Əqrəb bürcünün özəllikləri

Əqrəb bürcünün özəllikləri
Bürclər, Qoroskop
10.09.2017 23
İdarəçi Planeti:  Pluto-Mars

Element:  Su

Xarakter:  Sabit

Uğurlu Sayları:  2, 4

Gün: Çərşənbə

Uğurlu Daşı:  Topaz

Rəng:  Tünd kırmızı, çərab rəngi, badımcan rəngi, bənövşəyi

Fal növü kartı:  Ölüm

Heyvan:  Əqrəb və digər yeraltı məxluqları

Bitki:  Akasiya, krizantem, açelya

Qiymətli Daş:  Turkuaz, ilandaşı

Qiymətli Mədən:  Platin

 

Müsbət Tərəfləri: Həmdəm.
Duyğularını bəlli etmir. Həqiqi dost. Cazibəli. Güclü. Seks simvolu.
Çalışqan. Qərarlı. Unutmaz. Güclü hisslər. Güclü duyğular. Yüksək
təxəyyül. Anlayışlı. Diqqətli. Yüksək analiz gücünə sahib. Sevgi.
Peşmançılıq.

 

Mənfi Tərəfləri: Kinli. Şübhəçi. Qısqanc. Küsəyən. Dik başlı. Susqun. Əqrəb kimi, zəhərləyici. Məsxərəçi. Mərkəzçi, Ehtiraslı



Əqrəb Komanda Ulduzu (Astronomiya)

Əqrəb bürcünün ən üstündə, üç dekanı da əhatə edəcək şəkildə,
Zodiak başqa, Ophiuchus-Yılancı, onun üzərində Hercules və
Cerberus-Cehennemin Üç Başlı İti yer alır. Bunların hamısının altında
Əqrəb bürcü yerləşir. Hercules ulduz topasındakı ən parlaq ulduz, Ras əl
Gethidir.

 

Əqrəb Bürcü Qadınının Ümumi Xüsusiyyətləri

Əqrəb bürcü qadını cazibəli, əzimli, ağıllı və hissləri qüvvətli
quruluşu ilə diqqət çəkir. Xoş bir təbiəti var, təvəzökar və yumşaq
başlı görünməsinə qarşı bir o qədər də məğrur və təkəbbürlüdür.

 

Qısqanclıq əqrəb bürcü qadınının xarakterində var. Özündən üstün
olan və ya malik olmadıqları hər şeyi qısqanar. Dostluqları onun üçün
çox əhəmiyyətlidir. Daim ətrafında nüfuzlu dostları vardır.  Yalana
nifrət edir. Yalan deyildiyini hiss etdiyi anda o mühitdən uzaqlaşmağı
üstün tutur. Dürüstdür və dürüstlüyə çox əhəmiyyət verir.

 

Qürurlu əqrəb bürcü qadını doğru bildiyi mövzularda qətiyyən
güzəştə getməz. Cəsurdur və tutduğunu əldə edənə qədər çalışmağa davam
edir. Uğursuzluğu heç bir şəkildə qəbul etməz. Ən mənfi cəhəti şübhəli
olmasıdır. Hər kəsə qarşı qəribə bir şübhəliliklə yaxınlaşır. Asan-asan
qarşı tərəfə güvənməz. Hər nə qədər məntiqi ilə hərəkət etsə də daxilən
çox romantikdir.

 

Əqrəb bürcü qadını edilən yaxşılığı də pisliyi də unutmur.
İntiqam hissi çox inkişaf etmişdir. Ətrafındakı pis niyyətli insanlara
qarşı susqun qalmağı o qədər də üstünlük vermir.

 

Əqrəb bürcü qadını təbii cazibəsi qarşı cinsi çox çəkir. Bir
münasibətdə ilk növbədə sevgi və hörmətə əhəmiyyət verir. Çox qısqancdır
və yoldaşına hədsiz dərəcədə yiyələnir. Əgər kişi hörmətli, məhəbbət
dolu və arzulu bir yanaşma içində olsa, əqrəb bürcü qadını yoldaışını
xoşbəxt etmək üçün əlindən gələn hər şeyi edəcəkdir. Sahiblənmə hissi
çox inkişaf etmişdir.

 

Əqrəb bürcü qadını məhəbbətlə sevdiyi oğlanla ömür boyu xoşbəxt
ola bilir. Münasibətində məsuliyyət sahibidir. Münasibətdə adətən uşaq
istəməz, ancaq uşaq sahibi olmuşsa, məsuliyyət sahibi mükəmməl bir ana
olacaq.

 

Əqrəb Bürcü Kişisinin Ümumi Xüsusiyyətləri

Əqrəb bürcü kişisi arzulu, qərarlı, duyğusal və həssas quruluşu
ilə diqqət çəkir. Şən və hərəkətli kimi görünsə də pessimist bir halı
vardır. Həyatın zövqlərinə həddindindən artıq düşkündür. Xüsusilə
yeməyə, spirtli içkilərə və eyş-işrətə qarşı zəifliyi var.

 

Əqrəb bürcü kişisi hər kəsə və hər şeyə qarşı şübhəli davranışlar
içindədir. Heç kəsə asan-asan güvənməz. Maddiyyata çox-çox əhəmiyyət
verir. Çünki maddi mənada tutulan gücün etibar verdiyini düşünür.

 

Tənqid etməyi sevən əqrəb bürcü kişiləri tənqid edilməkdən
xoşlanmaz. Açıq sözlü və etibarlıdır. Dostlarına çox əhəmiyyət verir.
Fədakardır.

 

Əqrəb bürcü kişinin baxışları çox çəkicidir. Baxışlarıyla qarşı
tərəfə hiss və fikirlərini asanlıqla ifadə edə bilər. Ətrafındakı
insanların şəxsiyyətlərinə dair bütün detalları anlaya və şərh edə
bilir. Analiz qabiliyyəti inkişaf etmişdir.

 

İkitərəfli münasibətlərində olduqca qısqancdır və xanımını hədsiz
dərəcədə yiyələnir. Xanımı ilə qürur duymaq istəyir. Evlənməyə qərar
verəndə arzulu, ehtiraslı, sadiq və həyat yoldaşının bütün istəklərini
yerinə yetirməyə çalışan uyğun bir həyat yoldaşı olacaq. Əqrəb bürcü
kişi yaxşı həyat yoldaşı olduğu kimi, uşaqlarına qarşı da mehriban və
yaxşı bir ata olacaq.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!