Yeni il libasınızı bürcünüzə uyğun seçin

Yeni il libasınızı bürcünüzə uyğun seçin
Bürclər, Qoroskop
10.09.2017 15
İlin ən sevimli anlarından biri Yeni ildir. Bu bayramı yaşından asılı olmayaraq, hər kəs gözləyir. Bu səbəbdən, onun gəlişinə qabaqcadan hazırlaşmağa başlayırıq. Biz bayram menyusu təşkil edir, mənzili bəzəyir, ssenari fikirləşir və həmin gün nə geyinəcəyimiz üzərindəbaş sındırırıq.

 

Yeni il libası çox mühüm rol oynayır, çünki düzgün seçilmiş obraz həmin axşamın qüsursuz keçməsi  üçün bir zəmanətdir. Yeni il axşamındakı libasımız ev sahibinin, yəni, meymunun da xoşuna gəlməlidir...

  

Geyim seçiminə görə ümumi tövsiyələr

 

Ən
başlıcası, seçdiyiniz geyim sizin üçün rahat olmalıdır. Çünki bayram
gecəsi rəqs və əyləncə deməkdir. Ona görə də, əyninizdəki paltar sizə
rahat hərəkət etməyə imkan verməlidir. Sizi əmin edirik ki, meymun
güzəştə getməyə hazır olan heyvandır. O çox şeylərə barmaqarası baxa
bilər. Lakin o, heç bir halda darıxdırıcı obraza dözməyəcək. Yeni il
kostyumu seçərkən sizi ciddi  və rəsmi göstərməyən libaslar seçin.

 

Əgər
siz qapalı libas seçmək qərarına gəlmisinizsə, onda tezliklə bu
ideyadan imtina edin. Yeni il üçün yüngül və dəbdəbəli paltarlar seçin.
Yeri gəlmişkən, belə geyim öz-özlüyündə hər tərəfə pozitivlik saçır.
Dəlisov Meymun da məhz bunu gözləyir. Qapalı və bər-bəzəksiz paltarda
isə "xoşbəxtlik həsrətində” olacaqsınız. Fasonlar o qədər vacib deyil.
Əgər siz bayramı daha "demokratik" keçirmək istəyirsinizsə, meymun
sizdən inciməyəcək. Amma nəzərə almaq lazımdır ki, o, parlaq və
qeyri-adi görünən qonaqlara havadarlıq edəcək. Unutmayın ki, bütün
parlaq və qeyri-adi detallar meymunun diqqətindən yayınmır.

2016 il üçün aktual rənglər və çalarlar

 

Yeni
ilin alovlu Meymun üzərində təhvil olacağı məlum olan kimi hamıya aydın
oldu ki, 2016-ci ilin simvolu "od çalarları” olacaq. Əgər belə rənglər
ürəyinizcədirsə, o halda, cəsarətlə "qışqıran” donlar alın. Romantik
al-qırmızı və ya qıpqırmızı rəngi Meymun mütləq görəcək və belə bayram
libasına görə, sizi səxavətlə mükafatlandıracaq. Lakin bu zaman o,
qırmızı rəng çərçivəsindən çıxa da bilər. Axı ilin himayədarının
fantaziyası sərhəd tanımır. Buna görə də, o, insanlardan həmin
keyfiyyətlərin təzahürlərini gözləyir.

 

Yeni
ildə özünüzə paltar seçməzdən əvvəl alovun müxtəlif çalarlarına nəzər
salın. Meymun özü-özlüyündə alov kimi dəyişkən və ehtiraslıdır. Alovdan
sonra qalan kül rəngləri də Meymunun xoşuna gələcək. Külün bütün
rəngləri də Yeni il bəzəyi üçün ideal rəngdir.

 

Amma
elə bilməyin ki, bu Yeni il axşamı məşələ çevrilmək
məcburiyyətindəsiniz. Məsələn, parıltılı paltar geyinmisinizsə, makiyaj
və saç düzümü, o cümlədən, aksessuarlar maksimum dərəcədə sadə
olmalıdır. Əgər zərli və parıltılı libasdan qəti şəkildə imtina
edirsinizsə, o zaman makiyaj və ya aksessuarlarınız cəlbedici olmalıdır.
Unutmayın ki, Od Yeni il axşamı sizin xoşbəxtlik açarınız olacaq.

 

Qoç bürcü

Qoç
bürcləri üçün ən ideal seçim ipək paltarlar olacaq. Onların romantik
təbiəti ilə təbii parçadan tikilmiş paltarlar bir-birilə ahəng təşkil
edəcək. Ziyafət libasına dəlisov meymunun tələblərinə uyğun olaraq,
qırmızı bir detal əlavə etməyi unutmayın.



Buğa bürcü

Buğalar
Yeni il obrazını aksessuarların sayəsində vurğulamalıdır. Yeni ildə
Buğa bürcləri üçün ən yaxşı variant böyük qızılı halqa sırğalardır. Bu
bəzək əşyası yalnız qarşı tərəfin diqqətini cəlb etməklə
kifayətlənməyəcək, həm də qarşıdan gələn ildə öz sahibinə uğur vəd
edəcək.

 

Əkizlər bürcü

Əkizlər
Yeni ilə layiqincə daxil olmaq üçün öz obrazına cüt nəsə əlavə
etməlidir. Məsələn, bu, bel vurğulayan ikiqat qurşaq ola bilər. Əkizlər
hər iki əlinə eyni bilərzik də taxa bilər. Aksessuarları qırmızı rəngdə
seçin.

 

Xərçəng bürcü

Ulduzlar
Xərçəng bürclərinə Yeni il axşamı müəmmalı görünməyi tövsiyə edir.
Çünki onlar bayram axşamı müəyyən intriqalarla üzləşə bilər. Bundan
qaçmaq üçün maska taxın.

 

Şir bürcü

Şir
bürcləri bayram axşamı istədikləri qədər parlaya bilər. Saçınızı
bəzəmək istəyirsinizsə, tac taxın! Tac Yeni il axşamı hər kəsə, o
cümlədən, meymuna bu bayramda kimin əsas olduğunu bir daha göstərəcək.

 

Qız bürcü

Qız
bürcləri bu gecə hamıdan gözəl görünməlidir. Onların obrazı romantik və
incə olmalıdır. Bunun üçün döşəməyə qədər sürünən uzun libas və ətək,
həmçinin, zərif çiyinlərinizi örtən nazik və ekzotik parçadan tikilmiş
şal alın. Belə demək mümkünsə, bayram günü obraza maksimum ilahi görkəm
vermək lazımdır.

 

Tərəzi bürcü

Tərəzi
bürcləri bayram axşamı xəzlərlə göz qamaşdırmalıdır. Ulduzlar onlara bu
detalı gözdən qaçırmamağı təkidlə tövsiyə edir. Əgər bu detal sizin
könlünüzcə deyilsə, heç olmasa, çiyninizə xəz şərf atın.

 

Əqrəb bürcü

Əqrəb
bürcləri Yeni il axşamı dərin dekolte libasları və ya mini ətəkləri ilə
hər kəsi ovsunlayacaq. Lakin utancverici vəziyyətə düşməmək üçün
dekoltenin həddini aşmaq məsləhət deyil.

 

Oxatan bürcü

Rahatlığı
sevən Oxatan bürcləri bayram axşamı da bu qaydaya sadiq qalacaq.
Müxtəlif iri detallarla və ilgəklərlə yüklənmiş mürəkkəb fasonlar
seçməyin. Siz Yeni ildə də sadə paltarla gözəl görünməyi bacaran
xanımlardan olacaqsınız.

 

Oğlaq bürü

Oğlaq
bürcləri üçün ən yaxşı variant kombinezon və ya bol kəsimli şalvar
olacaq. Hərəmxana kənizi kimi də geyinə bilərsiniz. Əgər bu ideya
xoşunuza gəlirsə, onda kostyum mağazasına gedib dəbdəbəli bir paltar
alın. "Möhtəşəm 100 il” serialının xanım qəhrəmanlarının obrazları sizin
üçün yaxşı nümunə ola bilər. Ayaqqabılara gəldikdə baletkalara üstünlük
vermək daha yaxşı olar.



Dolça bürcü

Dolça
bürcləri bu il Meymunun nazı ilə oynamaq məcburiyyətində qalacaq. Onlar
ilin sahibinin diqqətini cəlb etmək üçün bütün imkanlarını nümayiş
etdirməlidir. Odur ki, biserli və ya zərli libaslara üstünlük verin.

 

Balıq bürcü

Balıq
bürcləri obrazını tac və ya istənilən digər saç bəzəkləri ilə
bəzəməlidir. Bu səbəbdən, saç düzümünü əvvəlcədən fikirləşin. Ən münasib
variant vual və ya kiçik şlyapadır.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!