Bürclərin sevdiyi ətirlər

Bürclərin sevdiyi ətirlər
Bürclər, Qoroskop
10.09.2017 13
Günümüzdə
insanların astrologiyaya olan marağı artmışdır. Beləliklə, bürclərlə
bağlı maraq doğuran sahələr də çoxaldı. Hədiyyə alacağımızda belə hansı
bürc nəyi sevər deyə araşdırıb tapırıq və ona uyğun hədiyyə seçimi
edirik. İnsan bədəni və təbiətində təbii daşların, çiçəklərin,
qoxuların, rənglərin, rəqəmlərin insanlar üzərində müsbət, ya da mənfi
təsirləri olduğu elmi olaraq da müəyyən edilmişdir. Ekspertlər də hər
fürsətdə astrologiya həvəskarlarına bu mövzularda məlumatlar verirlər.

Hər bir
insanın üzərində daşıdığı təbii daş, qoxu, rəng o adama sevinc, rahatlıq
və xoşbəxtlik verir, gün boyu müsbət olmasını təmin edir. Bürclərin
hansı ətirləri sevdiyi, ətir seçərkən hansı qoxuları seçməsi lazım
olduğu da astrologiya həvəskarlarını ən çox düşündürən məsələlərdən
biridir. Bürclərin bəzi qısa xüsusiyyətləri və sevdikləri ətirləri
öyrənmək üçün yazının davamını oxuyun.



Qoç:
Çılğın, enerjili, qürurlu, özünə güvənən, dinamik, eqoist, səbirsiz bir
quruluşa malik olan qoç bürcünün uğurlu rəngi qırmızı, sevdiyi ətir
güldür.



Buğa: Səbrli, etibarlı, yaxşı niyyətli, istiqanlı, sevdiyinə sahib çıxan, əzmli olan buğaların uğurlu rəngi mavi, ətiri lavandadır.



Əkizlər: Uyğun, çox danışan, dinamik, gənc ruhlu əkizlər insanının rəngi sarı, yaşıl, sevdiyi ətir fulyadır.



Şir: İstiqanlı, istedadlı, cazibədar, sadiq, səbirsiz xüsusiyyətlər ondadır. Rəngi sarı, narıncı, sevdiyi ətir müşk və ənbərdir.



Qız:
Utancaq, sadiq, zəkalı, hər şeyin ən yaxşısını istəyən xüsusiyyətdəki
qız bürcü insanının uğurlu rəngi ağ, yaşıl və göy, sevdiyi ətirlər limon
və narınc qönçələridir.



Tərəzi: Romantik, sosial, saf, diplomatik quruluşdakı tərəzi bürcü insanının uğurlu ətiri lavanda və güldür.



Oğlaq: Diqqətli, əzmli, səbirli, olan şəxslərdir. Oğlaq bürcünün uğurlu rəngi narıncı və yaşıl, sevdiyi ətir nərgiz çiçəyidir.



Əqrəb:
Maraqlı, sirli, əzmli, səbirli xüsusiyyətlərə malikdir. Əqrəb bürcünün
uğurlu rəngi yaşıl, sevdiyi ətir sünbül və maqnoliyadır.



Oxatan: Azad ruhlu, dürüst, çox danışan adamlar olan oxatan insanının uğurlu rəngi narıncı, sevdiyi ətir bənövşə və zanbaqdır.



Dolça: Tək başına hərəkət etməyi sevən, cana yaxın, istedadlı, sadiq bir quruluşa sahibdirlər, sevdiyi ətir yasəmən çiçəyi qoxusudur.



Balıq: Duyğusal, yaxşı niyyətli, cazibədar quruluşa malik balıq bürcünün sevdiyi ətir yasəməndir.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!