Gələn il hansı bürcü nə gözləyir?

Gələn il hansı bürcü nə gözləyir?
Bürclər, Qoroskop
10.09.2017 57
Çin qoroskopuna görə, 2016-cı il meymun ilidir. Gələn il çox aktiv, qarışıq, enerjili olacaq.



QOÇ
(21.03 - 19.04).
İl münasibətlərdə yeniliklərlə başlayacaq. Çevik,
mütəhərrik olun, eqoizmə qapılmayın, qarşılaşdığınız sədləri dəf etmək
üçün daxili potensialınızdan yararlanın.

Fevralın
əvvəlində qısqanclıq hissləri düşünülməmiş, impulsiv davranışa səbəb
olmamalıdır. Sevdiyiniz insanla əlaqələrdə burulğan yaratmayın. Əsəbi
olmayın.

Şübhələndiyiniz insan barədə yetərincə məlumat toplamamış fikrinizi açıqlamayın. Fevralın 18-də xüsusilə ehtiyatlı olun.

21-27
mart arasında doğUlmuş Qoçlar üçün aprel imtahan zamanıdır. İyunda
işlərinizdə irəliləyişldər olacaq. Subaysınızsa, elçilik və ya nişan
üçün oktyabr düşərlidir.



BUĞA
(20.04 - 20.05).
İlin ilk ayında qalmaqal olacaq. Qarşı tərəfi səbrlə
dinləyin. Dava-dalaş təşəbbüskarı olmayın. Münasibətlərinizin
fəlsəfəsini dəyişin. Qışın sonunda, baharda özünüzü daha əmin hiss
edəcəksiniz. Tərəfdaş və şəriklərlə, tanışlarla əlaqələrin bəzi
nüanslarına yenidən baxmaq gərəkdir.

Axtarışlarınız
müsbət nəticə verəcək. Avqustda karyera, maliyyə ilə bağlı önəmli
qərarlar verməyin. Köç və ya daşınmaz əmlakla əməliyyat məsləhət deyil.
Noyabr ayında hisslər tarıma çəkiləcək.



ƏKİZLƏR (21.05
- 21.06).
Yanvar və fevral aylarında yalana qurban olmayın. Pis işləri
gizlətmək mümkün deyil. Martda sizi heyrətamiz olay, dəyişiklik
gözləyir. Ağıllı davranın, məntiqli olun. İfrata varmayın.

Münasibətləri
sərinləşdirməyin. Noyabrda yeni tanışlıq olacaq. Ailə üzvlərini
sevindirin. Maaşınız azdırsa, fatalist olmayın, süst insan təsiri
bağışlamayın. Yeni perspektivlər və imkanlar arayın.



XƏRÇƏNG
(22.06 - 22.07).
Tornadoya bərabər planetar təsir altına düşəcək
bürcdür. İl çətin olacaq, amma narahat olmayın, qorxmayın. Sınaqlardan
çıxa bilərsiniz.

22
iyun-3 iyul arasında doğulmuş Xərçənglər fevral ayından başlayaraq
rahat nəfəs ala bilərlər. Burulğanlar onlardan yan keçəcək. 4-12 iyul
arasında doğulmuş Xərçəngləri çətin dövr gözləsə də, imkanların sayı
artacaq. Dəyişikliklər köklü, hadisələr yaddaqalan olacaq. 13-22 iyul
arasında dünyaya gəlmiş Xərçənglərin həyatlarındakı yeniliklər böyük
olmayacaq. Münasibətlərdə arxaizm motivləri hiss edirsinizsə, onlara son
qoyun.

İyun ayında işlə bağlı təklif alacaqsınız. Sentyabrda səyahət məsləhət deyil. Özünüzü düşünün.



ŞİR
(23.07 - 22.08).
Harmonik ildir. Subaylar ailə qursalar, onların
nikahları uzunmüddətli və stabil olacaq. Yanvar və may aylarında
təmaslarda gərginlik yarana bilər. Ailə üzvlərinin yardımlarından
bəhrələnə bilərsiniz. Sizi sevən insanları dinləyin, onların
məsləhətlərini qulaqardına vurmayın. 

Aprel ayında yaşam qüvvəniz artacaq, potensialınız güclənəcək. Sentyabr romantik hisslər vəd edir.



QIZ
(23.08 - 22.09).
Nisbətən sakit ildir. Sərgüzəştlərin sayını azaldın.
Ailə üzvlərinin qayğısına qalın. Qohumların maraqlarını öz
mənafeyinizdən üstün tutmayın. Mart ayında yaxşı tanışlıq olacaq. Ciddi
məsələlərin həllində tələskənliyə əsla yol verməyin.

Avqust
ayı dəyişikliklər və yeniliklər üçün yaxşıdır. Sentyabrda mübahisəli
məsələlər son qoyun, suallara cavab tapın. Dekabrın ortalarında qəfil
çətinlik yaranacaq. Etibarınızdan sui-istifadə edəcəklər.



TƏRƏZİ
(23.09 - 22.10).
Pozitiv zamandır. Münasibətləri möhkəmləndirmək
imkanları var. Subaysınızsa, ilin ilk yarısında ailə qursanız, nikahınız
stabil və möhkəm olacaq. Ailəli Tərəzilərsə yanvar ayında işləri
sahmana salmalıdır. Problemlərinizin çözülməsində başqalarına
güvənməyin. Çox ağır saydığınız müşkülün həllində alternativ yollar
arayın.

Kreditlərin məbləğini artırmayın. Borcları azaldın. İşdə təmkinli olun. 

8-18 oktyabr arasnıda doğulmuş Tərəzilərin taleyində yayda ciddi dəyişiklik baş verəcək.



ƏQRƏB
(23.10 - 21.11).
Əlverişli zamandır. Yaxşı perspektivlər yarancaq.
Seçim imkanlarınız genişlənəcək. İlin ikinci yarısı sınaq dönəmidir.
Aqressiv, emosional olmayın. Emosiyalarınıza tam nəzarət edin. Əks
təqdirdə işsiz qala bilərsiniz. 

Sonradan
sizi peşman edəcək tanışlıq və ya əlaqələrdən yayının. Ailədə
münasibətlərin rəvan olmasını istəyirsinizsə, yanğını vaxtında söndürün.
Macəra aramayın. Yalanların sayını azaldın.



OXATAN
(22.11 - 21.12).
Özünüzə kənardan baxmağa çalışın. Münasibətlərə dəyər
verin. Tələsik, düşünülməmiş qərarlar verməyin. Dekabrın son ongünlüyü,
mart ayının ilk yarısı, iyun və avqust ayları gözlənti zamanlarıdır.
Həssas davranın. Yayda maraqlı iş təklifi alacaqsınız. Dəyər verdiyiniz
insanlarla təmaslarda anlaşılmazlıq yarana bilər. Səbrli olun. 

Noyabrda ciddi problem yaranacaq. İtki istisna deyil.



OĞLAQ
(22.12 - 19.01).
Dekabrda və yanvarın ilk 4 günündən birində anadan
olmuş Oğlaqlar üçün nisbətən sakit ildir. Lakin 5-15 yanvar arasında
anadan olmuş Oğlaqlar ehtiyatlı davranmalı, qəfil dəyişikliklərə hazır
olmalıdır. Gücünüz, potensialınız yetərincədir. Amma izafi enerjinin
köləsinə çevrilməyin. Yanvarın 16-20 arasında anadan olmuşlar
macəralara, yeniliklərə hazır olsunlar.

Ailədə münasibətləri normal saxlamaq istəyirsinizsə təşəxxüslü, ifrat qürurlu, təkəbbürlü olmayın.



DOLÇA
(20.01 - 18.02).
Şəxsi münasibətlər üçün yaxşı, harmonik dövrdür. Kimsə
valideyn olacaq, kimsə ailə quracaq. Əsas məsələ hisslərdir.
İstəklərinizi məhdudlaşdırmayın, sevdiyiniz insanla sirrinizi bölüşün.

Yanvar
və sentyabr aylarında axtarışlar heç bir nəticə verməyəcək. Mart və may
aylarında köçdən, səyahətdən uzaq durun. Bu vaxtlarda evlənmək,
nişanlanmaq məsləhət deyil. Payızda ailədə problemlər həllini tapacaq,
anlaşma bərqərar olacaq.



BALIQLAR
(19.02 - 20.03).
Pozitiv ildir. Taleyinizdə xüsusi rol oynayacaq
insanla qarşılaşacaqsınız. Mübahisələr, münaqişələr azalacaq. Yanvar
ayında tanımadığınız insanlarla görüşlərin sayını artırmayın. Bədbinliyə
səbəb yaratmayın. May ayında qohumların istəklərinə diqqət yetirin.
İyul ayını uşaqlara həsr edin, onlarla eyni dalğada olun.

Sentyabrda
qadın Balıqların kişi ilə problemi yarana bilər. Oktyabr ayında problem
həllini tapacaq. Sevdiyiniz insanla münasibətləri korlamayın.
Başqalarının hisslərini də düşünün.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!