Rixter yırtığı

Rixter yırtığı
Bürclər, Qoroskop
10.09.2017 43
Bağırsaq divarının dövrəsinin yalnız bir hissəsinin yırtıq defektinə keçməsinə Rixter yırtığı deyilir.

Etiologiya — Bağırsaq divarının bir hissəsinin keçə biləcəyi qədər kiçik olan, lakin bütöv bağırsaq ilməsinin keçməsi üçün kifayət qədər böyük olmayan yırtıq defekti olduqda, Rixter yırtığı baş verə bilər. Çox sıxıcı yırtıq halqası olduqda, bağırsağın boğulması və nəticədə onun işemiya və qanqrenası inkişaf edə bilər.



Klinika — Rixter yırtığının diaqnostikası çətin ola bilər. Xəstələr bəzən qismən nazik bağırsaq keçməməzliyi (obstruksiyası) simptomları ilə müraciət edir və bəzən də yırtıq sahəsində yerli iltihab reaksiyasından da şikayətlənə bilər. Daha çox Rixter yırtığı femoral (bud) kanalda müəyyən edilir və burada bəzən böyümüş limfa düyünü ilə səhv salına bilər. Bu cür yırtıqlar həm də əvvəl qoyulmuş laparoskopik portların yerinde də yarana bilər. Çox gecikmiş hallarda enterokutan (dəri-bağırsaq) fistulalar da müəyyən edilə bilər.



Bərpa — Rixter yırtığının düzgün bərpası onun baş verməsi lokalizasiyasındn asılıdır. Rixter yırtığının bərpası yırtığın lokalizasiyası və bağırsağın yırtıqda boğulmasından asılıdır. Ümumiyyətlə, Rixter yırtığının bərpası zamanı zədələnmiş bağırsağın rezeksiyası da tələb oluna bilər.



Dr.Bəxtiyar Qəhrəmanov

Bariatik ,Estetik Cərrah

(+99455) 395 44 55скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!