Bürcünüzə görə, geyim rəngi və geyim tərzi

Bürcünüzə görə, geyim rəngi və geyim tərzi
Bürclər, Qoroskop
10.09.2017 89
Bürcünüzə uyğun daha çox hansı rəng libaslara üstünlük verməli olduğunuzu bilirsiniz?



Qoç -
Bu bürc altında doğulan qadınlar iddialı olurlar. Libaslarını xüsusi
diqqətlə seçirlər. Aksesuardan istifadə etməyi elə də çox sevmirlər.
Lakin gün eynəyi hər zaman çantalarında olmalıdır. Daha çox
şalvar-köynək geyinməyi üstün tuturlar. Bu bürcün rəngi qırmızıdır.



Buğa - bu
bürc altında doğulan qadınlar zərif və baxımlıdırlar. Hər zaman xarici
görünüşlərinə önəm verirlər. Aksesuarlardan az istifadə etsələr də, daha
çox zinət əşyalarına meyillidirlər. Bu bürcün rəngi yaşıl və onun
tonlarıdır.



Əkizlər - Bu
bürc altında doğulan qadınlar iki müxtəlif bədənə sahib olan biri kimi
geyinir: bir gün dağınıq, digər gün romantik geyinməyi sevirlər.
Rahatlığa daha çox üstünlük verdikləri üçün cins geyimlər onlara
yaraşır. Bu bürcün rəngi bənövşəyi və onun tonlarıdır.



Xərçəng - Bu
bürc altında doğulan qadınlar romantik və həssas olurlar. Şlaypalar və
şifon ətəklər əsas seçimləridir. Tül geyimlər və köynəklər onlara çox
yaraşır.



Şir - Bu
bürc altında doğulan qadınlar lüks və dəbdəbəli yaşam tərzini
sevənlərdir. Brend geyimlərə üstünlük verirlər və modanı yaxından
izləyirlər. Qızıl aksesuarlardan istifadə etməyi çox xoşlayırlar. Bu
bürcün rəngi sarı və onun tonlarıdır.



Qız -Bu
bürc altında doğulanlar klassik geyimləri üstün tuturlar. Aksesuarları o
qədər də sevməsələr də, iri çanta götürməyi xoşlayırlar. Bu bürcün
rəngi mavi və onun tonlarıdır.



Tərəzi - Bu
bürc altında doğulan qadınlar çox seçicidirlər. Modanı yaxından izləyir
və aksesuarları çox sevirlər. Bu bürcün rəngi yaşılın tonlarıdır.



Əqrəb - Bu
bürc altında doğulan qadınlar hər zaman öz geyim tərzləri ilə diqqət
çəkirlər. Daha çox əyinlərinə kip oturan libaslara üstünlük verirlər. Bu
bürcün rəngi göy və onun tonlarıdır.



Oxatan - Bu
bürc altında doğulan qadınlar idman üslublu geyimlərə daha çox üstünlük
verirlər. Əsasən cins geyimləri sevirlər. Bu bürcün rəngi firuzəyidir.



Oğlaq -Bu
bürc altında doğulan qadınlar çox qərarlıdırlar. Hər libası elə də
asanlıqla bəyənməzlər. Ailə oğlaqlar üçün mühüm olduğu üçün, keçmiş
nəsildən qalan aksesuarlara daha çox üstünlük verirlər. Bu bürcün rəngi
çəhrayıdır.



Dolça - Bu
bürc altında doğulan qadınlar modern və rahat geyimləri sevirlər. Öz
üslublarını özləri yaradırlar. Dəblə geyinirlər. Bu bürcün rəngi açıq
mavidir.



Balıqlar - Bu
bürcün altında doğulan qadınlar öz xəyal dünyalarını libas seçiminə
tətbiq etməyi xoşlayırlar. Aksesuar seçimində çox iddialıdırlar. Bu
bürcün rəngi açıq yaşıldır.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!