Hindu bürcünüz və mənası - Bayquş

Hindu bürcünüz və mənası - Bayquş
Bürclər, Qoroskop
10.09.2017 20
23 Noyabr - 21 Dekabr



Güc!

Mineral - Dəvəgözü

Rəngi - Qara



Tez-tez ziddiyyət yaşayan. Həyatları boyunca riskli addımlar atan. Xarici təsirlərdən həqiqətləri ortaya çıxarmağı çox yaxşı bacaran. Yumşaq amma güclü bir quruluşa sahib. Ətraflarına qarşı antiseptik təsirə sahib olan. Çox güclü bir ədalət duyğusuna sahib. Güclü instinktləri olan. Ruhi düyünləri asanca həll edə bilən. Yüksəklərə dırmaşmağı bacara bilən. Möhkəm instinktləri olan. İsti ürəkli, sevgi dolu ola bilən. Bəzən həddindən artıq cəsur. Tez öyrənən.Qış dövründə dünyaya gələn insanların heyvanlar dünyasındakı totemi Bayquş, bitkilər aləmindəki totemi qara şam və minerallar aləmindəki totemi isə, obsidian (dəvəgözü) daşıdır. Uğurlu rəngi qaradır. Vulkanik şüşə olaraq da bilinən obsidian, bəzək əşyalarında tez tez istifadə edilmişdir. Obsidianın təməl maddəsi torpağın bağrında yatdığı üçün bu daşın, insanları torpaq enerjisinə bağlayan bir güc daşıdığına, bu gücə hörmət etməyi və faydalanmağı öyrətdiyinə inanılardı. Bayquş insanı da daşı kimi parlaq, şəffaf quruluşlu bir adamdır. Təməl xüsusiyyətlərini yaxşı inkişaf etdirib, öyrətmişsə, bütün varlığını örtən bir parıltı qazanar. Ətrafındakılara, iç dünyasını göstərə bilər, amma bunu istədiyi ölçüdə edər. Bayquş bürcü, daşı kimi, yeni bir işə, yeni bir vəziyyətə alışmaqda çətinlik çəkər, ancaq alışdıqdan sonra dayanıqlılıq göstərər. İçində davamlı olaraq bir ikilik daşıdığı üçün, həyatı boyunca nazik bir ip üstündə də gedə bilər. Bayquş insanının iç dünyası aydınlığa qovuşmuşsa, ətrafı üçün bir ayna, bir əks etdirici olar. Belə bir nöqtəyə çatdığı zaman, qarşısındakının ruhani vəziyyətini əks etdirərək ortaya çıxarar, problemlərini həll etməsinə köməkçi olar. Bu bürcün bitkilər dünyasındakı totemi qara şamdır. Qara şam filizləri qida olaraq istifadə edilərkən, ağacın özü xüsusilə tənəffüs sistemi xəstəlikləri üçün çox faydalıdır. Bayquş insanı özünə verilən imkanları, məlumatları istifadə edib və tarazlaşdırarsa, qara şam kimi görkəmli ola biləcəyini yenə qara şamdan öyrənə bilər. Bu insan ağacı kimi, yumşaq amma güclüdür. Bu daxili güc, həmişə doğru yola yönələ bilməkdən, başqalarını da özləri üçün faydalı olana yönəltməkdən gəlir. Bayquş insanı doğuşdan sahib olduğu ədalət duyğusuyla, hər vəziyyətdə gördüyü haqsızlıqlara qarşı çıxar. Güclü instinktləriylə başqalarının da ürəyini oxuya bilər, ruhani düyünlərini həll etmə mövzusunda köməkçi ola bilər. Bu bürcün uğurlu rəngi yer üzünü örtən gecənin qarasıdır. Gecə formaların silindiyi, günün hərəkətli həyatının yerini düşüncəyə buraxdığı zamandır. Gecənin qarası, hər şeyi yenidən doğura biləcək, hər şeyi gizləyən və örtən qaradır. Bu qara sayəsində Bayquş instinktlərinin və varlığının dərinliklərindən gələn məlumatları səthə çıxararaq, həyatına istiqamət verə bilər. Bayquş bürcünün heyvanlar dünyasındakı totemi, Şimal Amerika və Qütblərdə yaşayan, gecə ovçusu olan Qütb Bayquşudur. Qütb Bayquşları, qütbdə və meşələrdə yaşarlar. Bayquş bürcündən olan insan da totemi kimi, elit bir təəssürat yaradar. Qürurlu və dik bir duruşu, tarazlığı yerindədirsə, hörmət və sevgi oyandıran havası vardır. Öz içinə dönük olduğu, oxuduğu, eşitdiyi, yaşadığı şeyləri özümsəyə bildiyi üçün, ümumiyyətlə xarici görünüşü, şagirdlərinə təsir edən yaxşı bir müəllim kimidir. Bayquş insanı bu cazibədarlığından faydalanaraq, əvvəl insanları özünə bağlar, sonra da məlumatlarını böyük bir comərdliklə onlara köçürər. Bayquş həm nəzəri olaraq, həm də tətbiq zamanı möhkəm bir ədalət duyğusuna malikdir və özünə haqsız gələn heç bir şeyə dözümü yoxdur. Haqsızlıqla qarşılaşdığı zaman, yüksək səslə eşitdirərək, haqsızlığın öhdəsindən gəlməyə çalışar. Bu çağırış ümumiyyətlə hər kəsin yaxşılığı üçündür. Bayquş insanı lazımlı gördüyü zaman başqasının rəhbərliyinə girə bilsə də, əslində çox güclü bir müstəqillik duyğusuna malikdir. Bəzən də öz düşüncələrinə dönərək, ətrafıyla olan bağlarını sanki qoparar. Varlığının dərinliklərini gizləməkdən xoşlandığı üçün, həqiqətən açılmasını tələb edəcək yaxın əlaqələr qurmaqdan qaça bilər. Bayquş insanı Şahin və Nərə balığı fərdləriylə böyük bir uyğunlaşma içindədirlər. Su samuru və Qarğa da yaxşı əlaqə qura bildikləri bürclərdir. Bayquş, Maral ilə möhtəşəm bir inteqrasiya olunma yaşar.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!