətləri ortaya çıxmaqdadır və dəyişdirmək də mümkün deyil.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!