Dolça bürcünün xüsusiyyətləri

Dolça bürcünün xüsusiyyətləri
Bürclər, Qoroskop
10.09.2017 26
Digər bürc sahiblərindən fərqli olaraq. Dolçayla tanış olmaq çox asandır. Bu münasibətlərdə ən çətini onun diqqətini cəlb etməkdir. Dolçalar çox ünsiyyətçidiliər. İlk tanışlıqda bu adamla tez bir zamanda mehribanlaşıb, istənilən mövzuda danışa bilərsiz.

Bu bürcdən olanlar yüksək zəka, intellekt sahibləridiliər. Ona görə də, özlərinə oxşar adamlarla ünsiyyət qurmağı bəyənirlər.Dolça yüksək zövqə malikdir. zərif, incə hədiyyələri sevirlər. Dolça üçün ən gözəl hədiyyə kitabdır. Bunu da unutmayın ki, aldığınız hədiyyə məhz Dolçanın istifadəsinə yararlı olmalıdır.

Dolçayla ünsiyyət qurduqda çoxlu suallar verin. Bu sual onun işinə, sevdiyi musiqiyə, kitaba, yığdığı, topladığı kolleksiyaya aid ola bilər.

Əgər Dolça ilə ailə münasibətlərində hər şeyin yaxşı olmasını istəyirsinizsə, onda sizdən yüksək yumor qabiliyyəti, səmimi ünsiyyət, etibar tələb olunur.

Çalışın ki. Dolça ilə hökmranlıqla rəftar etməyəsiniz. O, belə münasibəti xoşlamır. Dolça saatlarla telefonda danışmağı xoşlayır. Bu vərdişini onun tərk etməyini tələb eləməyin, onsuz da bu alınmayacaq. Dostları ilə ilk baxışdan boş görünən söhbətlərlə saatlarla telefonda danışması onun ən sevimli işidir.

Evinizdə köhnə əşyaları atın, mebellərin yerini dəyişin. Dolçalar yeniliyi çox sevirlər. Onlarla münasibətdə öz emosiyalarınıza sahib çıxın. Onlar bunu qiymətləndirirlər. Çalışın onun xoş əhval-ruhiyyəsi olmadığı bir vaxtda problemlər haqda danışmayasız. Bu vəziyyəti daha da çətinləşdirir.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!