Oxatan bürcünün xüsusiyyətləri

Oxatan bürcünün xüsusiyyətləri
Bürclər, Qoroskop
10.09.2017 17
Oxatanla tanış olan zaman ilk söhbəti heyvanlar haqqında başlasanız yaxşı olar. Oxatan evində it saxlamasa da, onlar haqqında çox maraqlanır. Cəngəllik qanununun cəmiyyətdə işləməsini, yırtıcılarla zəiflərin təması məsələsini açıqlayın. İlk görüşü açıq havada təyin etsəniz yaxşı olar.

Oxatanlar hədiyyə almağı çox sevir. Bunun üçün çox pul xərcləmək lazım deyil. Bu bürcün sahibləri elə insanlardır ki, hədiyyənin bahalı və ucuz olması yox, sizin ona diqqətiniz üçün vacibdir.

Oxatanlar çox ünsiyyətcildirlər. Onların dünya görüşü çox geniş olduğundan, hər barədə söhbət etmək olur. Lakin laqeyd və passiv həmsöhbətdən tez bezirlər.

Qadın Oxatanlar evlilik təklifinə o saat cavab verməyə tələsmirlər.

Kişi Oxatanlar isə o dəqiqə cavab gözləyirlər. Cavabın uzadılması onun aqressiyasına səbəb olur.

Oxatanlar çox sentimentaldırlar. Onlar sevgilisi ilə ilk görüşü ömrünün axırına kimi unutmur, tez-tez xatırlayırlar. Hətta başqası ilə ailə həyatı qursa da, ilk öpüşü yada salır, ya da müqayisə edir.

Bu bürcün sahibləri çox ailəcanlı şəxslərdir. Əgər sizin həyat yoldaşınız Oxatandırsa, onda əmin olun ki, mağazadan ağır zənbilləri daşımaq, məişət problemlərini həll etmək onun öhdəsinə düşəcək.

Amma Oxatanlara əsla göstəriş verməyin, bu onu qıcıqlandırır. Onlar uşaqları çox sevir. Uşaqlarının bütün ehtiyaclarını özü ödəyir. Onlardan heç vaxt ciddi valideyn olmur. Ona görə də, uşaqların tərbiyəsi ilə özünüz məşğul olsanız yaxşıdır. Oxatanlar uşaqlarının heç bir sözünü yerə salınırlar. Ona görə də, çox vaxt uşaqlar ərköyün böyüyür. Bunu da nəzərə alın ki, çox vaxt ailədə mübahisə uşaqların tərbiyəsi ilə əlaqədar meydana çıxır.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!