Bürclərin proqnozu: Gələn il məhəbbət ili olacaq

Bürclərin proqnozu: Gələn il məhəbbət ili olacaq
Bürclər, Qoroskop
10.09.2017 124
2016-ci ilə az qalıb. İndi insanları maraqlandıran əsas məsələlərdən biri yeni ilin ulduz falıdır. Türkiyəli astroloq Zeynəb Turan 2016-cı ilüçün astroloji proqnoz verib. Onun sözlərinə görə, 2016-cı il hər bürcüçün sevgi ili olacaq.

 

2016-ci ildə hansı bürcü nə kimi hadisələr gözləyir?

 

Qoç

Qoç
bürcünün dəbdəbəli həyat tərzini sevən nümayəndələri bu il də bu
istəklərindən əl çəkməyəcək. Hər zaman diqqət mərkəzində olan qoç
bürcləri gələn il əsasən iş həyatında böyük nailiyyətlər əldə edəcək.

Qoç
bürcü gələn il gözlənilməz eşq macəralarına da hazır olsun.
Axtardığınız insanı itirmək istəmirsinizsə, qısqanclığın
münasibətlərinizi korlamasına imkan verməyin.

 

Buğa

Lüks
həyat və pul hərisi olan Buğa bürcü üçün 2016-ci il elə də uğurlu
olmayacaq. Bədxərclikləri onları gələn il müflis edə bilər. Buna görə
də, meymun ilində buğa bürclərini maddi sıxıntılar gözləyir. Lakin dost
və sevgi münasibətlərindəki sadiqliyiniz sizə bir çox məsələlərdə
yardımçı olacaq. Altıncı hissinizə arxalanaraq etibarınızı qazanmayan,
həm də sizə yaxşı təsir bağışlamayan insanları özünüzdən uzaqlaşdırın.
Əks təqdirdə xəyanətlə üzləşə bilərsiniz.



Əkizlər

Dəyişkən
xarakterli Əkizlər üçün bu il çətin keçəcək. Buna səbəb yersiz
tərsliyinizdir.  Qısa desək, diliniz öz başınıza bəla olacaq. Lakin ilin
ikinci yarısından sonra işləriniz öz qaydasına düşəcək və bütün
sıxıntılardan xilas olacaqsınız. İlin ikinci yarısından sonra şəxsi
həyatınızda da heç bir problem olmayacaq.

 

Xərçəng

2016-cı
il Xərçəng bürcünün nümayəndələrinə böyük uğurlar vəd etmir. Onlar bu
il xoşagəlməz hadisələrlə rastlaşacaq. Belə görünür, Xərçənglər
hisslərinin qurbanı olacaq. Xərçəng bürcünün hər şeyə həssas yanaşan
nümayəndələri xırda şeylərdən inciyib insanlarla aralarına divarlar
hörürlər. Qarşı tərəf bunu təkəbbür kimi qəbul etsə də, hadisənin əsl
mahiyyəti inciklikdir. Əgər 2016-cı ili hər sahədə yalqız və uğursuz
biri kimi başa vurmaq istəmirsinizsə, bu barədə son dərəcə diqqətli
olmalı və xırda məsələləri ürəyinizə salmamalısınız.

 

Şir

Gələn
il Şir bürclərinin işlərin bolluğundan başını qaşımağa vaxtları
olmayacaq. Bütün vaxtını işə ayırdığı üçün onları əyləncədən çox uzaq
bir il gözləyir. 2016-cı il iş baxımdan Şir bürcləri üçün son dərəcə
uğurlu olsa da, şəxsi həyatı haqqında eyni fikri deyə bilmərik. Əgər
evli deyilsinizsə, ulduzlar sizin bu il də tək olacağınızı söyləyir.
 Hətta evli şir bürcləri də həyat yoldaşı ilə ciddi problemlər yaşaya
bilər. Amma çalışqan Şir bürcləri gələn il böyük pullar qazanacaq.
Biznes sahəsində də ulduzları çox parlaqdır.



Qız

Qız
bürclərinin iş şövqü  heç vaxt səngimək bilmir. Məsuliyyətli olmaları
və alman dəqiqliyi ilə bəzən ətrafdakıları bezdirirlər. Yeni ildə də
işləri ilə çox məşğul olan Qız bürcünü karyerasında böyük nailiyyətlər
gözləyir.

Lakin
həddindən artıq tələbkar olmaları, xüsusilə, həyat yoldaşlarını narahat
edir. Həyat yoldaşınızla münaqişədən qaçmaq üçün onu tələblərinizlə
boğmayın. 

Subay Qız bürcləri isə 2016-cı ildə olduqca şəhvətpərəst münasibətlər gözləyir.

 

Tərəzi

Həyatını
planlaşdıraraq  yaşamağa üstünlük verən Tərəzi bürcləri sağlamlıqlarına
və xarici görünüşünə xüsusi fikir verirlər. Ancaq qış aylarında bu
balans pozulacaq, bundan başqa, səhhətinizdə müəyyən problemlər
yaranacaq. Narahat olmağa əsas yoxdur, bahar aylarında yenidən əvvəlki
sağlamlığınıza qovuşacaqsınız.

Yay aylarında isə Tərəziləri xəyallarında qurduqları sürpriz məhəbbət gözləyir.

 

Əqrəb

2016-cı
ildə Əqrəbləri şəxsi həyatında yeniliklər gözləyir. Evlilik baxımdan da
düşərli il olacaq. Lakin yersiz qısqanclığınızla özünüzə əlavə
problemlər də qazanmış olacaqsınız.

 

Oxatan

Əyləncə
düşkünü olan Oxatan bürclərini gələn il xoşagəlməz sürprizlər gözləyir.
Uşaq ruhlu olduğu üçün yaxınlarını istəmədən incidirlər. Bu səhvlərinə
görə, 2016-cı ildə bir çox dostları və tanışları onunla əlaqələrini
kəsəcək. Bir sözlə, tənhalıq 2016-ci ildə Oxatan bürclərinin ən böyük
cəzası olacaq. Bu səbəbdən insanlarla ünsiyyətdə daha diqqətli olmaq
tövsiyə olunur. Yoxsa ömrünüzün sonuna qədər tək qala bilərsiniz.

 

Oğlaq

Qənaətcilliyi
ilə tanınan Oğlaq bürcləri üçün 2016-cı il xeyirli-düşərli il olacaq.
Xüsusilə, iş həyatında uğur qazanacaq, maddi rifahı yaxşılaşacaq. Sevgi
məsələsində isə onları romantik bir il gözləyir.

 

Dolça

Dolça
bürcünün bacarmadığı iş yoxdur. Onlar 2016-cı ildə iş həyatında böyük
nailiyyətlər əldə edəcək. İlin əvvəlində maddi cəhətdən heç bir sıxıntı
keçirməyəcəklər. Lakin ilin sonlarında mühüm maddi problemlər
gözlənilir. Əgər qənaətcil olmasanız, bunun peşmançılığını uzun müddət
çəkəcəksiniz.



Balıq

Şıltaq
və küsəyən davranışları ilə diqqət çəkən Balıq bürclərini çətin il
gözləyir. Bu həssaslığınız sizə sosial həyatınızda da mane olacaq. Kiçik
şeylərdən vasvasılıq edib, uşaq kimi ağlamağa başlayırsınız. Hər sözdən
inciməyiniz sevgiliniz və həyat yoldaşınızla da münasibətlərinizə
təsirsiz ötüşməycək. Həssaslıq məsələsində çox diqqətli olmalısınız.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!