Hansı bürc necə sevgili olur?

Hansı bürc necə sevgili olur?
Bürclər, Qoroskop
10.09.2017 13
Hər bürc qarşısındakı insanı əldə etmək üçün bəzi taktika və strategiyalar tətbiq edir. Bunları sizlər üçün sıraladıq.

 

Qoç bürcü

Baş
rol: O, adətən olduğu məkanda qarşı cinsdən ən diqqət çəkici olan
kimdirsə, ona yönəlməyi sevir. Hər kəsin əldə etmək istədiyi birinin tək
seçimi olmaq mükəmməl bir zəfər deyilmi? Sizi həyatının qadını olaraq
görürsə, ürəyinizə gedən yarışda hər kəsin önünə keçə bilmək üçün
dramatik jestlər edə bilər. Onunla birlikdə olmağın verəcəyi
xoşbəxtlikləri mütləq göstərər. Bir şəkildə onu digərlərindən
ayırmağınızı gözləyər. Həm diqqət mərkəzində olmağı sevər, həm də çox
diqqət mərkəzində olmaqdan sıxıla bilər.



Buğa bürcü

O,
səssiz və ağır bir insandır. Özünü sizə qalxan etməyə hazır imiş kimi
görünür. Hər şeyinizlə maraqlanır. Sizi qorumağı və xoşbəxt etməyi əsas
hədəf halına gətirir. Əvvəlcə xeyli yumşaq və anlayışlı bir görünüşlə
başlasa və son dərəcə xoşa gəlsə də, bir müddət sonra həyatı sənin
yerinə planlamağa başlaya bilər. Sizə öyrəşdiyi zaman bir müddət
məhrumiyyət çəkməyə və laqeyd yanaşılmasına da səbr edə bilər. Amma bu
uzun müddət davam etməz. Onunla olarkən çox dikbaş olmayın, amma boyun
da əyməyin. Azacıq acı çəkməyi və həyəcanı sevirlər.



Əkizlər bürcü

Hər
şey onunla daha möhtəşəm olacaqmış kimi düşündürəcək. Onunla sevgi
yaşamaq rəqs etmək kimidir. Növbəti addımda sizdən nə gözlədiyini hiss
etdirir. Söz vermir, amma ümidləndirir. Daha sonra da inkar edir. Çox
sıxsanız, qaçıb gedər. Onunla davam etməyə qərarlısınızsa, bir az
sərbəst buraxmağınızda fayda var.



Xərçəng bürcü

O,
həyat sizin ayaq barmaqlarınızın ucundan başlayıb saç tellərinizin
ucunda bitirmiş kimi davranacaqdır. Sizə zövq verən şeyləri bəxş edir.
Bunun üçün də fədakarlıq etdiyini hiss etdirməyi sevir. Sizi xoşbəxt
etmək üçün etdiyi hər şeyin altında əslində sizi bütövlükdə təslim etmə
arzusu vardır. Artıq sizi əldə etdiyini anladığı zaman şikayətlər,
tələblər, vəzifə siyahılarının dövrü başlayır. Çox həssas və
qısqancdırlar. Ona lazım olan qədər diqqəti göstərməmiş olmağınızı qəbul
etməkdə çətinlik çəkə bilər. Əgər sizinlə tək qaldığı zaman yorğunam,
başım ağrıyır, yuxum gəlir kimi sözlər işlədirsə, bu, sizdən incidiyini
göstərir.



Şir bürcü

Sizi
kəşf etməkdən xoşu gəlir. İstiqanlıdır. Sizinlə hər mövzuda müzakirələr
aparıb gənclik xatirələrini danışaraq güldürəcək və arada sizə anlamlı
gözlərlə baxaraq diqqətinizi çəkməyə çalışacaqdır. Onu rədd etsəniz,
buna çox əsəbləşərək sizdən uzaqlaşa bilər.



Qız bürcü

Qərarı
başqasının verməsi fikri onu dəhşətə gətirə bilər. Qərarı o özü
verməlidir. Bu qərar təslimiyyət olsa belə. Onun üçün hər şeyi ilə
təslim olmaq çox çətindir. Sizin onu incitmə ehtimalınızın olmaması üşün
üzərinizdə tam bir nəzarət qurduğuna inanmağa ehtiyacı vardır. Bu
səbəblə də sizi bezdirə, anlamsız soyuqluqlar göstərə bilər. Verdiyiniz
reaksiyaları diqqətlə nəzərdən keçirəcək və sizin də ona bənzər bir
diqqət göstərdiyinizə əmin olmadan hərəkətə keçməyəcəkdir. O sizi çox
üzsə belə, getməyinizə əsla icazə verməyəcəkdir. Nəticə olaraq Qız bürcü
ilə sevgi bərabərlik münasibəti deyil, sahib ilə kölə münasibəti ola
bilər. Ancaq öncədən kimin hansı rolda olacağını demək çətindir.



Tərəzi bürcü

Tərəzi
üçün sevgi ustalıq tələb edən bir ağıl oyunudur. Sizi beyninə qoydusa,
ağlınızı başınızdan alacaq və heç xəyal edə bilməyəcəyiniz manevrlərlə
diqqətinizi öz üzərində tutmağı bacaracaqdır. Bunu da hər şeyə rəğmən
yaşananlarla arasına zehni bir məsafə qoymasına borcludur. Onun nəzarəti
xaricində meydana gələn hər gözlənilməz halda da hər şeyi öz istədiyi
vəziyyətə gətirməyi çox gözəl bacarır. Oyunu izləyir, oyunçuların
reaksiyalarını öyrənir, əlindəkiləri asanlıqla göstərmir. Bunun üçün
lazım gəlsə, çox fərqli rollara da girə bilər.



Əqrəb bürcü

Tamamilə
diqqətini sizə yönləndirərək sözləriylə olmasa belə, gözləri ilə və
yaydığı enerji ilə sizi "ağlına qoyduğunu” hiss etdirəcəkdir. Bu səbəblə
sizi də öz gəzdiyi dərinliklərə çəkmək üçün çalışacaqdır. İçinizdəki
heyvanı oyandırana qədər çalışar. Bir dəfə onunla oynamağı qəbul
etdiyiniz zaman sərhədsiz və qanunsuz bir sahəyə girmiş olduğunuzu
anlayarsınız. Sizinlə olduqca möhkəm bir bağlılıq quracaqdır. Xoşbəxt
olduğunu gördükcə bunu daha çox sevəcəkdir. Lakin sevgisinin öz
nəzarətindən çıxdığını hiss edərsə, sizdən qurtulmaq istəyə bilər. Bir
müddət sonra geri dönməsi də mümkündür. Bunu nəzərə alın ki, o heç vaxt
sizin nə hiss etdiyinizlə maraqlanmayacaq.



Oxatan bürcü

Sizi
hədəf olaraq seçdisə, Erosa çevrilə bilər. Ürəyinizi ələ almadan heç
vaxt buraxmaz. Bunu edənə qədər son dərəcə səbrli, cürətli, incə şəkildə
davrana bilər. Hədəfdə olduğunuz müddətcə özünüzü dünyanın ən vacib
insanı kimi hiss edə bilərsiniz. Qurban olduğunuzu anlamağınız isə bir
az uzun çəkə bilər. Bunu da yeni hədəflər seçdiyi zaman anlaya
bilərsiniz. Ancaq o, bir dəfə onun olanın daim onun qalmasını
istəyəcəkdir. Ona görə də ona sizi itirdiyini hiss etdirdiyiniz an geri
dönüb sizi yenidən əldə etməyə çalışacaqdır.



Oğlaq bürcü

Oğlaqlar
uzun bir yolun ortasında birdən-birə qarşınıza çıxan yaxşı tikilmiş bir
bir saray kimidir. Ləziz yeməkləri, rahat otaqları olan, indiki dövrdə
tapılması çətin olan bir nemət kimidir. O, öz məkanının şahıdır. Bu
səbəbdən də hamı ona yaxınlaşmaq istəyər. O, isə ürəyinə xitab edəni
seçər və qapını açar. Arzularınızı siz müəyyən etsəniz də, bünövrəsini
o, qoyacaqdır. Yetərli olmaq onun üçün qürur məsələsidir. Qiymətini
bilməsəniz, özünüzü qapının önündə tapa bilərsiniz.



Dolça bürcü

İzləndiyinin
fərqindədir. Onunla maraqlamağınızı tez bir zamanda hiss edəcəkdir.
Sizi təəccübləndirməyi bacaracaqdır. Sevgi macərasından gözlədiyi ona
heyran qalmağınızdır. Bizim sonumuz nə olacaq tipli suallar
verməməyinizdə fayda var. Çünki onun onsuz da sadiq, etibarlı biri
olduğunu unutmamalısınız. Sizə həqiqətən aşiq olması üçün heç vaxt
sirrini bilmədiyi bir sehrbaz olmalısınız.



Balıq bürcü

Bacarıqlılığı
ilə diqqət çəkməyi çox yaxşı bacarır. O, əvvəlcə münasibətdən çox şey
istəmədiyini, sadəcə diqqət və rahatlıq istədiyini deyir. Amma bir
müddət sonra kefsiz olduğunu hiss edərsiniz. Tam olaraq nə istədiyini
demədiyi üçün siz bunu gözlərinə baxaraq anlamalısınız. Siz onu qoyub
getdiyiniz zaman qayıdanda əsəbdən alovlanmış birini görə bilərsiniz. O,
öyrəşdiyi şeyi itirməkdən qorxur. Nəticə o, həm bir az çılğın, həm
ürkək, həm də tələbkar biridir.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!