Həftəlik bürclər 14 mart - 20 mart

Həftəlik bürclər 14 mart - 20 mart
Bürclər, Qoroskop
10.09.2017 32
QOÇ. Bütün cari həftə ərzində qoçlar öz sağlamlıqları ilə məşğul olacaqlar. Əslində siz çoxdan dayanmalı və istirahət etməli idiniz. İndi isə ulduzların yerləşməsi elədir ki, hətta bürcünüzün sağlam nümayəndələrində belə heç nədən ağrıalr yaranacaq. Həftənin birinci yarısında buna iş yerindəki problemlər də əlavə olunacaq: həmkarlarınızla aranızda olan münaqişələr davamlı xarakter alacaq ki, bu da müdiriyyətin narazılığına səbəb olacaq. Bu, əlbəttə ki, səhhətinizin yaxşılaşmasına kömək etməyəcək, buna görə də mümkün olan hər şeydən istitrahətiniz üçün istifadə edin. Sağlamlığınızdakı problemlər sizi əhatə edən insanlarla da münasibətlərinizə təsir göstərəcək. Onlardan ən yaxınları belə sizi usandıracaq. Hamı ilə səmim-qəlbdən danışın – bu, həftənin emosional fonunu bir qədər azaldacaq.

[/b]
 
BUĞA. Bürcün tipik nümayəndələri bütün həftəni işlə məşğul olacaqlar. Həm də vicdanla işləməlisiniz ki, həmkarlarınız narazı qalmasın və siz müdiriyyətin tənqidinə tuş gəlməyəsiniz. Heç kimin sözünə və məsləhətinə qulaq asmayın, özünüz bildiyiniz kimi hərəkət edin. Bütün həftə boyunca az danışıb, çox qulaq asmağa çalışın – ola bilsin ki, gələcəkdə şəxsi həyatınızda istifadə edə biləcəyiniz yaxşı nəsə eşitdiniz.

Şəxsi həyatınız üzünüzə güləcək, amma həftənin yalnız birinci yarısında. Tənha Buğaların üfüqündə maraqlı tanışlıq gözlənilir, ailəlilərin münasibətləri isə daha da istiləşəcək.

Pul kisənizi qoruyun. Həftənin əvvəlində əlinizə çoxdan gözlədiyiniz pul gələcək. Onun hamısını istirahət gününə qədər xərcləməməyə çalışın.


 
ƏKİZLƏR. Bürcün tipik nümayəndələrinin çoxunda bu həftə belə bir müqəddəs inam yaranacaq ki, bu həyatda hər şey onların özündən asılıdır. İndi siz özünüz üçün yəqin etməlisiniz ki, hər bir təşəbbüs cəzalandırılır, buna görə də təkliflərinizi üzə çıxarmamağı məsləhət görürük – sizə çox baha başa gələ bilər.

Bütün cari həftə boyunca hadisələr və adamlar sizə mane olmağa çalışacaqlar. Əgər buna cavab olaraq aqressif reaksiya versəniz, özünüz üçün pis olacaq. Özü də həm işdə, həm də evdə. Ona görə də indi səbrinizi basıb. özünüzü məzlum və mülayim aparın. Müdirə söz qaytarmayın, hirsinizi həmkarlarınızın üstünə tökməyin və sənədləşməni diqqətlə aparın. Unutmayın ki, siz işinizlə yanaşı həm yığılıb qalmış maliyyə problemlərini həll etməli. həm də uşaqlarınızın və qohumlarınızın səhhətinə diqqət yetirməlisiniz.


 
XƏRÇƏNG. Bürcün tipik nümayəndələrinin çoxu işdə fəallıq göstərəcək. Sizin əvvəlki xoş əyyamlarda olduğu kimi hər şeyi artıqlamasilə yerinə yetirmək, əlavə öhdəliklər götürmək və s. tipli arzularınız baş qaldıracaq. Gözlədiyinizin əksinə olaraq sizin bütün xoşməramlı təşəbbüsləriniz həmkarlarınız tərəfindən anlaşılmayacaq və müdiriyyətin narazılığı ilə qarşılanacaq. Bütün bunlar sizdə hətta tanış adamlara qarşı da şübhə və inamsızlıq yaradacaq. Üzərinizə artıq yük götürməyin, sakitcə öz işinizi görün – mümkün xoşagəlməz hallar sizdən yan keçəcək.

Yaxşısı budur ki, maliyyə haqqında düşünün: həftənin ortalarında sizə pul lazım ola bilər, amma bircə məsələ onu haradan tapmaqdadır.

Xərçəngləri sevindirəcək yeganə məsələ şəxsi həyat olacaqdır. Partnyorunuzla münasibətləriniz aydınlaşacaq və daha perspektiv olacaqdır.


 
ŞİR. Bu həftə bürcün tipik nümayəndələrinə son bir neçə ayda ilk dəfə rahat nəfəs almaq imkanı verəcəkdir. İşdə qara buludlar çəkilir, hər şeyə asanlıqla, oynaya-oynaya nail olursunuz. Sazişlər imzalanır, layihələr həyata keçir. Amma təzə işdaşlarınıza fikir verməyinizi məsləhət görürük: onların arasında dürüst olmayan adamlara da rast gəlinə bilər. Buna görə də ciddi sənədlərdə hər bir nöqtə-vergülü dəfələrlə yoxlayın.

İndi elə bir vaxt yetişir ki, tale özü yolunuzda yaşıl işıq yandırır. Şirlər yalnız əllərinə düşən imkandan düzgün faydalanmalıdırlar.

Maliyyə məsələləri də qaydaya düşür: həftənin sonunda pul gəlirləri gözlənilir. Lakin ondan bütün xərclərinizi planlaşdırmaqla səmərəli istifadə edin.

Şəxsi həyatınızda da hər şey yaxşıdır. Partnyorunuzla anlaşılmazlıqlar arxada qalmışdır – sizə yalnız həyatdan geninə-boluna həzz almaq qalır.


 
QIZ. Bürcün tipik nümayəndələrini emosional cəhətdən sadə olmayan bir həftə gözləyir. Siz çoxdan normal dincəlməmisiniz, işdə isə o qədər qayğınız var ki, ümidsizlikdən qışqırmaq həddinə çatmısınız. Sizə elə gəlir ki, bütün dünya əleyhinizədir. Hamı - həmkarlarınız da, müştərilər də, müdiriyyət də Qızları axmaq suallarla bezdirəcəklər. Optimizminizi saxlayın, özünüzü elə göstərin ki, bütün sualların cavablarını bilirsiniz və gücünüzə əminsiniz.

İşdəki əsəbi şərait ona gətirib çıxara bilər ki, siz hirsinizi evdəkilərin üstünə tökəsiniz. Özünüzü ələ alın – ev yeganə yerdir ki, burada sizi başa düşəcəklər, sizə qulaq asacaqlar və sizi sakitləşdirəcəklər.

Yaxşısı budur ki, istirahət günlərini necə keçirmək barədə düşünün – mağazalara baş çəkməli yoxsa şəhər kənarına – təbiətin qoyunan gəzməyə getməli. Əyləncələr üçün pulunuz kifayət etməlidir, çünki Qızların çoxunun həftənin sonunda pul alma ehtimalı var.


 
TƏRƏZİ. Bürcün tipik nümayəndələri bu həftə bütün problemlərini birdən həll etmək arzusuna düşəcəklər. Həm pul qazanmaq, həm sağlamlıqlarını yaxşılaşdırmaq, həm də şəxsi həyatlarını qaydaya salmaq. Lakin başınıza gələnləri bir ifadə ilə əks etdirmək olar - "çoxlu hərəkət-az nailiyyət”. İndi heç nə sizdən asılı deyildir. İstədiyiniz qədər pul qazana bilməyəcəksiniz – xüsusilə də hər yerə baş vursanız və az tanıdığınız adamlarla işləsəniz.

Bütün bunlar maliyyə məsələlərinə də aiddir: indi pulu yalnız ağılla, heç kimin məsləhətinə qulaq asmadan xərcləyin. Bütün məsələlərdə təşəbbüsü ələ alın – həftənin sonunda uğur üzünüzə güləcək. İndi həyatdan daha çox müsbət emosiyalar almağa çalışın. Dostlarınızı qonaq çağırın, harasa istirahətə gedin. Bütün bunlar sizə işdəki və şəxsi həyatınızdakı uğursuzluqları unutmaqda kömək edəcək. İndi həm də başlıca məsələlərdən biri səhhətinizə diqqət yetirməkdir.


 
[b]ƏQRƏB.
Bürcün tipik nümayəndələrini sakit, ahəngdar bir həftə gözləyir. İşdə müdiriyyət sizə xoş münasibət bəsləyir və hətta vəzifənizi artırmaq barədə düşünür, həmkarlarınız cınqırlarını çıxarmadan sizə qulaq asırlar. Əlinizdə iş qaynayır, əsas məsələ budur ki, bəzi kiçik xoşagəlməz hallar Əqrəbləri nüfuzlu şəxslərlə münaqişəyə sürükləməsin. Sifətinizə sakit və inamlı ifadə verin və özünüzü də belə aparın. Belə etsəniz, həftənin sonunda özünüzü tərifləyə bilərsiniz.

Maliyyə işləriniz də pis deyil. Siz pul xərcləsəniz də onlar azalmır. Başlıcası bütün pullarınızın hamısını birdən həyata keçməsi xəyal olan bir layihəyə qoymamaqdır.

Əqrəbləri şəxsi həyatları da sevindirəcək. Sizin partnyorunuz işdəki bütün problemlərinizi anlayır və əlindən gələn hər şeyi edir ki, siz evdə bu barədə düşünməyəsiniz.


 
OXATAN. "Sakitlik və ancaq sakitlik!” – bu həftə bürcün tipik nümayəndələrinin şüarı budur. İşdə və evdə qabağınıza çıxan problemləri yoluna qoymaqdan yorulmağınız azmış kimi yaxın adamların da məsələlərini həll etməlisiniz. Bütün bunlar sizin fiziki və ruhi vəziyyətinizdə iz qoymaya bilməz. İndi siz heç vaxt olmadığı kimi hər şeyi atıb, harasa uzaqlara getmək istəyirsiniz. Amma problemlərdən qaçmaq olmaz. Çalışıb onları həll edin və bu zaman hirsinizi ətrafdakıların üstünə tökməyin. Unutmayın ki, istənilən işdə emosialar yaxşı köməkçi deyildir. Həm də istirahət günlərinə doğru həyatınızda çox şey yaxşılığa doğru dəyişməyə başlayacaqdır.

Maliyyə məsələniz qaydasındadır. İndi yaxın gələcək üçün iri alış-veriş etməyi planlaşdırmağın vaxtıdır. Bundan başqa səhhətinizin də qayğısına qalın. İndi bunun üçün ən əlverişli vaxt yetişir.


OĞLAQ. Bu həftə Oğlaqların bütün sözləri və işləri sağlam realizmlə müşayiət olunmalıdır. Əlbəttə, biz həmişə yalnız gözümüzün qarşısındakıları görürük. Siz isə vəziyyəti tam halda təsəvvür etməyə çalışmalısınız. Bu həm işinizə, həm evdəki hadisələrə, həm də şəxsi həyatınıza aiddir. Bu həftə çox informasiya alacaqsınız. Onların bütün xırdalıqlarını ayıq başla qiymətləndirin. Son yenilikləri yalnız yaxın adamlarınızla müzakirə edəndən və onların rəyini öyrənəndən sonra sakitcə yeni layihələrin icrasına başlaya bilərsiniz.

Maliyyə sahəsində də nəhayət yaxşılığa doğru dönüş olacaq. Həftənin əvvəlində əlinizə pul gələcək və əgər siz ondan səmərəli istifadə etsəniz, yaxın vaxtlarda sizin maliyyə cəhətdən böyük problemləriniz olmayacaq. Uşaqlar da sizi sevindirəcək: onlar da uğursuzluq zolağından çıxacaq və həyatda öz yerlərini müəyyənləşdirəcəklər.


 
DOLÇA. Bu həftə, daha dəqiq desək, onun birinci yarısında tipik Dolçaların işdə qayğıları çox olacaq. Sizə elə gələcək ki, hər şey donub qalıb və onları yerindən tərpətmək mümkün deyil. Texnika xarab olur,həmkarlarınız birdən-birə yola gəlmir, müdiriyyət isə bütün sazişləri pozur. Bütün bunlara maliyyə problemləri də əlavə olunacaq. Sizə elə gələcək ki, bir az əvvəl əlinizdə iri məbləğ vardı, amma indi onun heç izi-tozu da qalmayıb. Hiddətlənmək üçün əsas var, amma hirsinizi dostlarınızın və həmkarlarınızın üstünə tökməklə siz heç nəyə nail ola bilməyəcəkdiniz. İndi həyatınızda mürəkkəb dönəmdir və siz gözləsəniz yaxşıdır. Həftənin sonunda görəcəksiniz ki, heç də hər şey pis deyilmiş.

Amma işdəki neqativ hallar şəxsi həyatınıza pis təsir edə bilər. Qısqanc olmayın, hər şeydən şübhələnməyin, emosiyalarınızı yaxın adamınızın üstünə əndərməyin – tezliklə onun köməyinə ehtiyacınız ola bilər.


 
BALIQLAR. Son vaxtlar bürcün tipik nümayəndələri bütün vaxtlarını ya işdə keçirirlər, ya da iş barədə düşünürlər. Bu da düzgündür: indi sizlərdən çoxunuz üçün hətta bir neçə işi də birləşdirməklə pul qazanmaq dövrü yetişmişdir. Sizin gündən günə artan iş qabiliyyətiniz də buna imkan verir. Ulduzlar indi sizə irəli getməyi tövsiyə edir, lakin vurnuxmadan və tələsmədən – çünki bunlar istənilən işdə pis köməkçilərdir.

Bu həftə bir çox Balıqların şəxsi həyatında hələ keçən yay başlamış hadisələr açılmağa başlayacaqdır. Gizlənməmək və tükənmiş əlaqələr barəsində söhbətdən qaçmamaq lazımdır. Yaxşı olar ki. sakitcə razılığa gəlib, özünüz barəsində xoş xatirələr qoyaraq sülhlə ayrılasınız. Özünüzü ələ almağa çalışın.
QOÇ Astroloji göstəricilərə əsaslansaq, bu həftə darıxdırıcı məqamlarınız xeyli səngiyəcək. Ətrafınızda olanlar tədricən sizi anlamağa başlayacaqlar. Amma ayın 15-nə qədər qeyri-adi işlərə başlamaq, riskli addımlar atmaq, ciddi məsələlərə girişmək yolverilməzdir. Yaxşı olar ki bunu sonrakı günlərə saxlayasınız. BUĞABəri başdan nəzərinizə çatdıraq ki, bu aralıq sizin üçün daha çox maraqlı görüş və xoş təsadüflərlə yadda qalacaq. Çalışın hər bir ünsiyyətdə mədəni davranış və zəkalı gedişlər edəsiniz. Gələcəyiniz üçün bu şanslardan yaxşı istifadə edin. Bacardığınız qədər əsas vaxtınızı istirahətə və ailə-sevgi münasibətlərinə həsr edin.ƏKİZLƏR İxtiyarınızda olan bu həftədə savab işlərinizin sayını artırmağa çalışın. Ələlxüsus da böyüklərin ağıllı məsləhətlərinə əməl edin. Bu, sonrakı proseslərin həllində sizə köməklik edəcək. Mövcud problemlərə görə isə narahat olmayın. Çünki istənilən sıxıntı bir imtahandır, ondan qorxmaq yox, ona hazırlaşmaq lazımdır. İmanınızı kamilləşdirin.XƏRÇƏNG Bu həftə ətrafınızda lazımi adamların olmaması, həmçinin əsəbi situasiyalar ovqatınızı korlasa da, özünüzü təmkinli aparmağa çalışın. Ağıllı riskdənsə qorxmayın. Məhz bu yolla vaxtilə sizə inamsız yanaşanlar fikir və düşüncələrinizi anlayacaqlar. Bu isə həyatınızın sonrakı mərhələsi üçün müsbət rol oynayacaq. Ailə üzvlərinizlə xoş davranın.ŞİR Təəssüf ki, "hakim" olsanız da, bu ərəfə bürcünüz üçün hansısa uğur vəd etmir. Bu səbəbdən də əsas diqqətinizi səhhət və mənzillə bağlı problemlərin həllinə yönəltməlisiniz. Qeybət və yalandan uzaq olun. Heç olmasa, günlərinizin maraqlı olması üçün müəyyən tədbirlər görün. Ayın 15-dən sonra fəaliyyətə ara verib bir qədər istirahət etmək olar. Doğmalarınızla tez-tez əlaqə yaradın.QIZ İxtiyarınızda olan həftənin əsas vaxtını istirahətdə keçirmək lazımdır. Ən azı ona görə ki, ulduzların düzümü darıxdırıcı bir ərəfə yaşayacağınızdan xəbər verir. Bir tərəfdən maliyyə problemlərinin qabarması, digər tərəfdənsə münasibətlərdə anlaşılmazlıqlar belə bir vaxtda sizi yora, eyni zamanda hər şeyə inamsız yanaşmağınız süstlüyünüzü daha da artıra bilər.TƏRƏZİ Yaxşı olar ki, bütün vacib işlərinizi iyul 19-nə qədər başa çatdırasınız. Çünki sonrakı ərəfədə bütün cəhdləriniz boşa çıxa bilər. İnsanlarla xoş davranın. Ümumiyyətlə, çox məsələlərə görə, uğurlu ərəfə hesab etmək olar. Hansısa ciddi gərginlik və ya münaqişə gözlənilmir. Həmişə olduğu kimi indi də ulduzlar maliyyə məsələlərində qənaətcil olmağınızı məsləhət görür.ƏQRƏB Sürprizlərlə rastlaşma ehtimalınız böyükdür. Bu, daha çox şəxsi zəmində baş verə bilər. 15-16 iyul aralığında şəxsi büdcənizin durumunu dəyişmək üçün gözəl imkanlarınız olacaq. Ulduzlar mülayim günlərdə uzaq yola çıxmağı, ələlxüsus da füsunkar ərazilərə getməyi məsləhət görür. Sükan arxasında oturmağı isə minimuma endirin. Bu həftə sevgidə də bəxtiniz gətirməlidir.OXATAN Bütün enerjinizi işə salıb qarşıda duran maneələri bir-bir dəf etməlisiniz. Düzdür, həmişə olduğu kimi, indi də yaxınlarınız, dostlarınız hər vəchlə sizə mane olmaq istəyəcəklər, buna baxmayaraq, belə hallar qlobal işlərinizin gedişatına pis təsir etməyəcək. Bu arada nüfuzlu və dəyərli insanlarla görüşmək, müqavilələr bağlamaq sizə böyük səmərə verəcək.OĞLAQ Ümumi məziyyətlərinə görə, uğurlu ərəfə hesab etmək olar. Konkret hansısa işə keçməzdən qabaq danışıqlar aparmaq, vacib adamları tapmaq, dönə-dönə ölçüb-biçmək lazım gələcək. Hətta ola bilər ki, buna görə aldığınız dəvətləri də təxirə salasınız. iyul 15-dən sonrakı müddət müəyyən gərginliklə müşahidə olunsa da, bu hal itkilərlə nəticələnməyəcək.DOLÇA Bu zaman kəsiyini bir qədər süst şəkildə başa vuracaqsınız. Düzdür, ciddi probleminiz olmayacaq, amma maraqlı bir hadisənin də iştirakçısı olmayacaqsınız. Ulduzlar yeni əlaqələrə can atmamağı tövsiyə edir. Ən azı ona görə ki, bu cəhdlərin nəzərəçarpacaq perspektivləri olmayacaq. Sizə konkret addım atmaq yox, yalnız götür-qoy etmək lazım gələcək.BALIQLAR Göy qübbəsi ürəyinizi sevgisiz qoymamağı tövsiyə edir. Ən azı ona görə ki, bu qarışıq dünyamızda ən güclü himayədarınız yalnız məhəbbət ola bilər; növlərini isə özünüz təyin etməlisiniz. Əgər ixtiyarınızda olan bu müddətdən zövq almaq istəyirsinizsə, oturaq işləri məhdudlaşdırın. Çünki ulduzlar bürcünüzə olduqca romantik məqamlar bəxş edəcək. - See more at: http://joy.az/interesting/19069-burcler-bu-hefte-ne-ved-edir.html#sthash.PVhZzT30.dpufскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!