Xərçəng bürcünün xüsusiyyətləri

Xərçəng bürcünün xüsusiyyətləri
Bürclər, Qoroskop
10.09.2017 27
Xərçənglə ilk söhbətə başlamaq üçün, öncə ona məsləhət almaq məqsədilə müraciət edin. Xərçəng ürəklə, canbaşla cavab verəcək. Amma nəbadə söhbətə "mən sizi haradasa görmüşəm” – ilə başlayasız. Onların çox gözəl yaddaşları var.

Həmsöhbətiniz qadın Xərçəngdirsə uşaqlar haqqında danışın, onlar uşaqları çox sevirlər. Əgər kişi Xərçəngdirsə, onda siyasət, incəsənət və ümumi tanışlardan söhbət açın.

Xərçənglərlə səmimi söhbət zamanı onun şəxsi problemləri haqqında danışmayın. Bir anlıq onlar sizə bütün problemləri, sirləri haqqında danışa bilər. Çox keçmədən, yeni tanışla bu qədər səmimi danışdığı üçün peşman olacaq. Onun münasibəti dəyişə, o hətta sizdən yan gəzə də bilər. Etibarım qazanmalısız. Bu söhbəti çoxdan unutduğunuzu ona göstərin.

İlk görüşü teatra və ya konsertə təyin edin. Xərçənglər romantik musiqiyə çox həssasdırlar. Əgər Xərçənglərə hədiyyə almaq istəsəniz, onda evdə istifadəyə lazım gələn əşyaları seçsəniz yaxşı olar. Çərçivəli şəkillər, mətbəx ləvazimatları və s.

Xərçənglər kolleksiya toplamağı xoşlayır. Hansı əşyaların çatışmadığım bilib, məhz ondan alsanız, Xərçəngin ürəyincə olar, ona dünyanı bağışlamış olarsız. Marka, kibrit qabı onlar üçün qızıl qədər qiymətlidir. Gümüş-zinət əşyalarım sevirlər. Mücrü də alıb hədiyyə etsəniz, siz onların ürəyini valeh etmiş olarsınız. Kişi Xərçənglər analarına qarşı çox mehriban olduğundan, siz də onlara xüsusi diqqət və ehtiram göstərin. Xərçənglərlə münasibətdə bunu da unutmayın ki, onlar laqeydliyi, diqqətsizliyi sevmirlər.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!