Xərçəng bürcünün özəllikləri

Xərçəng bürcünün özəllikləri
Bürclər, Qoroskop
10.09.2017 37
İdarəçi Planeti: Ay

Element:  Su

Xarakter:  Qabaqcıl

Uğurlu Sayları:  3,7

Gün:  Bazar ertəsi

Uğurlu Daşı:  İnci

Rəng:  Ağ, dəniz mavi, gümüşü

Fal növü kartı:  Ay

Heyvan:  Qabıqlı dəniz canlıları

Bitki:  Mahmızçiçəyi, nilufər, kəngərli otu

Qiymətli Daş:  Ay daşı, ənbər

Qiymətli Mədən:  Gümüş

 

Müsbət Tərəfləri: Nazik,hassas,sempatik,mərhəmətli, xəyal gücü
yüksək. Analıq və atalıq duyğuları güclü. Vətənpərvər. Yuva sevgisi.
İsrarlı. Bacarıqlı. Yaxşı yoldaş. Mövqeli.

 

Mənfi Tərəfləri: Həddindən artıq romantik. Dağınıq. Şübhəçi.
Dəyişkən. Qısqanc. Zəif xarakterli. Özünə yazığı gələn. Sabit ola
bilməmək. Dəyişkən hisslər.

 

Xərçəng Komanda Ulduzu (Astronomiya)

Praespei, Xərçəng bürcü içində yer alır. Birinci dekanatta yer
alan və Ur Minor yəni Kiçik Ayı komanda ulduzu kimi tanınan ulduz
topasında günümüz Qütb Ulduzu olur. Ortada Ur Meycor yəni Böyük Ay ulduz
topası edərkən, ən mühüm ulduzu Conopus olan Arqo da son dekanatta yer
alır.

 

Xərçəng Bürcü Qadınının Ümumi Xüsusiyyətləri

Xərçəng bürcü qadını xoş bir xarakterə malikdir. Evdar,
istiqanlı, dürüst və yaxşı niyyətlidir. Romantik və macəraya düşkün
olduğunu da demək mümkündür. Xərçəng bürcü qadını xüsusilə evinə,
ailəsinə, vərdişlərinə və ənənələrinə çox sadiqdir. Ümumi mənada anaç
bir portret çəkir, ev mühitini və evlə bağlı hər şeyi çox sevər. İdeal
analar bu bürcdən çıxar.

 

Romantik mənada olduqca həssasdır və hissləri qüvvətlidir.
Ətrafındakı adamların ona qarşı niyyətlərini asanlıqla fərq edə bilər.
Xərçəng bürcü qadını çox asan qırılıb tez inciyəndir. Ətrafındakı
insanlarda həmişə yaxşı niyyət və şəfqət arayır.

 

Xərçəng bürcü qadını səxavətlidir, amma israfçıl deyil. Əmanət və
təcrübə etməyi çox sevir. Özünü etibarda hiss etmək üçün maddi mənada
güclü olmaq istəyir. Xərçəng bürcü dərin duyğu və düşüncələrə malikdir.
Öz haqqında danışmaqdan qətiyyən xoşlamır, amma başqalarına münasibətin
məsələlərdə fikir yürütməkdən xoşlanır.

 

Xərçəng bürcü qadını tənqid edilməyi sevməz və mənfi cəhətlərini
qəbul etməkdə çətinlik çəkir. İkitərəfli münasibətlərdə tərəfdaşına çox
sadiq, amma bir o qədər də qısqancdır. Onun üçün əsas olan sevgidir.

 

Xərçəng Bürcü Kişisinin Ümumi Xüsusiyyətləri

 

Xərçəng bürcü kişi nəzakətli, dürüst, ağır başlı və məğrur
quruluşu ilə diqqət çəkir. Romantik quruluşu olduqca həssasdır. Sevgi və
hörmət onun üçün əvəzolunmaz təməl daşlarıdır. Ətrafındakı insanlara
dəyər verir və onlara yardımçı olmağa çalışır. Onların zəif
tərəflərindən istifadə etməyə çalışmaq əvəzinə onlara dəstək olmağa
çalışır.

 

Xərçəng bürcü kişinin kəskin və əməli bir zəkası vardır. Analiz
qabiliyyəti çox inkişaf etmişdir. Hadisələri asanlıqla həll edə bilir.
Su ilə bağlı hər şeyi çox sevər. Içki ilə arası yaxşıdır. Həmçinin
olduqca romantik quruluşu səbəbiylə sevdiyi zaman tam sevər və asan-asan
əl çəkməz. Münasibətlərində tərəfdaşlarına çox sadiqdir.

 

Xərçəng bürcü kişiləri pula çox əhəmiyyət verir, ancaq bunun səbəbi
maddi mənada özünü güvəndə hiss etmə və yaxınlarının ağır vəziyyətə
düşmə ehtimalına qarşı tədbirli olmaq istəməsindən irəli gəlir.

 

Xərçəng bürcü kişisi dürüstdür və özünə qarşı dürüst olmasından
xoşlanar. Yalandan xoşlanmaz və güvənmədiyi insanlarla bir arada durmaz.
Ailə və ev həyatına çox düşkündür və ən yaxşı atalar xərçəng bürcü
kişilərindən olur.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!