Bürclərə görə arıqlama metodları

Bürclərə görə arıqlama metodları
Bürclər, Qoroskop
10.09.2017 14
Astroloqlar hər bürcün özünəməxsus qidalanma və həmçinin arıqlama metodu
olduğunu deyirlər. Gəlin bürclərin hər birinin arıqlamaq üçün hansı
metodları tətbiq etdiyinə nəzər salaq.



Qoç bürcü

Qoçlar yeni layihələr, yeni fikirlərə qarşı həyəcanlandıqları üçün
yeni bir qidalanma proqramına başlamaq, yeni diet növü tətbiq etmək
onların diqqətini çəkəcəkdir. Qoçlar üçün əsas olan elədiklərinin
nəticəsini tez bir vaxtda görməkdir. Əgər uzun vaxt ərzində az nəticə
əldə edərlərsə, tez bezirlər.



Buğa bürcü

Buğalar çox ac qalmaq lazım olan dietləri edə bilməzlər, çünki onlar
yemək yeməyi sevirlər. Onlar yalnız ləzzətli, amma sağlam qidalar
yeyərək diet saxlaya bilərlər. Hətta özlərinin yetişdirdiyi
tərəvəzlərdən istifadə edərək yemək hazırlamağa daha çox üstünlük
verirlər. Buğalar şirindən uzaq durmalıdırlar.



Əkizlər bürcü

Əkizlər iki işi eyni vaxtda rahatlıqla edə bildikləri üçün diet və
idmanı birlikdə davam etdirə bilərlər. Onların bədəni aktiv halda olduğu
zaman daha çox kalori sərf edir. İlk günlərdə bir az çətinlik çəkirlər,
ancaq sonra öyrəşirlər.



Xərçəng bürcü

Xərçəng bürcü yemək mövzusunda bir az problemli bürcdür. Yeməkləri
seçirlər və nizamsız yeyirlər. Düzgün qidalanmaq barədə özlərini tərbiyə
etməlidirlər. Bu bürcdə olan analar uşaqlarına çox yemək yedirtmək
istəyirlər və bu da sağlam olmayan bir qidalanmaya gətirib çıxarır. Buna
xüsusi diqqət etməkləri lazımdır.



Şir bürcü

Şirlər özlərini yaxşı hiss etmək üçün yemək yeyirlər. İclaslar,
söhbətlər, dost görüşlərini həmişə yemək mühitində həyata keçirirlər.
Buna görə də özlərini rejimə sadiq qalmaq dissiplininə öyrətməlidirlər.
Sağlam yeməklər seçdiklərində belə karbonhidratla zəngin souslardan
istifadə edirlər. Ona görə ilk növbədə bu souslardan uzaq durmalıdırlar.



Qız bürcü

Qız bürcü üçün diet saxlamaq həm praktik, həm də metodik bir şeydir.
Onlar dietə başlamazdan əvvəl yediklərinin qida dəyərini və faydalarını
bilmələri, yedikləri hər şeyi planlamaları və bir gündəlik tutmaları
lazımdır. Asan işlər görmək Qızlar üçün zövqlü deyil. Onlar həmişə çətin
və sistemli işlər görməyi xoşlayırlar. Buna görə də asan olan, içində
mükəmməllik olmayan bir diet proqramı bu bürcün insanlarının xoşuna
gəlməyəcək və dieta saxlamaq istəyini azaldacaqdır.



Tərəzi bürcü

Tərəzilər ancaq yaxşı bir motivasiya nəticəsində pəhriz saxlamağa
razı olarlar. Onların onsuz da doğuşdan gələn bir gözəllikləri və
özlərinə inamları var. Pəhriz proqramına daxil olan qidaların ləzzətli
və onları xoşbəxt edəcək qidalar olması lazımdır. Pəhrizi özlərinə uyğun
hala gətirdiklərində yaxşı nəticə əldə edirlər. Əsasən potasium
baxımından zəngin qidalar yeməlidirlər.



Əqrəb bürcü

Əqrəb bürcündə olanlar iradələri güclü insanlardır. Buna görə də
idman etməyə ehtiyacları olmur. Əzm, qərarlılıq, nəzarət bu bürcün
xüsusiyyətləri arasındadır. Ona görə də pəhriz saxlamaq onlar üçün elə
də çətin bir iş deyil. Onlar yalnız yaşamaq üçün yeyənlərdəndirlər.
Ancaq sağlam və liflə zəngin bir qidalanma proqramı tətbiq etməlidirlər.
Əks halda həmişə həzm sistemində problemlər yaşaya bilərlər.



Oxatan bürcü

Oxatanlar meydan oxumağı və qalib gəlməyi sevirlər. Buna görə də
düzgün qidalanmaq və dieta saxlamaq onlar üçün əyləncəli bir məşğuliyyət
kimidir. Səviyyəli məkanlarda keyfiyyətli şeylər yeməyi və fərqli
dadları sevirlər, ancaq görünüşlərinin də incə olması onlar üçün
əsasdır. Buna görə də idmanla məşğul olur və bunu da əyləncəli bir
şəkildə etməyi xoşlayırlar. Bu bürcdən olan insanlar qaraciyər cəhətdən
həssas olduqları üçün qidalarını buna uyğun seçməlidirlər.



Oğlaq bürcü

Əgər ortaya bir hədəf qoysanız, Oğlaq bürcü insanı bunu bacarar və
bunun üçün arı kimi işləyər. Pəhriz saxlamağı da bir iş kimi görərsə,
onun öhdəsindən gəlmək Oğlaq bürcü üçün elə də çətin olmayacaqdır.
Əlbəttə ki, bu, bir neçə gündə olmayacaq və çətinliklər yaşayacaqdır.
Lakin qalib gəlməyi sevdiyinə görə bu, onun üçün elə də problem
yaratmayacaq və bacarmaq üçün hər şeyi edəcəkdir. Bu bürcdən olan
insanlar kalsium əksikliyinə xüsusi diqqət yetirməli və bu vitaminlə
zəngin qidalar yeməyə üstünlük verməlidirlər.



Dolça bürcü

Dolça bürcü insanları yenilikçi və sərbəst olmağı sevdiklərindən adi,
hamının etdiyi pəhriz proqramları onlar üçün deyil. Qeyri-adi, fərqli
və maraqlı bir pəhriz proqramı olarsa, bunu tətbiq etməyə asanlıqla razı
olarlar. Lakin əgər istədikləri nəticəni qısa bir müddətdə əldə
etməzlərsə, ona qarşı maraqları itəcək və bir daha bununla
maraqlanmayacaqlar. Ancaq pəhrizi bir yaşam forması halına gətirməyi
bacarsalar, idmanla da məşğul olmaqla çox yaxşı nəticələr əldə edə
bilərlər.



Balıq bürcü

Balıqlar üçün qüsursuz bir pəhriz tapmaq elə də asan olmaya bilər.
Hissləriylə hərəkət edən bir bürcdür. Hisslərində yaşanan
dəyişikliklərlə əlaqəli olaraq çox yeyib artıq çəki qəbul edə və ya
əksinə iştah əksikliyi yaşaya bilirlər. Balıqlar həddindən artıq çox
yemək və ya heç yeməmək kimi uc nöqtələrdə olan bir qidalanma sisteminə
sahibdirlər. Onlara özlərini yaxşı hiss edəcəkləri, çox yorulmadan, rəqs
və yoqa ilə çəki atmağa nail ola biləcəkləri bir proqram hazırlamaq
lazımdır. Bu bürcdən olan insanlar sağlam olmayan qazlı içkilərdən və
qızartmalardan uzaq durmalıdırlar.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!