Bürclərə görə hansı sevgiyə layiqsiniz?

Bürclərə görə hansı sevgiyə layiqsiniz?
Bürclər, Qoroskop
10.09.2017 10
Qoç (21 mart-20 aprel)

Qoçlar
üçün sevgi həyatı vacib amildir. O, sevgini böyük məmnuniyyətlə qəbul
edir, lakin qarşılığını necə verəcəyini yaxşı anlamır. Qoçlar: Şir,
Əkizlər və Oxatan ela partnyordular,Tərəzi, Qız və Buğa ilə isə qismən,
Oğlaq, Xərçəng, Balıqlar və Əqrəblə ümumiyyətlə yola getmirlər...



Buğa (21 aprel-21 may)

Buğa
üçün sevgi fiziki bağlılıqdır. O, sevgidən məmnunluq və xoşbəxtlik
gözləyir, ancaq onun əsl mahiyyətini və dəyərini araşdırmağa çalışmır.
Buğalar: Qız, Oğlaq, Xərçəng və Balıqlar üçün ela ittifaq qururlar.
Əkizlərlə isə qismən, Şir, Dolça, Əqrəb və Qoçla heç nə alınmır...



Əkizlər (22 may-21 iyun)


Sevgi
Əkizlərə nəinki zövq verir, onu hətta buxovlayır. Azadlığa aparan yolda
maneəye çevrildikdə isə Əkizlər qətiyyətlə sevgidən imtina edirlər.
Əkizlər:Tərəzi,Dolça, Şir ve Əkizlər yaxşı münasibətləri olur, Buğa ilə
qismən, Balıqlar, Qız, və Oxatanla ümumiyyətlə yola getmirlər...



Xərçəng (22 iyun-22 iyul)

Xərçəng
üçün sevgi başlıca dəyərdir. Onun üçün sevgi ev, ailə anlayışları ilə
əlaqəlidir və emosional təhlükəsizliyi təcəssüm etdirir. Xərçənglər:
Buğa və Əqrəb ilə evlilikləri olduqca uğurludur, Əkizlər, Qız, Balıqlar
ve Şirilə bəzən uğurlu olur,bir-birilərini anlayırlar, Tərəzi və Oğlaqla
isə yola getmirlər bu cütlüklər hətta bir-birinə ziyan gətirirlər...



Şir (23 iyul-23 avqust)

Şirlər
sevgidə gözəllik ideallarının həyata keçirilməsi vasitəsini görürler.
Şir sevgiyə və özünə aşiqdir. O, sevgini alicənablıqla bəxş edir. Çünki
səxavətli olması ona məmnunluq gətirir. Şir sevdiklərindən minnətdarlıq
və hörmət gözləyir, lakin özünü qurban vermənin dərinliyini tam olaraq
anlaya bilmir. Şirlər: Əkizlər, Tərəzi və Oxatan bu cütlüklərlə ittifaqı
uğurludu. Oğlaq, Əqrəb və Qız bəzən uğurlu olur. Buğa ve Dolça heç vaxt
yola getmirlər.



Qız (24 avqust-23 sentyabr)

Qız
üçün sevgi öz mənindən imtina etmək, bilmək istəmədiyi sirrdir. Buna
görə də Qız bütün enerjisini işə yönəldir. Nəcib sədaqətə qadir olsa da,
sevginin əsl mahiyyəti onun üçün qaranlıq qalır. Qızlar:Şirlə çox
xoşbəxt ailə həyatı, Qız, Dolça ve Balıqlarla isə qismən, Buğa, Əqrəb,
Tərəzi ve Qoçla uğursuzluqa düçar olurlar.



Tərəzi (24 sentyabr - 23 oktyabr)

Tərəzi
sevgini şüur ve qəlblərin nə çox qaynar, nə də həddən artıq soyuq -
qızıl həddə ittifaqı kimi görür. Tərəzi sevdiyini anlayır. Lakin nə
üçün? sualı ilə maraqlanmaq onun heç ağlına da gəlmir. Tərəzilər:
Əkizlər, Şir, Dolça, Qoç və Oxatanla yola gedirlər. Buğa,Oğlaq və
Xərçəng qismən uğurlu cütlüklər olurlar. Balıqlarla Oxatan heç vaxt yola
getmir.



Əqrəb (24 oktyabr - 22 noyabr)

Əqrəb
üçün sevgi ətrafındakı her şeyi yandıran alovdur. Sonsuz arzu və
məğlubiyyət qorxusu arasında çırpışaraq, var qüvvəsi ilə sevginin fiziki
və mənəvi tərəflərini, ehtirasla paklığı barışdırmağa çalışır. Lakin
arzusunu cilovlamaq istəyi susuzluğunu bir az da gücləndirir. Əqrəblərin
Oğlaq, Balıqlar, Xərçəng və Qızla uğurlu, Tərəzi ilə ittifaqları qismən
uğurlu, Dolça, Qoç, Şir və Oxatanla ittifaqları uğursuzluqla
nəticələnir.



Oxatan (23 noyabr - 21 dekabr)

Oxatanlar
sevgidə idealistdirlər. Onlar: Ya hər şey, ya da heç nə prinsipinə
sadiqdirlər. Buna görə də reallıq onları dərindən yaralayır. Sevgini öz
qəlblərində axtarmaq Oxatanların ağlına da gəlmir. Oxatanlar:Balıqlar,
Əkizlər, Qız, Dolça və Şir ilə firavan ömür sürürlər. Əqrəb və Oğlaqla
isə qismən uğurlu olur. Qoç və Xərçənglə isə uğursuzluqla nəticələnir.



Oğlaq (22 dekabr - 20 yanvar)

Oğlaq
üçün sevgi sakit və heç bir məsuliyyət gətirməyən tərif mübadiləsidir.
Oğlaqlar sevginin yalnız emosiyalar şəlaləsi olmadığını tam mənası ilə
dərk ediblər. Lakin sevginin gətirdiyi daxili azadlığı hələ sonunadək
anlamayıblar. Oğlaqlar: Qız, Buğa, Əqrəb, Balıqlar ilə evlilikləri
uğurlu olur, Qoç, Xərçəng, Tərəzi ilə isə qismən, Dolça, Şir ilə yola
getmirlər.



Dolça (21 yanvar - 18 fevral)

Dolça
sevgini əlçatmaz ve eqoizmdən uzaq, öyrənmək və mütləq dadmaq lazım
olan bir hiss kimi görür. O, sevginin mahiyyətini tədqiq edir, lakin
bəzən onu dostluqdan ayırmağı bacarmaması hər şeyi məhv edir. Fiziki
yaxınlıqdan aldığı zövq onda emosional boşluq ve qüssə yaradır. Çünki
bu, onun sevdiyi insanla ünsiyyətinin mənasını açıqlamır. Dolçalar:
Əkizlər, Tərəzi və Oxatan ilə güclü ittifaq qururlar. Qoç, Xərçəng və
Qız ilə isə bu bəzən alınır. Əqrəb, Buğa, Şir və Oğlaq ilə bütün
cütlüklər uğursuzluğa düçar olurlar.



Balıqlar (19 fevral - 20 mart)

Balıqlar
üçün sevgi onun üçün hər şey olacaq insanın arzularına təmannasız
itaətdir. Balıqlar almaqdan daha çox vermək, əmr etməkdən çox xidmət
etməyə üstünlük verirlər. Bununla belə, onlar seksual eksperimentlerin
cazibəsinə də biganə deyillər. Ehtiyatlı Balıq tora düşməkdən və
sarsılmaz məsulliyyətə düçar olmaqdan qorxur. Lakin əgər sevgi əzabları
çəkməyibsə, sevginin əsrarəngizliyini dadacaq. Balıqlar: Buğa, Xərçəng,
Oğlaq, Əqrəb və Qızla həmfikirdilər. Əkizlərlə müəyyən hallarda uğurlu
olur, Qoç və Şirlə evlilikləri qətiyyən alınmır...скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!