Qərb astrologiyasında əsas ünsürlər - Su

Qərb astrologiyasında əsas ünsürlər - Su
Bürclər, Qoroskop
10.09.2017 12
Xərçəng bürcü: 23 iyun - 23 iyul

Əqrəb bürcü: 24 oktyabr - 22 noyabr

Balıq bürcü: 20 fevral - 21 mart



Su
bir çox şəkildə ola bilər. Maye, buxar, qaz ya da donmuş ola bilər.
Kiçik bir su qabarcığı qədər günahsız ya da okeandakı qabarmış bir dalğa
qədər vəhşi ola bilər. Hər şeyi çox dərindən hiss edən su bürclərinin
içlərində ehtiras fırtınaları əssə də çölə çox bir şey bildirməzlər.
Sakit sular dərin olar. Su bürcləri bir şeyi anlayıb həll etməyə
çalışdıqları zaman səssizləşib içlərinə qapanarlar. Onları tanımaq və
anlamaq zaman içində olacaq. Özlərini yavaş yavaş açarlar. Dərin və
güclü duyğularını diqqətlə qorumağa çalışarlar. Aşiq olduqları zaman
ürəkdən sevərlər və çox bağlanarlar. Romantik və çox həssasdırlar.
Hissləri çox güclüdür və sizin söylədiklərinizdən çox üz ifadənizdən
bədən dilinizdən məna çıxararlar. Bu xüsusiyyət Balıq bürcündə çox
inkişaf etmişdir. Su təmizləyər və həyatın davam etməsini təmin edər. Su
universal həlledicidir, maddələri həll edər və onun xüsusiyyətlərinə
uyğunlaşar. Su bürcündən birinə probleminizi izah edin, öz problemi imiş
kimi boynuna götürər. Sizi diqqətlə dinlər, duyğularınızı hiss edər,
mənən dəstək olar və yaxşı tövsiyələr verər. Başqalarının dərdlərini öz
dərdləri kimi boynuna götürüb kədərlənməkdən və davamlı fədakarlıq
etməkdən yorularlar. Buna görə hərdən bir tək qalıb özlərinə gəlməyə
ehtiyac duyarlar. Su qrupu ruhu idarə edər. Su məhdudlaşdırılmağı
sevməz, təxəyyülü çox inkişaf etmişdir və çox yaradıcıdır. Şəkil,
musiqi, fotoşəkilçilik, ədəbiyyat və rəqsdə digər insanlardan ilham
alaraq yaradarlar. Yaradıcılıqla əlaqədar işlərdə, kiçik işlətmələrdə,
emalatxanalarda ya da öz işlərində işləməkdən zövq alarlar. İti hissləri
ilə maliyyə sahəsində də çox müvəffəqiyyətli ola bilərlər. Su bürcləri
yaxın əlaqələrdə çox müvəffəqiyyətlidirlər.

Xərçəng bürcü, su qrupunu
xüsusiyyətlərini ailəsinə və yuvasına olan bağlılığı ilə göstərərlər.
Ailəsini bəsləyər, böyüdər və qoruyar. Cəmiyyətləri meydana gətirən ən
kiçik vahid ailədir. Yaxşı bir yuva qurucu olan Xərçəng üçün ən
əhəmiyyətli şey yoldaşı və uşaqları ilə sevgisini paylaşmaqdır. Əqrəb
bürcünü , insanlar arasındakı seksual və pul əlaqələr çox maraqlandırar.


Astrologiyada 8. evin nümayəndəsi olan Əqrəb, doğumu, ölümü və yenidən
doğuşu təmsil edər. Bu ev eyni zamanda başqalarının pulunu təmsil edər.
Əqrəblərdə başqalarının pulunu idarə etmədə çox bacarıqlıdırlar. Sirrli
strukturları vardır və özləri haqqında ipucu verməzlər.

Balıq sonuncu
bürcdür və özündən əvvəl gələn bütün bürclərdən bir xüsusiyyət
götürmüşdür. Buna görə də bütün bürclərlə yaxşı razılaşar. Mənəvi
dəyərləri ağırlıq təşkil edən Balıq bürcü digər insanlara kömək edər.
Dolça ümumi mənada insanlıq üçün bir şeylər edərkən, Balıq bürcü
birə-bir insanlara köməkçi olar. Başqalarına kömək etmək uğruna özünü
fəda edə bilər. Balıq bürcü fədakarlıq deməkdir və yaxınları üçün edə
bilməyəcəyi fədakarlıq yoxdur.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!