Şir bürcünün xüsusiyyətləri

Şir bürcünün xüsusiyyətləri
Bürclər, Qoroskop
10.09.2017 13
Onlar otağa daxil olan kimi bütün yerdə qalan adamlar ikinci plana keçir. Şirlərə diqqət və şöhrət su, hava kimi lazımdır. Onlar tərifi sevirlər. Şirləri bacardıqca çox tərifləyin. Şirləri məclislərdə, yığıncaqlarda diqqət mərkəzinə çəkin. Hamı ona baxmalıdır, hamı onun haqqında danışmalıdır.Özünüzü ondan asılı kimi göstərin. Qoy o, elə başa düşsün ki, sizin həyatınız, xoşbəxtliyiniz onun əlindədir. Həddini aşmağında bir qorxu yoxdur, qorxmayın. Şirlər bu hərəkətinizdən çox razı qalacaqlar.

Şirlərin çox gözəl yumor zövqü vardır. Ona görə də, söhbətə başlamaq və diqqətini çəkmək üçün onu güldürün. Amma bunu unutmayın ki, Şirlər özündən başqa hər şeyə gülməyi sevir.

Əgər siz qadın Şirə görüş təyin etmisinizsə, onda səxavətli olun. Onunla ictimai nəqliyyatla getməkdənsə yaxşı olar ki, gözəl bir avtomobildə getməyi üstün tutasız.

Şir-qadınlar həmişə özlərini ali cəmiyyətin üzvü sayır, hər şeyi bəyənmir. Əgər ona hədiyyə almaq istəsəniz, bu mütləq parlaq bir hədiyyə olmalıdır. Parlaqlıq rəngdə deyil, Şirlərin hədiyyəyə olan təəssüratındadır.

Əgər sizin dəvətliniz kişi Şirdirsə, onda onu diqqət mərkəzində olması üçün qohum-əqrəba, dostların çox olduğu məclislərə aparın. Çalışın, hamı onun haqqında danışsın, söhbət həmişə onun ətrafında fırlansın. Şirlərlə münaqişə etməyin. Siz haqlı olsanız belə, çox üstünə düşməyin.

Əgər Şirlərlə ailə qurmaq istəsəniz, ona ailəni hər şeydən üstün tutduğunuzu, ailəyə bağlı olduğunuzu göstərin. Onlar həyat yoldaşına qarşı çox tələbkardırlar. Həyat yoldaşı nəinki gözəl insan, həm də bacarıqlı, ağıllı, başa düşən bir şəxs olmalıdır.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!