Oğlaq bürcünün xüsusiyyətləri

Oğlaq bürcünün xüsusiyyətləri
Bürclər, Qoroskop
10.09.2017 35
İşgüzar Oğlaqlarla birlikdə işləmək bir fərəhdir. Vəzifəsindən bir pillə aşağı işləsəniz, sizin onunla ünsiyyət yaratmağınıza özü kömək edəcək. Həm də sizin maraq dairəniz eyni olacaq. Bu isə ünsiyyət yaratmaq üçün daha bir şansdır.

Birlikdə problemləri həll etmək Oğlaq bürcünün ürəyincədir. Oğlağın ən çox sevdiyi və bildiyi sahəni öyrənin, bu hər hansı bir xarici dil, kompüter, klassik musiqi, rəngkarlıq sənəti ola bilər.Başa düşmədiyinizi ondan soruşun, sizə bunu öyrətməyini xahiş edin. Şərt deyil ki, dərslər parta, masa arxasında keçsin. Gözəl havada, parkda gəzişə-gəzişə öyrənmək də mümkündür. Elmə olan marağınızı Oğlaqlara suallarla göstərin. O, sizin öyrənmək istəyinizi çox gözəl qiymətləndirər.

Onunla ciddi mövzularda söhbət edin. Bu fəlsəfə və ya maliyyə xəbərləri ola bilər. Onun gözəl yaddaşına, iti ağlına baxıb zövq alın.

Oğlaq qiymətli əşyaları sevir. Çox vaxt da əntiq şeyləri kolleksiyalaşdırır. Hədiyyəyə gəldikdə, ona nadir tapılan kitab, məşhur rəssamın əsərini və ya əntiq əşya hədiyyə etsəniz, ürəyincə olar. Oğlaq görüşdə gözlənilməz hadisələri sevmir. Yadda saxlayın ki, Oğlaq hər yerdə adəti üzrə eyniliyi sevir. Ona görə də, görüşə gəldiyinizdə çiçəkləri unutmayın.

Qadın Oğlaq romantikdir. Ona sevginizi etiraf edin, gözəl sözlərdən, şerlərdən söyləyin.

Kişi Oğlaqlar isə romantik deyil. Sentimental musiqiləri, filmləri sevmirlər. Bu bürcün sahibləri səs-küydən uzaq, sakit həyatı xoşlayırlar. Ailədə çox vaxt güzəştə gedən bu bürcün sahibləridir.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!