Meymun ili haqqında maraqlı məlumatlar

Meymun ili haqqında maraqlı məlumatlar
Bürclər, Qoroskop
10.09.2017 30
Xüsusiyyətləri: Ağıllı, bəzən hiyləgər, bacarıqlı, gözüaçıq, valehedici

Meymun ilinin ən uğurlu saatı: 15.00 - 17.00

Meymun ilinin ən yaxşı istiqaməti: Qərb, cənub-qərb

Meymun ilinin ən yaxşı fəsli: Payız

Meymun ilinin ən uğurlu ayı: Avqust

Meymun ilinin elementi: Metal

Meymun ilinin daşı: Zümrüd

Meymun ilinin planeti: Venera

Meymun ilinin rəngləri: Bənövşəyi və ağ

Meymun ilinin ən yaxşı bürcü: Şir bürcü

Meymun ilinin ən yaxşı yola getdiyi illər: Əjdaha, siçan, xoruz



Bu
şəxslərin ən diqqət çəkən xüsusiyyətləri cəzbedici olmalarıdır. Demək
olar ki, hər kəs onları çox istəyir. İlk baxışdan meymun ili altında
doğulan insanlardan müsbət enerij almayan insanlar belə sonra onların
şirinliyinə dözə bilmirlər.

Meymun ilində doğulan insanlar digər on
bir ilə nisbətən daha çox insanların üzündə təbəssüm yarada bilirlər.
Hazırcavab insanlardır. Bu ildə doğulanların özlərinə məxsus yaradıcılıq
qabiliyyətləri olur. Hər şeyi çox tez öyrənirlər və sevimli
çılğınlıqları ilə hər kəsin ürəyində özlərinə yer tapırlar. Həqiqəti öz
mənfəətləri üçün asanlıqla qarşındakına hiss etdirmədən inkar edərək
özlərinə tərəf döndərə bilirlər. Bu bürc altında doğulan insanlardan
bəziləri usta və ağıllı fırıldaqçı ola bilər. Ancaq əsasən onlar
fırıldaqçılıq əvəzinə tanıdıqları insanları özlərinə cəlb etməyi
seçirlər.

Münasibət: Bu şəxslər demək olar ki, hamı ilə yaxşı
yola gedir. Ancaq uzun müddət bir yerdə münasibət yaşayacaqları tərəf
müqabilini tapmaqda çətinlik çəkirlər. Meymun qadını və ya kişisi
qarışısındakı insana qarşı isti münasibət göstərir. Ancaq qarşısındakı
ona göstərdiyi münasibətin qarşılığını verməsə, həmin vaxt meymun ili
altında doğulan insanlarda aldadıldığı şübhəsi yaranır. Ancaq yenə də
meymun ili altında doğulan insanlar mükəmməl həyat yoldaşı olurlar.

Meymun
ilində doğulan insanlar Pələng ilində doğulan insanlarla
münasibətlərində yola gedə bilmirlər. Çünki Pələnglər Meymun ilində
doğulan insanlara hiyləgər gözü ilə baxırlar.

Meymun elə ən yaxşı öz ili ilə yola gedir. Çünki ikisi də səhvlərinin nələr olduğunu yaxşı bilir.



Meymun İlinin Elementləri


Metal - Meymun (1920-1980) - Meymun ilində
doğulanlar arasında mübarizəçi olanıdır. Pulu necə qazanmaq lazım
olduğunu yaxşı bilir. Bu şəxslər əmr almağı xoşlamırlar.

Su - Meymun(1932-1992) - Ağzı bütöv və çox həssas insanlardır. Tez inciyirlər və çöldə vaxt keçirməyi çox da xoşlamırlar.

Taxta - Meymun (1944-2004) - Ən çox danışan və açıq
ürəkli insanlardır. Maddi gəlirlərini yaxşılaşdırmaq üçün xüsusi
qabiliyyətə sahibdirlər desək, yanılmarıq. Əsasən də müvəffəqiyyət əldə
edirlər.

Od - Meymun (1896-1956-2016) -
Əsasən çöldə vaxt keçirməyi xoşlayırlar. Bütün işlərini tələsik
görürlər. Çox vaxt risk alırlar və bəzən də bu, uğursuz ola bilir.

Topraq - Meymun (1908-1968) - Bu
illərdə anadan olan bürclər ümumilikdə yaxşı təhsil alan bürclərdir.
Əsasən iş həyatlarında çox seçicidirlər. Digər meymunlara nisbətən
torpaq meymunu səssiz və sakit bir həyat-tərzi yaşamağa üstünlük verir.
Hər kəs tərəfindən sevilən, səxavətli insanlardır.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!