Hansı bürc çətin vəziyyətdən necə çıxır: Özünü daha yaxşı tanı!

Hansı bürc çətin vəziyyətdən necə çıxır: Özünü daha yaxşı tanı!
Bürclər, Qoroskop
10.09.2017 37
Həyat
hər zaman rəvan getmir, o, gözlənilməz sürprizlərlə doludur. Təbiidir
ki, çıxılmaz vəziyyətə düşən hər kəs çıxış yolu axtarır. İnsan xarakteri
məhz belə məqamlarda üzə çıxır: Bəziləri ağlını işlədir, başqaları
hiyləgərliyə əl atır, digəri isə soyuqqanlılığını qorumağı bacarır,
yerdə qalan da öz gücsüzlüyünü etiraf edib təslim olur. Əlbəttə ki,
burada sizin hansı bürc altında doğulduğunuz böyük önəm daşıyır.

 

Hər kəs çətinə düşəndə himayəsində olduğu zodiak işarəsinin xarakterinə uyğun davranır.

  

Qoç bürcü

Qoçlar
istənilən vəziyyətdən şərəflə çıxmağa vərdiş edib. O, çətinliklərin
öhdəsindən müstəqil şəkildə gələ bildiyi üçün özü ilə fəxr edir. Bu bürc
altında dünyaya gələnlər həyat yolunda qarşılaşdığı bütün maneələri
səssiz-səmirsiz aradan qaldırır.

 

Buğa bürcü

Buğa
bürcündən olanların çiyinləri hər çətinliyə tab gətirir! Bu işarə
altında dünyaya gələnlər çətinlikləri dəf etməyi sevir. Üstəlik, onlar
uğurunun sirrini başqaları ilə, hətta yad adamlarla belə bölüşməyə
hazırdır.

 

Əkizlər bürcü

Problemlərin
öhdəsindən təkbaşına gələ bilmir, çətinə düşəm kimi başqalarından,
xüsusilə Qoç və Buğa bürcü altında olan yaxınlarından yardım istəyirlər.
Bu yardımın qarşılığında isə həmişə səxavətlə təşəkkür edirlər.

 

Xərçəng bürcü

Bu
bürc altında dünyaya gələnlər ağlayıb-sızlayaraq və ya əzab çəkdiyini
ətrafdakılara hiss etdirərək başqalarının onlara yardım etməsinə nail
olur. Onlar öz gücünə ancaq yanında dadına çatacaq birinin olmadığını
anlayanda arxalanırlar.

 

Qız bürcü

Qızlar
istənilən vəziyyətdən çıxmaq bacarığı ilə fərqlənir. İstənilən
məsələləri həll edərək düzgün qərar qəbul edir və bununla qürur
duyurlar.

 

Şir bürcü

Şir
problemini həll edənə qədər hamını bezdirib kömək istəyə bilər.
Problemi uğurla həll etdikdən sonra isə bütün komplimentləri böyük
məmnuniyyətlə öz ünvanına qəbul edir. Əsl xilaskar isə yaddaşında
ömürlük xoş xatirə olaraq qalır.

 

Tərəzi bürcü

Tərəzi
qədər problemdən qorxan ikinci bürc yoxdur. Bu bürcün problemlərdən tez
dilxor olan nümayəndələri çətin vəziyyəti bir az da özləri
qəlizləşdirir. Dara düşəndə çox vaxt Qoç və ya Qızın onlara kömək
etməsini gözləyir, lakin heç bir halda təslim olmurlar.

 

Əqrəb bürcü

Əqrəbi
nə iləsə təəccübləndirmək və ya incitmək çox çətindir. Laqeydlik və
əminlik bu bürc altında doğulanlar üçün bütün problem və bəlalara qarşı
ən güclü silahdır.

 

Oxatan bürcü

Oxatan bütün məsələləri yumorla həll edir və bu, başqa bürcdən olanların da xoşuna gəlir. Oxatanlardan çox şey öyrənmək olar.

 

Oğlaq bürcü

Oğlaqlar
qarşılaşdığı problemlərə dırnaqarası baxmır, əksinə çox ciddi qəbul
edirlər. Hər problemin öhdəsindən özü gəlir, buna baxmayaraq, əmin olmaq
üçün insanların təmənnasız dəstəyindən yararlanmaq da istəyirlər.

 

Dolça bürcü

Dolça
bürcündən olanlar bütün həyati əhəmiyyət kəsb edən qərarları görünməmiş
ruh yüksəkliyi ilə qəbul edir. Daha sonra ağlı ilə öyünür, hamı da
onunla razılaşır.

 

Balıqlar bürcü

Problemlər
Balıqlar bürcü altında doğulanları yavaş-yavaş dəli edir. Utancaq Balıq
başqasından kömək istəməyə çəkinir. Kiməsə əl uzatmaq istəyirsinizsə,
onu Balıq bürcündən olanlar arasından seçin.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!