Bürclərin avtomobil seçimi

Bürclərin avtomobil seçimi
Bürclər, Qoroskop
10.09.2017 16
Hansı gün doğulduğumuz bir çox xarakter xüsusiyyətimiz üzərində təsirli olduğu kimi, sürmək vərdişlərimiz və seçdiyimiz avtomobillər üzərində də təyin edici rol oynayır.



Qoç



Sükan başındaykən başqa bir avtomobilin özünü keçməsinə çox əsəbiləşər. Qoç sürücüsü sürətli avtomobil istifadə etmək dəlisidir. Refleksləri çox yaxşıdır və tam zamanında tədbirini alıb, təhlükəni önləyə bilər. Bir tövsiyədə bizdən; Qoç bürcü insanını avtomobil istifadə edərkən narahat etməyin, içindəki yol canavarını oyandıra bilərsiniz!



Xəyalindəki avtomobil: Qoç bürcü insanının xəyalini qırmızı bir idman avtomobili bəzəyər. Avtomobilin musiqi sisteminin yaxşı olması onlar üçün həyati əhəmiyyət daşıyar.



Buğa



Buğa bürcü həyata və ondan həzz almağa düşkün bir bürcdür. Buğa bürcü insanı ümumiyyətlə sakit biri olaraq tanınar. ancaq yola çıxdığında iş dəyişər. Kincil və macərapərəst olmaları onların sükan başındakı rəftarları üzərində təyin edici rol oynayar. Buğa bürcü sürücüsünə qarşı yolda diqqətli olmaq lazımdır.



Xəyalindəki avtomobil: Təbiətə düşkünlüyü avtomobil seçkisində də özünü göstərər. İçində rahat edə biləcəkləri avtomobilləri seçərlər. Boz və qırmızı ən çox seçdikləri rənglərdir.



Əkizlər



Əkizlər bürcü insanı gəncliyin və dinamizmin simvoludur. Bunun səbəbi əkizlər insanının hansı yaşda olursa olsun gənc və uşaqcıl qalmağı bacarmasıdır. Macəradan xoşlanarlar və çox maraqlıdırlar. Əkizlər sürücüsü sürətli, əsəbi və səbirsizdir.



Xəyalindəki avtomobil: Onun dəyişən xarakteri fərqli avtomobilləri bəyənməsinə gətirib çıxarar. Bir az meymun iştahlı olduğu deyilə bilər. Seçdiyi avtomobil mütləq gündəmdə və müasir olmalıdır.



Xərçəng



Çox romantik, xəyalcı,uşaqsayağı insanlardır. Xərçənglər ölçülü və diqqətlidirlər. Sükan başında da diqqətlidirlər. Yol qaydalarına uyğun gəlməyə diqqət göstərərlər və biri bir səhv etdiyində olduqca əsəbiləşərlər. Təhlükəsizlik kəməri taxmadan əsla yola çıxmazlar.



Xəyalindəki avtomobil: Görünüş və lüksdən çox, funksiya əhəmiyyətlidir. Ailə avtomobillərini seçərlər. Çox sürət etməmələrinə baxmayaraq güclü motorlu avtomobilləri seçərlər. Bir markaya güvənsələr qətiliklə dəyişdirməzlər.



Şir



Avtomobil istifadə edərkən özünə çox güvənər. Cansıxıcı hadisələr qarşısında soyuqqanlılığını qorumağı bacardığı üçün az qala heç səhv etməz.



Xəyalindəki avtomobil: Soyuqqanlı olan Şir bürcü insanı özünə güvən verən, güclü və möhkəm avtomobilləri seçər. Bu səbəblə Şir bürcü insanının xəyalini hər cür lüks və rahatlığa sahib vasitələr bəzəyər.



Qız



Həyatının bir parçası olan vasvasılığı avtomobil sürərkən də özünü göstərər. Qaydalara olduqca diqqət göstərər. Ancaq səhərlər əsəbi olar və avtomobil istifadə etdiyində ətrafına hirsli davrana bilər.



Xəyalindəki avtomobil: Detallara əhəmiyyət verər, avtomobilində də rahatlıq istər. Möhkəm geniş və iqtisadi bir avtomobil tam onlara görədir.



Tərəzi



Yolda son dərəcə nəzakətli olmalarına qarşı olduqca qərarsız davranışlar sərgilərlər. Davamlı digər avtomobillərə baxarlar. Avtomobil istifadə etmək onlar üçün qətiliklə bir zövq deyil.



Xəyalindəki avtomobil: İç və xarici dizaynı əhəmiyyət daşıyar. Texniki detallar ümumiyyətlə çox əhəmiyyət daşımaz. Bir tərəzi üçün avtomobilin çəkilməsi tam bir fəlakətdir.



Əqrəb



Çox qısqanc olmasıyla tanınan əqrəb bürcü, səhvləri bağışlamayan və hücum etmək üçün fürsət gözləyən bir xarakter daşıyırlar. Sakit görünsələr də bir səhv ilə qarşılaşdıqlarında qışqırıb çağırmaqdan geri qalmazlar.



Xəyalindəki avtomobil: Ən son model sürətli və güclü avtomobillərdən xoşlanarlar. Mühərrik sirr dolu bir qutu deyil, yaxından maraqlandıqları məlumat sahibi olduqları bir şeydir. Güclü avtomobillə "risovkalanmağa" ürəkləri gedər. Siz siz olun əsla avtomobilini tənqid etməyin.



Oxatan



Azadlığına düşkün olan Oxatan bürcü macəra düşkünüdür. Özünü çox yaxşı tanıyar və xüsusiyyətlərinin fərqindədir.Yolda qorxusuzdur. Yol qaydalarına əməl edər və digər sürücülərə hörmətlidir.



Xəyalindəki avtomobil: Komfortlu və sevimli avtomobillərdən xoşlanar. Avtomobillərinin hər kəsdə olmasını istəməzlər Üstü açıq ya da heç olmasa sunrooflu, bir avtomobil seçərlər.



Oğlaq



Oğlaq bürcü idarəçi olmaq üçün yaradılmışdır. Təşkilat qabiliyyəti güclüdür. Reflekslərinə, sürətinə yəni avtomobilinə hakimdir. Yaxşı bir sürücüdür.

Xəyalindəki avtomobil: İstifadə etdiyi avtomobil mütləq ən son model olmalıdır. Satış sonrası xidmətə də böyük əhəmiyyət verər.



Dolça



Həyatını olduğu kimi yol qaydalarını da heçə sayar. Digər sürücüləri kiçik hesab edən bir rəftarı vardır.



Xəyalindəki avtomobil: Dolça bürcü insanı avtomobilinin diqqət çəkici və son model olmasını istər. Uyğun bir dizayn, eksantrik bir iç təchizat, böyük ölçülü geniş bir panel və güclü mühərrik avtomobilində axtardığı xüsusiyyətlərdir.



Balıq



Xəyalçı və romantik balıq bürcü insanı yol qaydalarına bağlıdır. Balıqlar yolda təhlükədən uzaq dayanarlar. Çox dalğın olduqları üçün təhlükəli vəziyyətlər yarada bilərlər.



Xəyalindəki avtomobil: Canlı rəngləri sevərlər. İstifadə edilmiş avtomobil almaqdan heç çəkinməzlər. Köhnə avtomobil alıb yeniləməyə ərinməzlər. Gəzməyə maraqlı olduqları üçün avtomobilin rahatlığı da çox əhəmiyyətlidir.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!