Kişi Oğlaqın başqa bürclərlə uyğunluğu

Kişi Oğlaqın başqa bürclərlə uyğunluğu
Bürclər, Qoroskop
10.09.2017 19
Oğlaq – Qoç. Hər ikisi tərs, dediyinin üstündə durandır, hər ikisi qarşısına çıxan çətinliklərin öhdəsindən yaxşı gələndir. Ünsürləri fərqli olduğundan, bu xarakter baxımından da özünü büruzə verir. Yaranan ailə ideal sayıla bilməz.

Oğlaq – Buğa. Hər ikisi pulu və komfortu çox sevir. Onlar bir-birini çox gözəl başa düşürlər. İki torpaq ünsürlü bürc həyata çox real baxır. Onların münasibəti uzunmüddətli və perspektivlidir. Ailə uğurludur.

Oğlaq – Əkizlər. Xarakter baxımından bir-birinin əksidirlər. Oğlağın fikriycə, Əkizlər sözünün üstündə durmayan, yalnız özünü fikirləşən, hər şeyə laqeyddirlər. Əkizlərin fikriycə isə, Oğlaq simicdir. Əlaqə qısa müddətli, ailə uğursuzdur. Bir-birini qınamaları, narazılıq və böhtanlar mümkündür.

Oğlaq – Xərçəng. Xərçəngin fikrincə, Oğlaq çox tələbkar, Oğlağın fikrincə isə, Xərçəng xəyalpərəstdir. Yaranan problemlərin səbəbi bir-birilərini çətin başa düşmələridir. Xərçəng real həyatla yaşamalı, keçmişinə az qapılmalı, Oğlaq isə riskə getməməlidir. Tərəflərdən birinin güzəştə getməsi ilə ailə qənaətbəxş sayıla bilər.

Oğlaq – Şir. Bu bürc sahiblərinin münasibətləri lap əvvəldən uğursuzdur. Şirin lider olmaq istəyi Oğlağın ürəyincə deyil. Bunlar arasında dostluq, işgüzarlıq münasibətləri yaransa da, ailə çox vaxt problemli olur.

Oğlaq – Qız. Bu bürc sahiblərində o qədər oxşar cəhətlər var ki, problemlərin yaranması üçün heç bir əsas olmur. Onlar bir-birini tamamlayırlar. Bir yerdə özlərini xoşbəxt hiss edirlər. Yaranan ailə uzunmüddətli və xoşbəxtdir.

Oğlaq – Tərəzi. İlk baxışdan tərəflər onların xoşuna gəlsə də. sonradan onlar bir-birini qıcıqlandıracaqlar. Tərəzi Oğlağın dedikləri ilə oturub-durmağı sevmir. Bu səbəbdən də, problemlərin yaranması təhlükəsi mövcuddur. Ailə çox vaxt uğursuz olur.

Oğlaq – Əqrəb. Əqrəb Oğlağa güvənə bilir. Bu münasibətlərdə Oğlaq lider olmaq istəyir, Əqrəb bununla razılaşır. Bu bürc sahiblərində münaqişələrin yaranması demək olar ki, baş vermir. Yaranan ailə çox uğurludur.

Oğlaq – Oxatan. Oxatan münasibətlərdə emosionaldır. Oğlaq pulun dəyərini bilir, onu harada, necə düzgün xərcləməyi bacarır. Oxatan isə tamamilə bunların əksidir. Yaranan münasibətlər qısamüddətli, ailə isə uğursuzdur.

Oğlaq – Oğlaq. Bu bürc sahiblərinin münasibəti çox romantikdir. Aralarında yaranan problemlər olsa da, çalışırlar ki, bunu bir yerdə həll etsinlər. Hər ikisi çox işləyir, ciddidirlər. Ailə, elə bil, iki böyük uşağın ittifaqıdır, uğurlu sayıla bilər.

Oğlaq – Dolça. Bu bürc sahiblərinin münasibətləri dostluqdan başlayır. Oğlaq Dolçanın məhəbbətini qazanmaq üçün onları başa düşməlidir. Onlar kimi romantik və sentimental olmalıdırlar. Tərəflərdən biri güzəştə getsə, ailə uğurlu sayıla bilər. Daha çox fədakar bu ittifaqda Oğlaqdır.

Oğlaq – Balıqlar. Xarakterlərində fərqli cəhətlər olsa da, ümumilikdə bir-birini tamamlayırlar. Bu münasibətdə Oğlaq lider olur. Balıqlar onlarla mübahisə və münaqişə yaratmaqdan qaçırlar. Münasibətlər gözəl sayıla bilər. Ailə uğurludur.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!