Bürclərin xəstəlikləri

Bürclərin xəstəlikləri
Bürclər, Qoroskop
10.09.2017 21
Qoç (22 mart - 20 aprel)

Çox
quru yeməklərə meyillisiniz. Bu səbəbdən orqanizminizdə problem yaşana
bilər. Duz və spirtdən uzaq dayanaraq, bunun əvəzinə bol-bol su üçün.
Pomidor, kartof, soğan, quru lobya, mərci, karnıbahar, kahı, yaşıl
salat, ispanaq, turp, düyü, zeytun, alma, balqabağı, qoz kimi qidalar
həftəlik qidalanmaya mütləq əlavə olunması məsləhətdir. Çox şirin
qidalara üstünlük verməyin. Ərik, şaftalı kimi qidaları üstün tutun.

 

Buğa (21 Aprel – 21 May):

Yemək
üçün yaşayırsınız. Amma unutmayın ki, gələcəkdə bu çəkinizin artmasına
səbəb ola bilər. Karbohidratlardan uzaq durun. Əks təqdirdə həzm
problemləri yaşaya bilərsiniz. Nişastasız, yağsız və şəkərsiz bir diet
tətəbiq edin. Təbii yodlu qidalardan balıq, dəniz məhsulları, yumurta,
qaraciyər, böyrək, buğda, ispanaq, çuğundur, təzə meyvə və yaşıl salat
qida siyahınızda daim yer almalıdır. Bundan başqa, su içmək də
həyatınızın bir hissəsi olmalıdır.

 

Əkizlər (22 May – 21 İyun):

Yemək
yeyərkən o qədər tələsik hərəkət edirsiniz ki, artıq bu vəziyyət sizin
sağlamlığınızı zərərli təsirini göstərib. Yeməkləri yaxşı çeynəməyə
çalışın. Az, amma tez-tez yemək rejimini özünüzə tətbiq edin. Əkizlər
sümüklərinin sağlam olmasını istəyirsə, sağlam qidalanmalıdır. Əkizlərdə
qan laxtalanması halları tez-tez görülür. Balıq, kərə yağı və kənd
pendiri, yerkökü, portağal, qreyfrut, şaftalı, gavalı, üzüm suyu, quru
üzüm və badam sizin üçün əvəzolunmaz qidalar olmalıdır. Sakitləşmək və
rahat olmağınız üçün də şəfalı bitkilər və kofeinsiz çaylar tam sizə
görədir.



Xərçəng (22 İyun – 23 İyul):

Duyğusal
olmağınız sizin qidalanma vərdişlərinizə da təsir edir. Həssalığınızdan
piroqlara, kekslərə, dondurma və qənnadı məhsullarına çox meyillisiniz.
Halbuki xərçənglər nişastalı yeməklərdən, şəkər, duz və ədviyyatlardan
uzaq durmalıdır. Çünki mədələri çox həssasdır. Orqanizminiz kalsiuma
böyük ehtiyac duyur. Yağsız süd, pendir və qatıq, buruq kələm, pomidor,
salat və kahı, bol miqdarda təzə tərəvəz və yağsız protein, sizin dəri
və mədə sağlamlığınız baxımından yaxşı təsir edəcək.



Şir (24 İyul – 23 Avqust):

Şirlər
yeməkdən zövq alırlar . Gözəl restoranlar, nəfis yeməklər hər zaman
xəyalınızı bəzəyir. Bədəninizə önəm verdiyiniz üçün pəhriz son dərəcə
uyğundur . Möcüzə iradəniz var! Qan dövranınız nizamlı olması üçün inək,
quzu və ev heyvanları əti, qaraciyər, çiy yumurta sarısı, kərəviz,
alma, əncir, şaftalı, limon və badam sizin üçün idealdır. Payınızı 50
faiz azaldın.

 

Qız (24 Avqust – 23 Sentyabr):

Şirniyyat
dedikdə ilk siz yada düşürsünüz. Xüsusən də şokolad həyatınızın
əvəzolunmaz qidasıdır. Ancaq bu yeməklərdən uzaq durmalısınız. Çünki
ürəyinizdə problem yarada bilər. Duz, buğda, çovdar, yağsız mal və quzu
əti, pendir, zeytun, portağal, limon, qovun, alma, armud sizin ideal
yeyəcəklərinizdir. Qovun, alma, armud qismən dərinizi təmizləmək və
saçlarınıza qulluq etmək üçün köməkçi olar. Alma isə xilaskarınızdır.

 

Tərəzi (24 Sentyabr – 22 Oktyabr):

Tərəzilərin
orqanizmlərində həssas yerləri böyrəkləri və kürəyin alt nahiyəsidir.
Yaşıl noxud, qarğıdalı, kök, ispanaq, buğda, yulaf unu, alma, çiyələk,
badam və kişmiş həmişə əlinizin altında olmalıdır. Böyrəkləriniz üçün
çox qazlı içkilərdən uzaq durmalısınız. İncə və zərif qalmanız üçün
nazik dilimlər sizə faydalı olacaqdır.



Əqrəb (23 Oktyabr – 22 Noyabr):

Tənəffüs
yolları problemləri yaşaya bilərsiniz. Taxıllardan hazırlanmış
çörəklər, balıq və dəniz məhsulları, yaşıl salat, soğan, qırmızı turp,
təzə meyvə və tərəvəzlər ehtiva edən bir pəhriz tam sizə görə. Düzgün
qidalanma gərginliyinizi aradan qaldıracaq.

Oxatan (23 Noyabr – 20 Dekabr):

Bürcün
həssas nöqtələri ayaqları, sümükləri və qaraciyəridir. Təbii qidalanmaq
üçün qabıqlı meyvələrə və tərəvəzlərə üstünlük verin. Bol çiy tərəvəz,
yaşıl bibər, kahı, kərəviz, kartof, əncir, quru alça, çiyələk, alma,
armud, və dənəli taxılları yeməyiniz məsləhət görülür.

 

Oğlaq (21 Dekabr – 18 Yanvar):

Çalışqan
bir quruluşunuz var və çalışarkən də fərqində olmada orqanizminiz dala
gedir. Halbuki bu sizin üçün çox zərərlidir. Orqanizminizin vitamin və
minerallardan ibarət olan geniş bir qida qarışığına ehtiyacı var.
Bürcün, dizlər, dişlər, qulaqlar və dəri nahiyyəsi ən həssas nöqtəsidir .
Kələm, kərəviz, yağsız ətlər, limon, portağal, inək südü, hər cür
pendir, balıq, yumurta sarısı, buğda və əncirlə aranızın çox yaxşı
olması lazımdır. Ərik, badam yeyərək quru və allergik meylli dərinizi
canlandırın. Dərinizi siqaret və siqaret tüstüsündən uzaq tutaraq
qorumağa çalışın.

 

Dolça (19 Yanvar – 20 fevral):

Orqanizminizin
davamlı C vitamininə ehtiyacı var. Yemək tərzi baxımından
yenilikçisiniz. Bürcün əl və ayaq topuqları, baldırları və toxuma
nahiyyələri orqanizmdə həssas nöqtələridir. Orqanizminiz süfrə duzuna
çox ehtiyac duyur. Çox duz alarkən zəif bir qan dövranına, həddindən
artıq şişkin bir bədənə və qaraciyər narahatlıqlarına səbəb ola bilər.
Bu ehtiyacı yemək duzundan deyil, təbii qidalardan alsanız, daha yaxşı
olar. Dəniz məhsulları, gül kələmi, yerkökü, turp, balqabağı, ispanaq,
alma, şaftalı, limon, portağal, qreypfrut, nar və ananas sizin üçün
təbii duz baxımından ideal qidadır.

 

Balıq (20 fevral – 21 Mart):

Ağır
pəhrizlər sizə uyğun deyil. Yüksək zülallı, aşağı yağ və şəkər pəhrizi
tətbiq etdiyiniz zaman özünüzü daha yaxşı hiss edirsiniz. Bürcün
ayaqlar, eşitmə, toxunma və dadbilmə problemi var. Dəmir bədəninizin
əsas ehtiyacıdır. Dəmir çatışmazlığı, qan azlığında və aşağı təzyiqə
səbəb olur. Zəngin dəmir ehtiva edən qaraciyər, yağsız mal əti, quzu
əti, yumurta sarısı, beyin, ispanaq, soğan, arpa, kahı, buğda çörəyi,
quru lobya, alma, üzüm, limon, portağal, şaftalı, xurma, quru gavalı və
üzümlə qidalanmanız şərtdir. Cəfərini də bu siyahıya əlavə edin.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!