Bürclərə görə peşə seçimi

Bürclərə görə peşə seçimi
Bürclər, Qoroskop
10.09.2017 13
Bürcünüzün təməl xüsusiyyətləri sizə hansı peşələrə bacarığınız
olduğundan və ən rahat edəcəyiniz işin nələr olduğundan xəbər verir.
Əlbəttə ki, bu, bir qayda deyil, ancaq bunu bilərək sizə uyğun peşələrin
hansılar olduğunu öyrənə bilərsiniz.



Qoç bürcü

Qoç bürcü astrologiyada gəncliyi təmsil edir. Hərəkətli və enerjili
işlər ona görədir. Əsasən əsgər, mühəndis, professional idmançılar,
siyasətçilər və televiziya sahəsində çalışan insanlar bu bürcdən olur.



Buğa bürcü

Buğa bürcləri istiqrarı sevirlər və hər şeyin konkret bilindiyi
işləri seçirlər. Bu bürcdən olan insanlar əsasən mühasib, mühəndis,
memar, inşaatçı, rəssam və müğənni olurlar. Bununla yanaşı qeydiyyat
bölməsində, restoran və yeməklə bağlı işlərdə çalışanlar da bu bürcdən
ola bilir.



Əkizlər bürcü

İntellektual işlər və ünsiyyətlə əlaqəli sahələri sevirlər. Səyahətlə
bağlı işlər, ticarətçi, müəllim, yazıçı, birjaçı, təcili yardım
komandasında işləyənlərin bu bürcdən olduğu deyilir.



Xərçəng bürcü

Onlar üçün uşaqlar və ailə anlayışı əsasdır. Bu bürcün peşələri
arasında restoran idarəçiliyi, dayəlik, bağça müdirliyi, müəllimlik,
sosial müəssisə rəsmiləri, dənizçilik və dənizlə əlaqəli bütün peşələr,
bağbanlıq və arxeoloq vardır.



Şir bürcü

Yüksək qazanc və nailiyyəti sevirlər. Bu bürcün insanları əsasən
təşkilatçı, idarəçi, əmlakçı, dövlət işçisi, dizayner, ekskursiya
rəhbəri və sənətçilər olur. Şir bürcündən olan insanlar öz işlərinin
müdiri olmağı sevirlər.



Qız bürcü

Qız bürcü insanları mükəmməliyyətçi insanlardır. Bu bürcün əsas
peşələri arasında müəllimlik, psixoloq, tibb bacısı, elm adamı,
tərcüməçi, redaktor, texnik və mühasib yer alır.



Tərəzi bürcü

Bu bürcün insanları zərif, rahatlıqlarına düşkün və diplomatik
davrana bilən insanlar olurlar. Onlar əsasən diplomat, rəqqas, gözəllik
üzrə mütəxəssis, makiyaj ustası, sənətçi və yazar kimi peşələri
seçirlər.



Əqrəb bürcü

Əqrəb bürcü insanları tələbkar, xırdaçı, araşdırmaq və təhlil etmək
bacarığı yüksək olan insanlar olur. Onlar əsasən tədqiqatçı, psixoloq,
fizik, cərrah, qəssab, vəkil və elm adamı olurlar.



Oxatan bürcü

İdealist, maraqlı və öyrənməyi sevən insanlardır. Əsas seçdiyi
peşələr vəkil, heyvan tərbiyəçisi, məşqçi, tərcüməçi, idarəçi, idmançı,
dövlət məmuru və kəşfiyyatçı olur.



Oğlaq bürcü

Bu bürcdən olanlar iqtisadiyyatla daha çox maraqlanırlar. Seçdiyi
peşələr bunlardır: bankçılıq, müəllimlik, idarəçilik, mühəndis,məmur,
siyasətçi, riyaziyyatçı və polis.



Dolça bürcü

Hər şeydə düzgünlük axtaran insanlar olur bu bürcdən olanlar. Seçdiyi
peşələr arasında fotoqraflıq, jurnalistlik, dizayner, musiqiçi,
mühəndis, təsərrüfatçı, kəşfiyyatçı və ticarətçi vardır.



Balıq bürcü

Bu bürcə sənətçilərin bürcü də demək olar. Belə ki, sənətin hər
növünə müraciət edirlər bu bürcün insanları. Musiqiçi, rəssam, yazıçı,
aktyor, şair, dənizçi, fizyoterapevt və xeyriyyəçi olurlar.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!