Bürcünüzə uyğun gözəllik maskaları

Bürcünüzə uyğun gözəllik maskaları
Bürclər, Qoroskop
10.09.2017 10
Mənsub olduğunuz bürc sadəcə xarakterik keyfiyyətlərinizə deyil, eyni zamanda dərinizin xüsusiyyətlərinə də təsir edir.



Dərinizin
quru və ya yağlı olması mənsub olduğunuz bürcdən də asılıdır. Ona görə
də dəriyə qulluq göstərərkən bürcləri mütləq nəzər almaq lazımdır.



Hava ünsürü

Əkizlər, Tərəzi, Dolça




Dərinizin nəfəs almasına icazə verin!

Bu
bürclərin qadınları çox istiqanlıdırlar və parlaq zəkaya sahibdirlər.
Ancaq qərarsız tiplərdiur. Nə vaxt, harada nə edəcəklərini
müəyyənləşdirmək mümkün deyil. İşləməyi sevirlər. Təəssüf ki, bu
xaımları baxımlı hesab etmək olmaz. Stress, yuxusuzluq və dərilərinə
qulluq etməmələri erkən yaşlanmalarına səbəb olur.

Bu
bürclərdən olan xanımlara tərkibində oksigen olan və dərini nəmləndirən
maskalar tövsiyə edilir. Üstəlik, pilinqdən istifadə edərək ölmüş
hüceyrələri təmizləmələri və nəməndirici kremdən istifadə etmələri
vacibdir.



Su ünsürü

Xərçəng, Balıq, Əqrəb




Dənizdən faydalanın!

Bu
qadınlar olduqca romantikdirlər. Yeməyə-içməyə çox düşkündürlər. Gün
ərzində çox hərəkət edirlər. Bu xanımlar da dəriyə qulluq etməyə
ərinirlər. Ancaq mütləq həftdə 1-2 dəfə dəniz yosunları ehtiva edən
maskalar tətbiq etməlidirlər. Beləliklə, nəmsiz qalan dərinin nəm
ehtiyacı ödənilər və dəri hüceyrələri yenilənər. Tərkibində yosun və
dəniz bitkiləri olan maskalar eyni zamanda dərinin yağ istehsalını da
nizamlayır.



Od

Qoç, Şir, Oxatan




Dərinizə enerji qazandırın

Od
ünsüründən olan qadınlar özündən əmin, yaradıcı və cazibədardırlar.
Həyatın dadını çıxarırlar. Xüsusilə, oxatan bürcü altında dünayay gələn
qadınlar xarici görünüşlərinə fikir verməyi xoşlayırlar. Bu səbəbdən,
dərilərinə xüsusi qulluq edirlər. Sözügedən bürclərin nümayəndələri çox
enerjili olduqlarından dəriyə enerji verən əhsullardan istifadə
etməlidirlər. Xüsusilə, bitki ya da meyvələrlə zənginləşdirilmiş
maskalardan həftədə 3 dəfə istifadə etməlidirlər. Bu cür maskalar dəriyə
təravət bəxş edir. Allergiyadan əziyyət çəkənlər də bu tip maskalardan
istifadə edə bilərlər.



Torpaq

Buğa, Qız, Oğlaq




Məsamələri təmizləyin!

Bu
bürclərin qadınları, digər qadınlara nisbətən daha mühafizəkardırlar.
Məntiqli, intizamlı və bir az da xəsisdirlər. Yeniliklərə açıq deyillər.
Duyğularını əks etdirməyi bacarırlar və hər dərdi içlərində çəkirlər.



Ona
görə də bu qrupdan olan qadınların dərisi stressdən yaranan
sızanaqlarla dolu olur. Onlara dərinin məsamələrini təmizləyən maskalar
məsləhət görülür. Gildən hazırlanan maskalar onlar üçün daha münasibdir.
Çünki belə maskalar dərini təmizləyir, sızanaq və qara nöqtələri aradan
qaldırır. Həmçinin, yağlılığı tənzimləyərək dərini daha sağlam edir.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!