Bürclərə yaraşan saç düzümləri

Bürclərə yaraşan saç düzümləri
Bürclər, Qoroskop
10.09.2017 40
Bürclərin
hər birinin özünə xas olan xarakterik xüsusiyyəti var. Bu xüsusiyyətlər
bürclərin saç düzümü seçiminə də təsir göstərir.

 

Qoç bürcü

Qoçaq,
cəsur və ağıllısınız. Hisslərinizi gizlətmir, məhdudiyyətlərə dözə
bilmirsiniz. Bu səbəbdən, həmişə rahat saç modelləri seçirsiniz. Rahat,
qısa saç kəsimi sizin üçün çox uyğundur. Uzun saçlı qadın Qoçlar isə
saçlarını mütləq arxaya doğru darayır və at quyruğu formasında toplayır.
Saçınızın səliqəli olması üçün kremdən istifadə edin.

 

Buğa bürcü

İnadkar,
etibarlı və səbirlisiniz. Gözəlliyinizə, cazibənizə və zərifliyinizə
baxmayaraq, güclü qadınsınız. Bu səbəbdən, çox qabardılmış saç
modellərini özünüzə əsla yaraşdırmırsınız. Təbii görünüşlü saçlar daha
çox xoşunuza gəlir.

 

Əkizlər bürcü

Hər
kəslə çox tez ünsiyyət qurursunuz. Həddindən artıq planlı yaşamadığınız
üçün ciddi saç modellərindən xoşunuz gəlmir. Təbii halına buraxılmış
saçlar sizə daha uyğundur.



Xərçəng bürcü

Son
dərəcə emosional və idealist bir xarakterə sahibsiniz. Həmçinin
məsafəli insan olduğunuz üçün hər kəsin sizə asanlıqla yaxınlaşmasına
icazə vermirsiniz. Bu bürcün xanımları saç düzümünü getdiyi məkandan
asılı olaraq dəyişir.

 

Şir bürcü

Hər
kəsin sevimlisi olan Şir bürcləri həyatı doya-doya yaşayır. Şir
çılğınlığı bu bürcün qadınlarının saç düzümdə də özünü göstərir. Belə
ki, onlara kübar yox, daha çox dağınıq modellər yaraşır. Odur ki,
dəbdəbəli saçlardan və cəsarət tələb edən ən son dəblə
ayaqlaşmaqdan qorxmayın.

 

Qız bürcü

Dəqiq
insansınız. Sizə hətta maksimalist də demək olar. Dağınıqlığa heç bir
halda dözə bilmirsiniz. Bu bürcün nümayəndələrinin birinci şərti
saçların hər zaman səliqəli və təmiz olmasıdır. Saçlarınıza səliqəli
görünüş vermək üçün saç lakından istifadə edin.

 

Tərəzi bürcü

Cazibədar
və hazırcavab olmaq bu bürcə xas olan xüsusiyyətlərdən biridir. Bundan
başqa, hər məsələdə harmoniya və estetika axtarırsınız. Eynilə Şir
bürcləri kimi Tərəzilər də dəbdəbəni çox xoşlayır.

 

Əqrəb bürcü

Bürclər
arasında Əqrəb qadını qədər nə istədiyini bilən və hədəfini düzgün
müəyyənləşdirən bürc yoxdur. Kənardan sakit və soyuq görünürlər. Əqrəb
bürcləri saçlarının hər zaman baxımlı olmasına xüsusi diqqət edir.
 Lakin onlar saçlardan daha çox, saç aksessuarlarına böyük maraq
göstərir.

 

Oxatan bürcü

Oxatan 
bürcləri heç kimdən asılı olmaq istəmir. Ani qərarlar verən Oxatan
bürcləri macəranı sevir. Onlar jele, sprey kimi vasitələri çox
xoşlamadığı üçün sadə saç düzümlərinə üstünlük verir.

 

Oğlaq  bürcü

Yumor
hissi çox güclüdür və mühitə tez uyğunlaşırlar. Hər mövzuda olduğu kimi
saç məsələsində də diqqətlidirlər. Buna görə də çantalarında hər zaman
daraq gəzdirirlər. Evdən çıxmazdan əvvəl saçının dağılmaması üçün saç
spreyi istifadə edirlər.

 

Dolça bürcü

Ətrafınızda
baş verən hər hadisəyə çox tez reaksiya verirsiniz. Daim yeni ideyalar
axtarışındasınız. Lakin  mürəkkəb saç modelləri sizə uyğun deyil. Ancaq
təbii parıltını itirməmək üçün saçlara xüsusi qulluq göstərirsiniz. Saç
tipinə uyğun vasitələrdən istifadə edin.

 

Balıq bürcü

Romantik,
həssas, eyni zamanda çox  iradəli  insansınız. Saçlarınız da sizin kimi
həssas olduğundan boya və digər kimyəvi maddələrdən az istifadə etməyə
çalışın. Daha çox bitki mənşəli  məhsullar istifadə edinскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!