Həftəlik bürclər - 18 aprel - 25 aprel

Həftəlik bürclər - 18 aprel - 25 aprel
Bürclər, Qoroskop
10.09.2017 20
QOÇ 
Daxili gərginliyinizi azaltmaq üçün onu başqalarına yönəltməyin. Acıdil olmaq, ətrafdakıların əməyini heçə endirmək, başqalarında qüsur axtarmaq sizə yaraşmır. Axı indi "hakim" bürc sizsiniz. Ayın 18-dən başlayaraq nüfuz dairəniz genişlənəcək. Vəzifə pilləsində ucalmaq üçün hərəkətə keçməyə dəyər.



BUĞA
Hissləri sındırmaqdan əl çəkin, lazımsız yerlərə xərc çəkməyi dayandırın. Bir sözlə, hər bir məsələdə reallığa və məntiqə əsaslanın. Yalnız bu halda ixtiyarınızda olan həftədən razı qalacaqsınız. 18-21 aprel aralığında işgüzar sövdələşmələr xeyrinizə olacaq, amma gərək təşəbbüskarlığınızı əldən verməyəsiniz.



ƏKİZLƏR
Aprel ərzində görəcəyiniz qlobal işləri indidən planlaşdırın. Çünki növbəti həftələrdə buna imkanınız olmayacaq. Ayın 18-dək istənilən riskli işdən, bələd olmadığınız sahələrə sərmayə qoymaqdan və ciddi məbləğdə borc verməkdən çəkinin. İstirahət günlərini daha çox doğmalarınızla münasibətləri dərinləşdirməyə həsr edin.



XƏRÇƏNG
Əgər ruhən özünüzü haqlı sayırsınızsa, heç bir probleminiz olmayacaq. Ayın 19 və 21-də istənilən riskiniz müvəfəqqiyyətlə nəticələnəcək. Odur ki, həmin günlərdə özünüzü aktiv göstərin. Bu həftə şəxsi büdcənizdə qismən də olsa, irəliləyişlər baş verəcək. Ailə-sevgi münasibətlərini səmimiyyət üzərində qurun.



ŞİR
Dünyada yaxşılıq qalır. Elə isə başqalarında qüsur axtarmaqdansa savab işlərinizi daha çox artırın. Bu həftənin nəticələri ətrafdakılarla davranışlarınızdan və nə dərəcədə səmimi olmağınızdan asılı olacaq. Aprelin 18-də və 21-də ulduzlar məhəbbət müstəvisində böyük gedişlər etmək üçün sizə yardımçı olacaq. Belə məqamlarda yalan vədlər verməməlisiniz.



QIZ
Sizə birbaşa aidiyyatı olmayan məsələlərə aludə olmaqdansa, yarımçıq qalmış işlərinizlə məşğul olun. Yaxşı bilirsiniz ki, başa çatdıra bilmədiyniz öhdəliklər çoxdur. Məhz bu həftə bütün enerjinizi toplamaqla bu kimi maneələri dəf edə biləcəksiniz. İstirahət günlərində müqəddəs ziyarətgahlardan birinə baş çəkin. Bu arada səmərəli təkliflər də gözlənilir.



TƏRƏZİ
Gözlənilməz təkliflər ala bilərsiniz. Əgər bu, ayın 18-dən sonraya düşərsə, mütləq razılaşın. Məhz bu halda nəticənin uğurlu olacağına inana bilərsiniz. Şənbə günü nəqliyyatla bağlı ehtiyatlı olun, xüsusən də sükan arxasında otursanız. Şəxsi büdcənizi artırmaq üçün bu həftənin əhəmiyyəti böyükdür. Amma istənilən siyasi mübahisədən uzaq olun.



ƏQRƏB
Daxili sabitliyinizi qorumaq üçün inandığınız insanların arasında olmağa çalışın. Dedi-qodudan, mistik düşüncələrdən uzaq olun. İnsansevər olun, hər bir sözünüzlə ətrafa nur yaymağa çalışın. Dəqiqləşdirmədiyiniz məsələlərə görə, inad etməyin. Göy qübbəsi bu həftə qidalanma zamanı tədbirli olmağınızı məsləhət görür. Ailə üzvlərinizə qarşı aqressivlik etməyin.



OXATAN
Astroloji göstəricilər perspektivli təkliflər alacağınızı bəyan edir. Çalışın imtina etməyəsiniz. Çoxdan bəri sizə sıxıntı gətirən maliyyə problemləriniz də qaydasına düşməlidir. Bu arada doğmalarınızla münasibətlərinizin soyuqlaşmasına imkan verməyin, ələlxüsus da yaşlılarla xoşrəftar olun. Ulduzlar bu həftə uzaq yola çıxmağınızın əleyhinədir.



OĞLAQ
18-23 aprel aralığında mənfi enerjili Ay bürcünüzdə qərar tutduğu üçün ilk növbədə yuxu və qida rejiminizə riayət edin. Bu, ilk növbədə qarşınızda duran şəxsi problemlərinizin həllində rol oynaya bilər. Ayın 19-dək bəzi sürprizlərin şahidi olacaqsınız. Fəaliyyət dairənizi genişləndirmək üçün geniş imkan qazanacaqsınız.



SUTÖKƏN
Ayın 18-da aldığınız təkliflərə gözüyumulu razılıq verməyin, əks təqdirdə sizi aldada bilərlər. Rəhbərliklə münasibətləri bərk-bərk qoruyun. Fəaliyyət zəminində təşəbbüskarlığı əldən verməyin. Göy qübbəsi uzaqda yaşayan qohumlarınızla əlaqələri dərinləşdirməyi tövsiyə edir. İmkan olsa səfərə də çıxın. Həftə ərzində pulsuz qalmayacaqsınız.



BALIQLAR
Səhhətinizdəki passivlik işə ara verməyinizi diqtə edir. Heç olmasa, aprelin 19-dək qayğınıza qalın. Sonrakı günlərdə isə ola bilsin ki, perspektivli sövdələşmələrin iştirakçısı olasınız. Əgər nikbin ovqat qazanmaq istəyirsinizsə, ailə-sevgi münasibətlərinə, ümumiyyətlə cəmiyyətə fərdi baxışlarınızı dəyişin. 



Bürcləri Səbuhi Rəhimli təqdim edibскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!