Bürclərdə qadınların hansı keyfiyyəti kişiləri valeh edir?

Bürclərdə qadınların hansı keyfiyyəti kişiləri valeh edir?
Bürclər, Qoroskop
10.09.2017 24
Gözəllik
incə məsələdir, xüsusilə, zərif cinsin nümayəndələrindən söhbət
gedirsə, ehtiyatlı olmaq lazımdır. Ən cazibədar xanımı seçmək bəzən çox
çətin, bəzən də çox təhlükəli işə çevrilir...

 

Hər
bir bürcün qarşı tərəfi cəlb etmək  üsulu özünəməxsusdur. Sözsüz ki,
onların ən güclü silahı gözəllikdir. Lakin astroloqlar bürclərə görə
xanımların əks cinsin nümayəndələrini necə cəzb etdiyini yaxşı bilir.

 

Qoç bürcü

Bu
bürc altında dünyaya gələn xanımlar qarşı tərəfin diqqətini necə cəlb
etmək lazım olduğunu yaxşı bilir. Parıltılı geyim, zərif davranış,
özünəinam və ağıl - belə bir qadın hansı kişini valeh etməz?

 

Buğa bürcü

Buğa
bürcləri təbii gözəllik tərəfdarıdır. Təbiət də onlara cəlbedici
görünüş və şarm bəxş edib. Kişilər qadınlarda təbiiliyə çox önəm verir.

 

Əkizlər bürcü

Çoxşaxəli
qadınlar olan Əkizlər kişilərə gün verib, işıq vermirlər. Dəyişkən
xüsusiyyətləri ilə kişiləri tez-tez təəccübləndirir, çox zaman da
bezdirirlər. Məsələn, bir gün vəhşi, bir gün ciddi, başqa bir gün də
mülayim qadın obrazına daxil olurlar. Bu xüsusiyyətlərinə görə, sirli
bürcün nümayəndələri kişilərin sevgisini qazanmaqda çətinlik çəkir.

 

Xərçəng bürcü

Bu
bürc altında dünyaya gələn qadınlar bütün gözəlliyini dərhal nümayiş
etdirməyi xoşlamır. Lakin bu bürclə yaxından tanış olan kişi ondan
ayrılmaq istəmir. Belə sadiq və qayğıkeş xanımları kişilər heç zaman
unutmur.

 

Şir bürcü

Şir
bürcündən olan qadınlar ideal gözəlliyə malik olmasa da, bənzərsiz və
unikal zahiri görkəmi ilə əks cinsin nümayəndələrinin qəlbinə yol tapa
bilir. Bu bürcün nümayəndələri istənilən vəziyyətdə özünü yaxşı təqdim
etməyi bacarır.

 

Qız bürcü

Həris
modapərəstlərin çoxu qız bürcündəndir. Onların dəb cərəyanlarından
yaxşı başı çıxır, bu məsələdə də çox iddialıdırlar. Üstəlik, həmişə
baxımlı görünməyə çalışırlar. Baxımlı xanımlar da, nəinki kişilərin, elə
öz həmcinslərinin də gözlərini sevindirir.

 

Tərəzi bürcü

Tərəzi
bürcünün nümayəndələri əsl dəb ilahəsidir. Onlar nadir və incə zövq
duyumuna malikdir. Onları digərlərindən artistlik məharəti fərqləndirir.

 

Əqrəb bürcü

Ah,
nə üçün onların dili belə itidir? Belə qadınlar həyatda inamla
addımlayır, ən önəmlisi, özünü qorumağı bacarırlar. Əqrəblərin bu
xüsusiyyəti kişilərin xoşuna gəlir. Lakin bu bürcdən olan qadınlara
yaxınlaşmağa cəsarət etmədiklərini kişiləri özləri də etiraf edir.

 

Oxatan bürcü

Bu
zodiakın nümayəndələri çox xarizmatik olur. Hətta Oxatan bürcündən olan
qadınların zahiri görkəmi mükəmməl olmasa da, onlar ağıllı cavabları
ilə kişiləri  özünə heyran edir. Onların yeganə mənfi cəhəti qarşı
tərəfə vaxt ayırmamasıdır.

 

Oğlaq bürcü

Oğlaq
bürcləri tez-tez zahiri görkəmini dəyişirlər. Amma bu, onlara öz
orijinal üslubunu yaratmağa mane olmur. Əvəzində onlar bir güllə ilə iki
dovşan vura bilirlər. Belə ki, həm zahiri görünüşü, həm də iti zəkası
ilə kişilərdə heyrət hissi oyadırlar.

 

Dolça bürcü

Həyat
eşqi ilə aşıb-daşan dolça bürcləri ətrafa sonsuz nikbinlik hissini
ötürür. Belə qadınlar bir çox kişinin xəyallarını bəzəyir.

 

Balıq bürcü

Ən
müəmmalı qadınlardır! Kişiləri həmişə məhz belə sirli və soyuqqanlı
qadınlar cəlb edib. Balıq bürcləri sakit görünsə də, əslində, çox
ehtiraslı və emosionaldırlar. Yeri gəlmişkən, qeyd edək ki, bu bürcdən
olan qadınlar  zodiakın  ən gözəl nümayəndələrindən biri hesab edilir.

 

Ulduzların
nə deməsindən asılı olmayaraq, yadda saxlayın ki, çirkin qadın olmur:
bütün xanımlar məlahətli və təkraredilməzdir. Amma razılaşaq ki,
qadınların istənilən kişini dəli edə biləcək bir çox ümumi
xüsusiyyətləri var...скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!