Qoç bürcünün özəllikləri

Qoç bürcünün özəllikləri
Bürclər, Qoroskop
10.09.2017 19
İdarəçi Planeti: Mars

Element:  Atəş

Xarakter: Qabaqcıl

Uğurlu Sayları:  1, 9

Gün: Çərşənbə axşamı

Uğurlu Daşı:  Yaqut

Rəng: Qırmızı

Fal növü kartı: İmperator

Heyvan: Qoyun

Bitki:  Ətirşah, doqquzdon, pars zanbağı

Qiymətli Daş:  Almaz

Qiymətli Mədən:  Dəmir

 

Müsbət Tərəfləri: Rəhbərlik və macəra ruhu. Qabiliyyətlilik. Adam
istiqamətləndirmə. Hədəf təyin etmə xüsusiyyəti. Yüksək Enerji.
Maneələri aşabilmək. Məhdudiyyətlərdən nifrət. Liderlik. Dürüstlük.
Hazır cavablıq. Canlılıq.



Mənfi Tərəfləri: Eqoizm. Qərarları yıxmaq. Özünü irəli sürmək,
önə çıxarmaq. İstehza, üsyankar. Səbirsiz. Təcavüzkar. Hiddətli. Ani
çıxışlar



Qoç Komanda Ulduzu (Astronomiya)

Qoç komanda ulduzunda başlıca ulduzlar, Shedar, Ruckbah və Dat əl
Cursadır. İlk dekanatta, Cassiopeia, ortada Cetus, sonda isə Perseus
yer alır.

 

Qoç Bürcü Qadını Ümumi Xüsusiyyətləri

Qoç bürcü qadını hərəkətli, çox danışan və sahibkar quruluşu ilə
diqqət çəkir. Olduqca da zarafatdır. Cazibəli, atletik quruluşlu və
zərifdir. Tənqid etməyi və xoşlamadığı şeyləri mütləq dilə gətirir.
Cəmiyyət içərisində cazibə və fərqliliyi diqqət çəkir.

 

Qoç qadını iş həyatında olduqca şöhrətpərəst və idealistdir.
Ağlına qoyduğunu mütləq həyata keçirmək istəyir və cızdığı yolda heç
təəccüblənmədən irəliləyir. Zamanı istifadə etməyi yaxşı bilir və
çalışqandır. Qoç qadını xüsusilə səmimi və cazibədar davranışları dost
ətrafında axtarılan əyləncəli bir dostdur. İçdən-içə bir az narahatdır.
Özünü artıqlaması ilə tənqid edir və həmişə bir yarış içərisindəymiş
kimi özüylə çox məşğul olur. Dostlarına və sevdiklərinə çox əhəmiyyət
verir və artıqlaması ilə fədakardır.

 

Romantik quruluşu olduqca həssas olduğu üçün mənfi tənqidlər onu
artıqlaması ilə qırabilər. Evinə və ailəsinə çox düşkündür və bu
məsələdə də hər məsələdə olduğu kimi mükəmməliyyətçidir.

 

Daim hərəkətli olmağı sevən Qoç bürcü qadını boş vaxtlarında da
sosial fəaliyyətlərdə olmaq, idman etmək və dostları ilə vaxt
keçirməkdən çox xoşlanır.

 

Qoç Bürcü Kişi Ümumi Xüsusiyyətləri

Qoç bürcü kişi özünə güvənən, hərəkətli və enerjili quruluşuyla
cəmiyyət içində fərq edilir. Avtoritardır və hakimiyyət qurmaqdan
xoşlanır. Dik başlıdır və səhv edəndə bunu qəbul etmək istəmir və eqoist
davranışlar nümayiş etdirər.

 

Qoç bürcü kişi azadlığına çox düşkündür. Dostları və yoldaşları
üçün etməyəcəyi şey yoxdur. İnsanlara kömək etməyi və onların
problemlərini bölüşməyi sevir. Səxavətlidir və maddi mənada da azad
olmağı sevər. Öz işini qurmaq və aparmaq onlara daha çox uyğundur.
Başqalarından əmir almaqdan xoşlanmaz.

 

Qoç bürcü kişi incindiği zaman olduqca kobud olur və sözünü
deməkdən çəkinməz. Tənqidçidir, sərt bir dillə tənqid edər. Ev həyatına
və ailəsinə olduqca düşkündür, amma kənardakı həyatını da çox sevir. Bu
onun yerində dayanmayan hərəkətli quruluşundan qaynaqlanır. Daim özünü
evində dinc və rahat hiss etmək istəyir.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!