Yeni il hədiyyələrini bürcə uyğun seçək

Yeni il hədiyyələrini bürcə uyğun seçək
Bürclər, Qoroskop
10.09.2017 39
Qoç:

Güclü xarakterə malik olan Qoçlar cah-calal düşkünüdürlər. Müasir, sadə
və klassik geyim və aksessuarları xoşlayırlar. Onlara bahalı və dəbli
çanta hədiyyə edə bilərsiniz.



Buğa:

Bu bürc altında dünyaya gələn qadınlar baxımlı olurlar. Xarici görkəm
onlar üçün olduqca əhəmiyyətlidir. Onlara kürk və ya pencək ala
bilərsiniz.

 

Əkizlər:

Əyləncəli və enerjili olurlar. Əkizlər akssesuarlardan istifadə etməyi
xoşlayırlar. İpək yaylıq və ya dəbli şərf onlar üçün gözəl hədiyyə ola
bilər.

 

Xərçəng:

Kövrək və küsəyən olan Xərçənglər əzizlənməkdən zövq alırlar. Onu nə
qədər sevdiyinizi göstərmək üçün daim boynunda gəzdirə biləcəyi
boyunbağı hədiyyə edin.

 

Şir:

Belə qadınlar ağıllı və cazibədar olur, liderliyə can atırlar. Xarici
görkəmə fikir verirlər, əyləncəyə meyllidirlər. Onların aktiv tərzinə
uyğun hədiyyə seçməlisiniz. İdman ayaqqabısı uğurlu seçim hesab edilə
bilər.

 

Qız:

Mükəmməlik axtarışında olan bu qadınları xoşbəxt etmək heç də çətin
deyil. Ona çoxdan almaq istədiyi bir kosmetik vasitə və ya iri çanta ala
bilərsiniz.

 

Tərəzi:

Alacağınız hədiyyə Tərəzi qadınının zərif stilinə uyğun olmalıdır. Lüks
markalardan birindən alacağınız stiletto onu valeh edə bilər.

 

Əqrəb:

Ehtiraslı, cəsarətli Əqrəb qadını xoşbəxt etməyin ən yaxşı yolu ona sevdiyi ətri hədiyyə etməkdir.

 

Oxatan:

Hərəkətli olmağı sevirlər, əməksevərdirlər. Rahatlığı sevsələr də,
özlərinə bər-bəzək verməyi xoşlayırlar. Onlara ən sevdikləri aksessuarı,
yəni, sırğa hədiyyə edin.

 

Oğlaq:

Bu qadınlar işgüzar olurlar. Əməklərinin qarşılığını almaq, gəlirlərini
artırmaq istəyirlər. Onlara rəngli pul kisəsi almağınız məsləhətdir.

 

Dolça:

Dostları ilə vaxt keçirməyi xoşlayan, əyləncəli mərasimləri qaçırmayan bu xanımlara qızıl və ya gümüş qolbaq hədiyyə edin.

 

Balıq:

Onlar romantik və xəyalpərəstdirlər. Tək qüsurları getdikləri hər yerə
gecikmələridir. Onlara saat hədiyyə etsəniz, tez-tez xatırlanacaqsınız.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!