Tərəzi bürcünün özəllikləri

Tərəzi bürcünün özəllikləri
Bürclər, Qoroskop
10.09.2017 10
İdarəçi Planeti:  Venera

Element:  Hava

Xarakter:  Qabaqcıl

Uğurlu Sayları:  6, 9

Gün:  Çərşənbə

Uğurlu Daşı:  Opal, Zümrüd

Rəng:  Mavi, Lila

Fal növü kartı:  Aşiqlər

Heyvan:  İlan, kərtənkələ

Bitki:  Badam, qaraçöhrə və göyrüş, gül

Qiymətli Daş:  Tünd zafir, xrizolit

Qiymətli Mədən:  Mis

 

Müsbət Xüsusiyyətləri: Gözəllik, gözəl sənətlərə istedadlı.
Qanışirinlik. Uyğunluq. Zəriflik. Romantik. Diplomatik. İncəlik.
Cazibədarlıq. İdealist. Tərəfsiz. Yaxşı niyyətli. Yaxşı tərəfdaş. Yaxşı
siyasətçi. Kreativ və cazibəli. Ağıllı.

 

Mənfi Xüsusiyyətləri: Qərarsız. Küsəyən. Yüngüllük. Dəyişkən.
 Ziddiyət. Aldatmaq.  Tənbəllik. Tez fikir dəyişdirmə. Təsir altında
qalmaq.

 

Tərəzi Komanda Ulduzu (Astronomiya)

Tərəzi bürcündə Zuben al Ganubi və Zuben al Schemali adlı iki
əsas ulduz var. Hydra yəni İlan da bu bürcün enliyində yer alır. Bu
bürcün cənubunda birinci dekanatta, Crusis-Haç, şimalında üçüncü
dekanatta, Corona Borealis-Taç olur. Bu ikisinin arasında Tərəziyə yaxın
bir yerdə Lupus-Kurt yer alır.

 

Tərəzi Bürcü Qadınının Ümumi Xüsusiyyətləri

Tərəzi bürcü qadını cazibəli, gözəl, estetik, həyat dolu və uyğun
quruluşu ilə diqqət çəkir Xoşdur və insanlarla fikir mübadiləsi
etməkdən kef alır. Yaxşı xasiyyətlidir və gözəllikdən çox kef alır.

 

Gözəllik anlayışı çox irəlilədilmiş olan tərəzi bürcü qadınının
özünə xas bir tərzi vardır. Dəbi təqib etməkdən daha çox özünə yaraşanı
istifadə etməyi üstün tutur. Maddi dəyərlərə çox önəm verir, çünki ona
görə bir çox gözəlliyə çatmaq üçün maddi güc bir vasitədir.

 

Rahatlıqdan və keyf etməkdən xoşlanan tərəzi qadını, çətinə
gəlməyi sevmir. Hər şeyin hazır bir şəkildə ona təqdim olunmasından çox
böyük həzz duyur. Ağır işlərlə məşğul olmaq əvəzinə işlərin estetik
yönünə məşğul olmaq onu daha çox xoşbəxt edir.

 

Tərəzi bürcü qadını şən, həssas və emosionaldır. Hadisələri öz
duyğularına görə şərh verir. Əhəmiyyətli olan özünün nə hiss etməsidir.
Bu səbəblə doğru bildiyini tətbiq etməkdən çəkinmir. Azadlığına düşkün
olan tərəzi qadını məhdudlaşdırmaqdan xoşlanmaz.

 

Tərəzi bürcü qadını kişilər tərəfindən asanlıqla fərq edilir,
çünki qarşısıalınmaz bir cazibəsi vardır. Əgər tərəzi qadını qarşı
tərəfin özünü sevdiyinə inanarsa, çox sadiq və şəhvətli bir tərəfdaş
olacaqdır. Onun üçün ailədə məhəbbət lazımdır və sevib sevmədiyi bir
münasibəti heç də davam ettirməz. Məsuliyyətsizlikdən xoşlanmayan tərəzi
qadını daim qayğı gözləyər.

 

Tərəzi bürcü qadını izdivacda qüsursuz bir xanımdır və
övladlarına düşkün olacaqdır. Xoşbəxtliyi bölüşməyi sevən tərəzi qadını
ailə üzvlərinə bu sevgisini ən uyğun şəkildə yaymağı və onları bu sevgi
çevrəsinin içində xoşbəxt edə biləcəkdir.

 

Tərəzi Bürcü Kişisinin Ümumi Xüsusiyyətləri

Tərəzi bürcü kişisi qərarsız, duyğusal, romantik, nikbin və
yumşaq xasiyyətli quruluşu ilə diqqət çəkir. Cəmiyyət içində sevilən və
axtarılan bir dostdur. Qarşılıqlı inama əhəmiyyət verir. Dürüstdür və
hər kəsin elə olmasını istəyir. 

 

Tərəzi bürcü kişisi maraqlı və öyrənməyə açıq bir şəxsiyyət
nümayiş etdirir. Yaxşı bir natiqdir və ətrafındakı insanlara bu yolla
asanlıqla təsir göstərir. Sakitlik və əmin-amanlıq onun üçün çox
əhəmiyyətlidir və qəfil emosional çıxışlar onu yorur. Baxımlı olmağı
sevir və təmizliyə çox əhəmiyyət verir. Ətrafındakı adamların da elə
olmasını istəyir.

 

Dostları ilə qarşılıqlı fikir mübadiləsi etməkdən xoşlanır. Uzun
və dərin söhbətlər etməkdən kef alır. Həssasdır və emosional tərəfi daim
ağır basır.

 

Tərəzi bürcü kişisi ikitərəfli münasibətlərdə qarşı cinsdə
xüsusilə gözəllik, ağıl, məntiq və gözəllik arayır. Sərt təbiətli
qadınlar ona xitab etməz. Tərəzi bürcü kişisi aşiq olduğu zaman odlu və
sadiq tərəfdaş olacaqdır. Sədaqət onun üçün çox əhəmiyyətlidir.

 

Tərəzi bürcü kişinin əlaqələri uzun ömürlü olur. Evləndiyi zaman
hörmət edən, sadiq, incə ruhlu və düşüncəli bir həyat yoldaşı olacaq.
Uşaqları sevir və yaxşı bir ata olmaq üçün bütün səyini sərf edəcəkdir.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!